Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-30/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi 25 dekabr 2024-cü il tarixdə, saat 10:05 radələrində etibarnamə əsasında idarə etdiyi KİA SORENTO minik markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şirvan Apellyasiya Məhkəməsinə gedərkən Salyan-Şirvan yolunda hərəkət edərkən qarşıda, təqribən 2 km məsafədə yolun sol kənarında ara yolda DYP avtomobilinin dayandığını görmüşdür. Həmin maşının bərabərliyinə çatdıqda avtomobili saxlamaq barədə ona işarə edilmişdir. Yol polis əməkdaşı onu saxlatdırdıqdan sonra uzun müddət avtomobildən düşməyərək onun avtomobildən düşüb ona yaxınlşmağını gözləmişdir. O da qanunun tələbinə uyğun olaraq inspektora yaxınlaşıb özünü təqdim etməsini və hansı səbəbdən onu saxlatdırdığını bildirmək üçün gözlədikdən sonra işarə edərək tələsdiyini deyib yaxınlaşmasını xahiş etmişdir. Yol patrul xidmətinin inspektoru laqeyd-laqeyd özünü təqdim etmədən yaxınlaşmışdır. Saxlanılma səbəbini soruşduqda bildirmiş ki, əks zolağa çıxaraq ötmə əməliyyatı apardığımı bildirmişdir. Şikayətçi ona vəkil olmaqla Apellyasiya Məhkəməsinə tələsdiyini, onu yoldan etməməyi, qanunsuz heç bir ötmə əməliyyatı aparmadığını bildirsə də, o, protokol tərtib edəcəyini bildirərək hesab etdi ki, o, yenidən ona yaxınlaşıb hansısa qeyri-qanuni xahişlər edəcək. O, da əgər hansısa qanunu pozmuşsa protokol tərtib edə bilər deyərək yoluna davam etmişdir. Sonradan ona məlum olmuş ki, həmin yol patrul xidmətinin inspektoru, sonradan adını bildiyi polis baş serjantının adı X1 olmaqla onun barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib etmiş və həmin protokola əsasən 3 bal yazılmaqla 100 (bir yüz) manat məbləğində cərimə edilmidir. Həmin protokoldan görünür ki, o, guya İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini qeyd etmişdir. Hesab edir ki, yuxarıda barəsində olan və qeyd etdiyi qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin inzibati xəta haqqında protokol blankından da görünür ki, protokol tərtib edildikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmalı, həmin şəxsin hər hansı bir vəsatət və etirazının olub olunmaması aydınlaşdırılmalıdır. Hansı ki, protokol tərtib etmiş inspektor belə bir tələblə ona müraciət etməmişdir. Əksinə özü ona müraciət edərək əgər hansısa qanunsuz hərəkətə yol verib yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatı aparmışsa, bu barədə görüntünü təqdim etməsini soruşduqda goruntu olduğunu desə də, ona hər hansı bir görüntü təqdim etməyərək saymazyana şəkildə uzaqlaşmışdır. Hesab edir ki, belə bir görüntü olmuş olsaydı, inspektor həmin görüntünü də protokola əlavə etməli idi. “X6” Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin tələbləri tərfindən pozulmamışdır. Ona görə də hazırkı ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Dövlət Yol Polisi İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə qərarından şikayət verilən orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 327.2-ci maddəsinin tələbinə görə də, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. (xx.xx.2024-cü ilədək qüvvədə olan qanunvericiliyə əsasən səksən manat cərimə idi). İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X6” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs heç bir inzibati xətaya yol vermədiyini, əgər vermişdirsı bu halın ona videogörüntü ilə göstərilməsini xahiş etmişdir. Məhkəmə tərərindən iştirak edən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları- konkret halda videogörünütünü təqdim etməsi təklif edilmiş, lakin sübutlarınvideogörüntünün məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən şəxs də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında videogörüntünün mövcudluğunu mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X8 Xidmətinin 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Rayon Polis X8 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-30/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-30/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver