Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-299/2025 17.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 01 aprel 2025-ci il tarixli, EQ 27044309 nömrəli inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 01 aprel 2025-ci il tarixli, EQ 27044309 nömrəli inzibati tənbehvermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə idarə etdiyi QAZ 31105 minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 200-ci kilometrliyində inzibati xəta törətdiyi və bu barədə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, EQ 27044309 nömrəli protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 01,04.2025-ci il tarixli mübahisələndirdiyti qərarda qeyd olunmuşdur ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:16-da M-3, E-119, AH-8 Qlət-Astara-İran yolunun 200-cu kilometrliyində mülkiyyətində olan QAZ 31105 MİNİK MARKALİ, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də ona 10 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur və onun əməlində inzibati xəta tərkibi mövcüd deyildir. Belə ki, özü Lənkəran rayonu, Şağlaser kəndində yaşayır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Lənkəran rayon Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-cı il tarixdə saat 10:15-də Şirvan Apellyasiya Məhkəməsində hakim İlham Əsəsdovun icraatında olan iddiaçı X2 cavabdeh X6 qarşı pul tələbinə dair tərəfimdən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə baxışı iclasında iştirak etmişdir (e-məhkəmə sistemindən məhkəmə iclasının vaxtım şikayətə əlavə edirəm). Həmin iclasda təmsil etdiyi şəxslə birlikdə saat 08:30 radələrində Lənkəran rayonu, Girdəni kəndindən (Dəmirağac marketin yaxınlığı) mülkiyyətində olan avtomobillə Şirvan şəhərinə yola düşmüşdür. Məhkəmə iclasında da iştirak etdikdən sonra Lənkəran şəhərinə qayıtmışdır. Qərarda inzibati xəta hadisəsinin baş verdiyi yer M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 200-cu kilometrliyi göstərilsə də həmin vaxt o, idarə etdiyi avtomobillə qeyd olunan ərazidə olmamışdır. Bütün bu sadaladıqlananlar onun inzibati xətanın baş verdiyi vaxt Lənkəran rayonu ərazisində olduğunu təsdiq edir. Bundan əlavə YHQ-nun tələblərinə əsasən magistral yolda minimal olaraq 50 km.s. sürətlə hərəkət etmək olar yəni, 50 sürətdən aşağı surətlə hərəkət etmək qanunla qadağan olunur ki, qərarda qeyd olunan kimi əgər inzibati xətanın baş verdiyi yol ilə razılaşsa onda həmin yol magistral yola diışür ki, burda da 50-119 surətlə hərəkətə icazə vardır ki, o, da məhz 69 surətlə hərəkət etmişdir. İnzibati xətanın törədildiyi yerə gəldikdə isə orada nə 6.14 nə də ki, 3.24 yol nişanı mövcud deyildir. Söhbət yuxarıda qeyd etdiyi kimi Lənkəran şəhərində xətanın faktiki törədildiyi yerdən gedir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 tərəfindən məhkəməyə təqdim edilən foto və video çəkilişlərə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilmişdir. Müəyyən edilmişdir ki,:
1. məhkəmədə mübahisələndirilən qərarla əlaqədar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin elektron kabinetinə yerləşdirilmiş inzibat xəta hadisəsini əks etdirən foto və videoçəkilişdə həmin inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə saat 08:16:02-də törədildiyi, növünün: yüksək sürət olduğu, yolda müəyyən edilmiş hərəkət sürətinin 50 km.saat olduğu halda QAZ 31105 minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 69 km.saat sürətlə hərəkət etdiyi qeyd edilmişdir.
2. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən öz təşəbbüsü ilə qeydə alaraq məhkəməyə təqdim etdiyi video və fotoşəkillərdən görünür ki, onun inzibati xəta törətdiyi qeydə alınmış yerin təsvirləridir. X4 məhkəmə iclasında təqdim etdiyi video və fotoşəkillərdə göstərdiyi yerin ona dair inzibati tənbehvermə haqqında qərarda qeyd edilən yer olmadığı, bu barədə inzibati orqan tərəfindən yalnışlığa yol verildiyi, həmçinin qərarda qeyd edilən ərazidə icazə verilən sürət həddinin sürət həddinin 50 km.s. deyil, daha artəq olduğunu bidirmişdir. Qeyd edilən halda məhkəmə belə hesab edir ki, mübahisələndirilən qərarda göstərilmiş inzibati xəta hadisəsinin həqiqətən də məhz M-3, E-l19, AH-8 Ələt-Astara-İran yolu, 200-ci kilometrliyində baş verdiyinə dair şübhələr mövcuddur. Belə ki, təqdim edilmiş sübutlarda inzibati xəta hadisəsinin qeydə alındığı yerə və icazə verilən sürət hədində dair ziddiyyət mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır.
QƏRARAALDİ:
X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 01 aprel 2025-ci il tarixli, EQ 27044309 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Anar Pənahov