Məhkəmə qərarları › İş №3(049)-3/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-3/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-3/2025 06.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 23 noyabr 2024-cü il tarixli, EP0190049 saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8950/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitetin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzə Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, özünü həmin cəmiyyətin direktoru kimi təqdim etmək istəyən şəxs səlahiyyətini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə bunu Şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi kimi qəbul edib işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında Çıxarışdan görünür ki, Şəxs ASC xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanında dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Mərkəzi Bank tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 2023-cü ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi barədə Şəxs ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş poçt bildirişindən görünür ki, Mərkəzi Bank tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş Şəxs ASC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuş və onu Arzuman Qasımov adında şəxs qəbul edərək imzalamışdır. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Mərkəzi Bankın tələb edilən sənəd (2023-cü ilə dair emitetin illik hesabatı) barəsində xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8950/2024 saylı məktubu Şəxs ASC-yə xx.xx.2024-cü il tarixdə daxil olsa da, sonuncu həmin sənədi məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmiş və bununlada İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallara istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, hüquqi şəxs Şəxs ASC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar