Məhkəmə qərarları › İş №3(049)-296/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-296/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-296/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, Qərardan şikayət vermiş şəxs: Nümayəndə2, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin baş məsləhətçi-əmək müfəttişi Nümayəndə1 iştirakı ilə, Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nümayəndə2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Xidmətinin Lənkəran - Astara regional şöbəsinin 19 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vəzifəli şəxs kimi 3.000 (üç min) manat cərimə olunmuş. Barəsində qəbul edilmiş həmin qərar tamamilə əsassız olaraq, aidiyyəti olaraq heç bir araşdırma aparılmadan qəbul edilmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, guya o, Şahid1 onunla əmək müqaviləsi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Şahid1 xx.xx.2025-ci il tarixədək rəhbərlik etdiyi "xxxx" MMC-nin nəzdində olan “Medilandia Hospital”da işləməmişdir və heç bir işin, xidmətin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şahid1 ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, o, tibb bacısı vəzifəsində işə qəbul edilmiş və bundan sonra o, MMC- nin nəzdində olan “Medialandia Hospital”da əmək fəaliyyətinə başlamışdır. X6 Xidmətinin Lənkəran - Astara regional şöbəsi yalnız Lənkəran rayon prokurorluğunun müstəntiqi Emin Pənahlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, barəmdə inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Belə ki, Lənkəran rayon prokurorluğunun icraatında olmuş 2C-25 saylı araşdırma material üzrə izahatı alınmış “Medilandia Hospital”da mama ginekoloq işləyən Şahid2 izahatında qeyd etmişdir ki, Aytən adlı şəxs onun qəbulunda olarkən tibb bacısı Nailə də orada olmuşdur. Mehparə izahat verərkən Nailəni təsadüfi şahid kimi qeyd etmişdir. Mahirə Rufullayeva izahatında Nailənin “Medilandia Hospital”da tibb bacısı vəzifəsində işləməsi barədə bir xüsusat bildirməmişdir. Həmçinin Şahid1 uzun müddət “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X9 tibb bacısı vəzifəsində işləmişdir. Mahirə Rufullayeva da prokurorluqda verdiyi izahatında Şahid1 əvvəllər tibb bacısı işlədiyini nəzərə alaraq onu “tibb bacısı” ifadə etmişdir. Eyni zamanda Şahid1 “Medilandia Hospital”da işə qəbul edilməsi ilə əlaqadar müraciət etməsi üçün 27 yanvar 2025-ci il tarixdə həmin tibb müəssisəsinə gəlmişdir və əvvəllər Mahirə Rufullayeva ilə birlikdə işlədiklərindən və rəfiqə olduqlarından orada olarkən Mahirənin iş otağına keçərək, onunla söhbətləşmişdir. Aytən adlı pasiyent də Mahirənin qəbulunda olarkən Nailə də təsadüfi olaraq onun iş otağında olmuşdur ki, prokurorluq araşdırmanın nəticəsi olaraq qiymətləndirməsində bu halı guya Nailənin həmin tibb müəssisəsində işləməsi halı kimi qiymətləndirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda eyni zamanda qeyd edilmişdir ki, Şahid1 izahatında xx.xx.2024-cü il tarixdən “Medilandia Hospital”da tibb bacısı işləmişdir. Bu qeyd edilən hal da həqiqətə uyğun deyil, ümumiyətlə Nailənin həqiqətən də belə bir məzmunlu izahat verməsi ona olduqca şübhəlidir. X6 Xidmətinin Lənkəran - Astara regional şöbəsi inzibati tənbehvermə haqqında qərar qəbul edərkən yalnız “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilənlərlə kifayətlənmiş, inzibati xəta hadisəsinin olub-olmaması və onun həmin inzibati xətanı törətməkdə təqsiri araşdırılmamışdır. Belə ki, inzibati xəta haqında araşdırma zamanı o, izahat verərək hazırki şikayətdə qeyd etdiyi xüsusatları bildirməyinə baxmayaraq, Şahid1 və Mahirə Rufullayevanın izahatları ümumiyyətlə alınmamışdır. Onun tərəfindən izibati xətanın törədilməsi ilə əlaqadar sübutlar araşdırılmamışdır. Şübhələr araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Nümayəndə2 ərizəsində göstəriklərini təsdiq edib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin baş məsləhətçi-əmək müfəttişi Nümayəndə1 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid1 bildirdi ki, o, uzun müddət Lənkəran Rayon Mərkəzi Xəstənasında işləmişdir. xx.xx.2024-cü il tarixdən isə işdən çıxmışdır. Həmin tarixdən özünə iş axtarmış, bu məqsədlə əvvəllər tanıdığı Şahid2 işlədiyi “Medland Hospital”-a gedib gəlmiş, lakin işçi kimi işə qəbul edilməmişdir. Ona gözləməyini, vaxt olduqda onu işə qəbul edəcəklərini bildirmişlər. Həmin “Medilandia Hospital”da xx.xx.2025ci il tarixdə işə qəbul edilmiş və hazırkı vaxtdadək tibb bacısı işləyir. O, prokurorluqda da bu məzmunda ifadə vermiş, yazılan izahatları oxumadan imza etmişdir. Hazırda verdiyi ifadə tam doğrudur. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli, Lənkəran Rayon prokurorluğunda Şahid1 verdiyi izahatdan görünür ki, 1980-cı ildən Səhiyyə orqanlarında, elə həmin tarixdən də Lənkəran RMX-nın doğum şöbəsində 2021-ci ilin yanvar ayından isə X3 Mərkəzində mama vəzifəsində işləyir. Bundan əlavə xx.xx.2024cü il tarixdən hazırkı vaxtadək Lənkəran şəhəri, Nizami küçəsi Böyük bazarın yaxınlığında fəaliyyət göstərən “Mediland Hospital”-da tibb bacısı işləyir. İş 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. İş otağında ondan əlavə mama ginekoloq Şahid2 da olur və birgə işləyirlər. İş vaxtı həftənin 1-6-cı günləri saat 09.00-dan 01.00-dəkdir. xx.xx.2025-ci il tarixdə saat təqribən 12 radələrində işdə olan vaxt X8 həkimin qəbuluna gəlmişdir.Bu zaman o da həmin otaqda olub. Həmin vaxtı Aytənin ağrıların olduğunu və uşağı götürmək istədiyini bildirmişdir. Mehparə Aytəni ultrasəs müayinəsinə göndərmiş nəticələr normal olduğu üçün əməliyyata zərurət görməmişdir. Daha sonra Aytənin ağrıları şiddətli olacağı təqdirdə X1 getməsini məslət görmüşdür. Bundan sonra Aytən çıxıb getmişdir. Sonrada bilmiş ki, Aytən xx.xx.2025-ci il tarixdə Perinatal mərkəzinə müraciət etmiş vəziyyəti ağır olduğundan təcili qeysəriyyə əməliyyatı olmuşvə uşaq bətnindən xaric edildikdən bir neçə dəqiqə sonra Aytən ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli, Lənkəran Rayon prokurorluğunda Şahid2 verdiyi izahatdan görünür ki, 1997-ci ildən Səhiyyə orqanlarında, 2000-ci ildən Lənkəran RMX-nın doğum şöbəsində, 2021-ci ilin yanvar ayından isə X3 Mərkəzində mama ginekoloq işləyir. Bundan əlavə təxminən 2025ci ilin yanvar ayının 10-dan hazırkı Lənkəran şəhərində fəaliyyət göstəərn “Mediland Hospital”-da mama ginekoloq işləyir. X2 əvvəllər tanımamışdır. Xatırlamadığı vaxtda Aytən ona zəng edərək əvəllər onun xəstəsi olduğu yenidən hamilə olduğunu bildirmişdir və xahiş etmiş ki, yenidən onun həkimi olsun. O, Aytənlə razılşmış və vaxtaşırı ona mobil telefonda məsləhətlər vermişdir. Aytən əvvəllər 3 dəfə qeysəriyyə əməliyyatı etdirib 3 qız övladı olmuşdur. Xatırladığı qədər ilə xx.xx.2025-ci il Aytən onun yanına X4 gəlmiş, müayinə zamanı onda hər hansı bır problem olmamışdır. Aytən ağrılarının olduğunu və uşağı götürməyimi xahiş etdi. O, isə onunla razılaşdı, çünki təxminən 27 həftəlik hamilə idi. Daha sonra o, Perinatal Mərkəzdən məzuniyyətdə olan vaxt, yəni xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində fəaliyyət göstərən Medilandia Hospitalda olarkən Aytən mənim qəbulunda oldu. Bu zaman tibb bacısı Nailə adlı qadın da onun yanında idi və Aytənlə söhbətlərinin şahidi olmuşdur. Həmin vaxt Aytən ağrılarının olduğunu və uşağı götürmək istədiyini bildirmiş, o, Aytəni ultrasəs müayinəsinə göndərmişdir, nəticələr normal olduğu üçün əməliyyata zərurət görməmişdir. Daha sonra Aytənə ağrıları şiddətli olacağı təqdirdə X4 getməsini məsləhət görmüşdür. Bundan sonra Aytən çıxıb getmişdir. Sonradan bilmiş ki, Aytən xx.xx.2025-ci il tarixdə Perinatal mərkəzə müraciət etmiş, vəziyyəti pis olduğundan təcili qeysəriyyə əməliyyatı olmuş və uşaq bətnindən xaric edilmişdir. Uşaq bətndən xaric edildikdən bir neçə dəqiqə sonra ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli, Lənkəran Rayon prokurorluğunda Şahid1 verdiyi izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək Lənkəran şəhəri, Nizami küçəsi, Böyük bazarınyaxınlığında fəaliyyət göstərən “Mediland Hospital”-da tibb bacısı işlədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlnması haqqında qərardan görünür ki,Nümayəndə2 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli Əmək müqaviləsindən görünür ki, X7 ilə Şahid1 arasında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək əmək müqaviləsi bağlanmışdır. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlamadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində olan “Mediland Hospital”-da əmək fəaliyyətinə cəlbv edilməsi Şahid1 xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə iki ayrı müstəntiqə verdiyi izahatlarla tam təsdiq edilir. Məhkəmə, Şahid1 məhkəmə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək həmin ifadəni hazırda işlədiyi orqanın rəhbərliyi ilə arasında olan əmək münasibətlərindən irəli gələn və sonuncunu qorumaq məqsədi ilə verilmiş ifadə kimi qəbul edir. İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi kimi Nümayəndə2 əməli düzgün olaraq tövsif edilmişdir. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar