Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-295/2025 22.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: 25 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində Lənkəran rayonu, Aşağı-Nüvədi sakini Şəxs Xəzər dənizi Lənkəran reydində sahildən 10 mil məsafədə Su-sərhəd rejiminə icazəsiz daxil olduğuna görə barəsində 204 nömrəli BQK-ri kapitanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 571-ci maddəsi ilə 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına dəvət olunmasına baxmayaraq inzibati protokolu tərtib edən şəxs və barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 25 fevral 2025-ci il tarixli barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 10:45 radələrində sahildən 10.0 mil məsafədə keçərək açıq dəniz istiqamətində gəlmişdir. Lənkəran reydi Xəzər dənizi sahilindən dənizə doğru 10.0 mil aralı məsafədə balıq ovu ilə məşğul olduğu zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Bu məsafədə balıq ovu ilə məşğul olmağının səbəsi sahildə 10.0 mil məsafəyədək dayazlıq olması və o ərazidə balığın olmamasıdır. Maddi çətinliyini və ailə vəziyyətini nəzərə almağını xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış Raportdan görünür ki, 25 fevral 2025-ci il tarixdə, sərhəd sularında su-sərhəd rejim qaydalarını pozduqlarına görə “Lİ-440” bort nömrəli Aliminum tipli “Yamaha-40” mühərrikli üzmə vasitəsi ilə saxlanılmış Lənkəran rayon, Aşağı -Nüvədi qəsəbə sakinin Şəxs sahildə təyin olunmuş məsafəni pozaraq (10.0 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 28 aprel 2024-cü il tarixli Lənkəran 204 nömrəli BQK-ri kapitanı X2 tərtib etdiyi protokoldan görünür ki, 25 fevral 2025-ci il tarixdə, saat 11:00 radələrində Lənkəran rayon, Aşağı-Nüvədi qəsəbə sakinin Əliyev X3 xidməti tərəfindən saxlanılmış sahildə təyin olunmuş məsafəni pozaraq (10.0 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 25 fevral 2025-ci il tarixli Lİ-440-bort nömrəli qayığına baxışın keçirilməsi və rejim pozucusu qismində tutulması Sxemdən görünür ki, 25 fevral 2025 bort nömrəli qayıq və 2(iki) nəfər heyət üzvu sahildən 10.0 mil aralı məsafədə rejm pozucusu qismində tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 25 fevral 2025-ci il tarixli 204/2 nömrəli balıqçı qayığına baxış keçrilməsi haqqında protokuldan görünür ki, Əliyev X3 rejim qaydalarını pozaraq 10.0 mil məsafədə balıqovlama ilə məşğul olması səbəbindən sərhd rejiminin pozucusu qismində sənədləşdirilmişdir. X6 Aleksndrovnaya məxsusdur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 571-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə inzibati xəta haqqında icraat aparılan şəxsin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 571-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə edilməlidir. Məhkəmə, eyni zamada “Lİ-440” bort nömrəli Aliminum tipli “Yamaha-40” bort nömrəli qayığın Şəxs məxsus olmamasını nəzərə alaraq həmin qayığın müsadirə edilməsinin mümkünsüz olmasını da nəzərə alır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinib barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-295/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-295/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver