Məhkəmə qərarları › İş №3(049)-296/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-296/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-296/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3 Nərimanov Rayon Polis İdarəsinin YPX-nin EQ 19039196 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19106255 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19109988 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19113528 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19116242 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli və EQ19128122 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayəti təkrar olaraq nəzərdən keçirib, müəyyən etdim: X1 Rayon Polis İdarəsinin YPX-nin EQ 19039196 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19106255 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19109988 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19113528 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19116242 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli və EQ19128122 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarından təkrar olaraq şikayət verərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-209/2024 saylı qərarddadı ilə (hakim N.Ağabəyov) X2 tərəfindən birinci dəfə verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəməyə baxılması üçün təqdim edilən şikayət ərizəsindən Nərimanov Rayon Polis İdarəsinin YPX-nin EQ 19039196 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19106255 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 19109988 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19113528 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19116242 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli və EQ19128122 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarının barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən nə vaxt əldə edilməsi müəyyən deyildir və şikayət verən şəxs buna dair hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Yəni, həmin qərardadda qeyd edilmişdir ki, şikayətçi tərəfindən mübahisələndirlən Nərimanov Rayon Polis İdarəsinin qərarlarının onun tərəfindən nə vaxt əldə etməsini təsdiqləyən sübutunu o, şikayətinə əlavə etməmiş, buna görə də onun tərəfindən şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək olmur. Buna görə də hesab edirəm ki, şikayət təkrar olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Təkrar olaraq bildirilir ki, şikayətdən cari ilin yanvar ayında qəbul edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarların şikayət vermiş şəxs tərəfindən nə vaxt əldə edildiyi məlum deyil və bu halın təsbit edilməsi qərar(lar)dan şikayət vermə müddətinin axımının nə zamandan müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Lakin qeyd olunan müddətin nə zamandan başlaması məhkəmə üçün müəyyən deyil. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Eyni zamanda, qeyd edilməlidir ki, İXM-nin 130.2-ci maddəsinin tələbi baxımından qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası məsələsinə də həmin oqan tərəfindən baxılaraq müvafiq qərar qəbul olunmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutub qərara aldım: Nərimanov Rayon Polis İdarəsinin YPX-nin EQ 19039196 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19106255 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19109988 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19113528 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ19116242 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli və EQ19128122 saylı inzibati xəta haqqında inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təkrar olaraq geri qaytarılsın. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar