Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-294/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx.xx.2025-ci il tarixdə, saat 11.00 radələrində su-sərhəd rejiminə icazəsiz daxil olduğuna görə barəsində İXM-nin 571-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və inzibati protokol tərib etmiş şəxsə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 571-ci maddələsi nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, 204 nömrəli gəminin baxış qrupunun komandirinin 2-ci dərəcəli 204 nömrəli gəminin komandirinə ünvanladığı xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 10:45 radələrində Lənkəran reydində Lİ-440 bort nömrəli balıqçı qayığına baxış keçirilmiş və Dövlət Sərhədi haqqında qanunun 25- ci Maddənin 7-ci bəndinin (sahildən iki milədək uzaqlaşmağa yol vermək) tələblərini kobud surətdə pozaraq sahildən 10.0 mil aralı məsafədə olduğu müəyyən olunmuşdur. Baxış zamanı qayıqda olan xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs və xx.xx.19991-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olan və yaşayan X4 olduqları müəyyən olunmuş və sərhəd rejim pozucuları qismində saxlanılaraq, İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmələri haqqında materiallar toplanmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs və X3 əməllərində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barələrində tədbirlərin görülməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırması xahiş edilmişdir. Eyni məzmunla xx.xx.2025-ci il tarixdə 2-ci dərəcəli 204 nömrəli gəminin komandiri Sahil Mühafizəsinin rəisinə raportla müraciət etmişdir. DSX-i SM-nin əməkdaşı X6 izahatından görünür ki, 25 fevral 2025-ci il tarix, saat 10:45 radələrində Lənkəran reydində Lİ-440 bort nömrəli balıqçı qayığına baxış keçirilmiş və Dövlət Sərhəddi haqqında qanunun 25-ci maddənin 7-ci bəndinin (sahildən iki milədək uzaqlaşmağa yol vermək) tələblərini kobud surətdə pozaraq sahildən 10 mil aralı məsafədə olduğu müəyyən olunmuşdur. Baxış zamanı qayıqda olan xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Lənkəran rayon Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs və xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Lənkəra rayonu Aşağı- Nüvədi qəsəbəsində qeydiyyatda olan və yaşayan X4 olduqları müəyyən olunmuş və sərhəd rejim pozucuları qismində saxlanılmışdırlar. DSX-i SM-nin digər əməkdaşı X5 izahatında da görünür ki, o da X6 izahatına uyğöun izahat vermişdir. Şəxs özünün izahatından görünür ki, 25 fevral 2025-ci il tarix, saat 10:45 radələrində Xəzər dənizində Lənkəran reydində sahildən 10 mil aralı məsafəyə gələrək balıq ovu ilə məşğul olduğu zaman sərhədçilər tərəfindən qayığı saxlanılmış və baxış keçirilmişdir. Ona daha öncə 2 mildən uzaq məsafəyə ayrılmağı qadağan olduğu çatdırılmış, lakin 2 mildə balığın olmaması səbəbindən 10 mil aralı məsafəyə gələrək balıq tutmaqla məşğul olmuşdur. “Balıqçı qayığına baxışın (yoxlamanın) keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 204/20 nömrəli protokoldan görünür ki, “Lİ-440” markalı üzmə vasitəsi X1 mülkiyyətindədir və həmin qayıq 7E-14073 nömrəli etibarnamə əsasında idarə olunmuşdur. “Kiçik həcmli qayığın saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli 204/2 nömrəli protokoldan görünür ki, “Lİ-440” markalı üzmə vasitəsi saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 571-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində üzən vasitə müsadirə edilməməklə 350 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında müəuyən olundu ki, inzibati xətanı törətmiş şəxsin istifadə etdiyi qayıqın mülkiyyətçisi X2. Buna görə də, məhkəmə hesab edir ki, qayıqın mülkiyyətçisi inzibati xətanı törətmiş şəxs olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 571ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş üzən vasitə müsadirə edilməməlidirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək üzən vasitə müsadirə edilməməklə, barəsində 350 (üç yüz əlii) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov.
Məhkəmə qərarları › İş №3(049)-294/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-294/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver