Məhkəmə qərarları › İş №3(049)-298/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-298/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-298/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs, Lənkəran rayonu YNH inspektoru polis kapitanı X1 iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində hüquqsuz və etibarnaməsiz idarə etdiyi Toyota Prius markalı ** OM *** nörməli nəqliyyat vasitəsini Lənkəran şəhəri, Ş.Axundov küçəsində idarə edərkən idarə etməni itirib yolun sağ ehtiyyat hissəsində park edilmiş Volsvagen markalı ** TN *** nömrəli maşının arxa sol hissəsinə ehtiyatsızlıqdan vuraraq yol nəqliyyat hadisəsə törətdiyinə görə Lənkəran rayonu YNH inspektoru polis kapitanı X2 tərəfindən onun barəsində İXP-nin 332.1 və 332.4-cü maddələri ilə 07 aprel 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə islasında Lənkəran rayonu YNH inspektoru polis kapitanı Coşqun Cəfərov protokolun məzmununa uyğun çıxış edərək hadisə baş verən zaman təqsirləndirilən şəxsin 18 yaşının tamam olmadığını və sürücülük hüququna malik olmadığını qeyd etdi. Təqsirləndirilən şəxs barəsində hansı növ inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxdığnı bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, tanışları vasitəsilə Azər adlı şəxsin maşın icarəyə verdiyini öyrəndikdən sonra Azərlə görüşmüş və maşını ondan bir saatı 30 manat olmaqla icarəyə götürmüşdür. O, Azərə sürücülük hüququnun olmamasını bildirsə də, Azər polislərin onu tanıdıqlarını deyərək bu barədə problem olmayacağını və dəfələrlə sürücülük hüququ olmayan şəxslərə maşın icarəyə verdiyini bildirmişdir. Lakin Azər ona maşını verərəkən tormoz əyləcinin nasaz olduğunu bildirməmişdir. Nəticədə o qəza törətmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş etdi. Əlilliyi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, həmin gün evdə olmuş, səs eşitdikdən sonra həyətə çıxmış və maşının vurulduğunu görmüşdür. Hazırda maşına zərər dəymişdir. Təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 20 mart 2025-ci il tarixli 642605 №-li protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır, əlilliyi yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin sədri Ağasən Kələntərov tərəfindən verilən rəydən görünür ki, Volsvagen passat markalı ** TN *** nömrəli maşına 2885 manat məbləğində ziyan dəymişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində hüquqsuz və etibarnaməsiz idarə etdiyi Toyota Prius markalı ** OM *** nörməli nəqliyyat vasitəsi ilə hərəkətdə olan Lənkəran şəhəri, Ş.Axundov küçəsində park edilmiş Volsvagen markalı ** TN *** nömrəli maşının arxa sol hissəsinə ehtiyatsızlıqdan vuraraq yol nəqliyyat hadisə törətmiş, nəticə də Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Hadisə baş verən zaman Şəxs 18 yaşı tamam olmamışdır. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi, zərəçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, zərəşəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəşəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar