Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-3/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin nümayəndəsi X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşad Əhmədov tərəfindən tərtib edilmiş 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-661/2023 saylı, 04 iyul 2024cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)-661/2023 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon Mədəniyyət Mərkzəindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi məcburi iş buraxmaya görə cəmi əmək haqqı 1428 manat 95 qəpik məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icra məmurunun bildirişi idarəyə daxil olduqdan sonra müvafiq vəsaitin ayrılması üçün Mədəniyyət Nazirliyinə müraciət olunmuş, Mədəniyyət Nazirliyi müraciətlərinə cavabında qeyd olunan məbləğin ödənilməsi üçün müvafiq büdcə hesabında vəsait olmadığı üçün bununla bağlı Maliyyə Nazirliyinə müraciət edildiyini bildirmiş və müvafiq vəsait hesaba köçürüldüyü halda Zərərçəkmiş şəxs ödəniləcəkdir. Göründüyü kimi məhkəmənin qətnaməsi üzrsüz səbəblərdən deyil, üzrlü səbəblərdən icra edilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o X1 İdarəsindən şiakyətçidir. Məhkəmə qətnaməsi ilə ödənilməli olan məbləği ona ödəməmişlər. İdarənin barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Astara Rayon Məhkəməsinin 2(018)-661/2023 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon Mədəniyyət Mərkzəindən 19 noyabr 2022-ci il tarixdən 16 aprel 2023-cü il tarixə kimi məcburi iş buraxmaya görə cəmi əmək haqqı 1428 manat 95 qəpik məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-661/2023 saylı, 04 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-661/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsina göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. X1 İdarəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 İdarəsinin Astara Mədəniyyət Mərkəzinin Çayoba mədəniyyət evinin xadiməsi Zərərçəkmiş şəxs Astara rayon məhkəməsinin qərarına əsasən məcburi iş buraxmaya görə 1428,95 manat vəsait ödənilməlidir. X1 İdarəsinin 2023-cü il üçün xərclər smetasında 7.1.3 paraqrafının 222990(sair xərclər) xərc maddəsində vəsait nəzərdə tutulmamışdır. Bununla əlaqədar 7.1.3 paraqrafının 211100 (ştatda olan işçilərin əmək haqqı) xərc maddəsindən 1430 manat vəsaitin 7.1.3 paraqrafının 222990 xərc maddəsinə keçirilməsinə müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. X1 İdarəsinin Lənkəran rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, icra şöbəsinin xx.xx.2023-cü il tarixli məktuba baxılmışdır. X1 İdarəsi büdcə təşkilatıdır və Respublika büdcəsindən maliyyələşir. Zərərçəkmiş şəxs ödənilməli xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi məcburi iş buraxmaq müddətinə görə 1428,95 manat məbləğində pul vəsaiti idarənin əmək haqqın fondundan yerli xəzinadarlıq idarəsinə göndərilmişdir. Yerli xəzinədarlıq orqanı məcburi iş buraxmaya görə ödənilən vəsaitin əmək haqqı fondundan deyil, 222990 xərc maddəsindən ödənilməli olduğu bildirilmişdir. X1 İdarəsinin 2023-cü il xərclər smetasında 222900 xərc maddəsində vəsait nəzərdə tutulmadığından idarə tərəfindən həmin məbləğin smetaya əlavə olunması və açılmasından ötrü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinə məktubla müraciət olunmuşdur. Vəsait smetaya əlavə olunub açıldığı zaman həmin məbləğin Zərərçəkmiş şəxs hesab köçürülməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin X1 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin dövlət büdcəsində Mədəniyyət Nazirliyinə «Mədəniyyət sarayları, mərkəzləri, evləri və klubları» köməkçi bölməsinin «sair xərclər» maddəsində vəsait nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məktub ünvanlanmışdır. Məsələyə müsbət baxılacağı təqdirdə X1 İdarəsinə vəsait ödənişi təmin ediləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinun əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar tələbin müəyyən edilmiş müddət ərzində icra etməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi tərəfindən üzrsüz səbəbdən icra etməməsi halının mövcudluğu öz təsdiqini tapmır. Belə ki, idarə tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş olan məbləğin tələbkar Zərərçəkmiş şəxs ödənilməsi idarənin hesabına müvafiq vəsaitin olmaması ilə bağlı Lənkəran rayon İcra və Probasiya Şöbəsinə məlumat vermiş, həmçinin ödəmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinə də müraciət etmiş, sonuncu isə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə mürciət olunduğu bildirilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X1 İdarəsi icra sənədini üzrsüz səbəbdən deyil, əksinə üzrlü səbəblərdən icra edə bilməmiş, yəni hüquqi şəxsin əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-3/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-3/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver