Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-300/2025 08.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 23 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, Narbağı kəndində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, onu döyərək xəsarət yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 01 mart 2021-ci il tarixdə Lənkəran rayonu Siyabli kənd sakini Şəxs qızı ilə evlənib ailə qurmuşdur. Evləndikləri vaxtdan münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin dekabr ayının əvvəlində Zəhra mobil telefonuna baxdığı zaman onun başqa bir qızla səmimi mesajlaşmağını aşkar etmişdir. Buna görə Zəhra ilə aralarında xırda narazılıq olmuşdur. Zəhra ona başqa qızla yazışmağını heç kimin bilməməsini bildirmişdir. Bu səbəbdən aralarında mübahisələr yaranmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, Narbağı kəndində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə zamanı ona üz nahiyəsindən bir şillə zərbəsi vurmuşdur. Lakin təpiklə onu vurmamışdır. O, müharibə vaxtı kontuziya aldığına görə səhhətində yaranmış problemlə əlaqadar hərdən özünü idarə edə bilmir. Buna görə də mübahisə zamanı öz hərəkətlərini idarə edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmaq istəyir. Lakin Zəhranın ailə üzvləri buna imkan vermirlər. Barəsində olan inzibati xəta haqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 mart 2021-ci il tarixdə Lənkəran rayonu Narbağı kənd sakini Şəxs ilə evlənib ailə qurmuşdur. Birgə ailə həyatından 2021-ci il təvəllüdlü oğlu Məcid Məcidzadə və 2023-cü il təvəllüdlü oğlu Sahib Məcidzadə doğulmuşdur. Evləndikləri vaxtdan münasibətləri yaxşı olmuşdur. Təxminən bir il əvvəldən başlayaraq əri Raufla aralarında münasibətləri pisləşməyə başlamışdır. Təxminən 4 ay əvvəl Raufun mobil telefonunda yad qadınlarla sevgili kimi mesajlaşmalarını aşkar etmiş və bu səbəbdən aralarındakı münasibətlər kəskinləşmişdir. Rauf evə gecə gec saatlarda qayıtmışdır. Evə gec gəldiyində əri Raufa narazılıqlarını bildirdikdə Rauf ona şiddət göstərir, ayaqqabı ilə, yumruq təpiklə bədənin müxtəlif nahiyələrinə zərbələr vurub onu döymüşdür. Evliliyi bitməməsi üçün əri Raufun ona qarşı göstərdiyi münasibətə görə dözmüşdür. 2025-ci ilin yanvar ayının əvvəllərində qaynatası Xankişi və qaynanası Firəngiz əri Raufa onun evdə heç bir iş görmədiyini, bütün günü mobil telefonda olduğunu deyib əsas gətirməklə mobil telefonunu ondan almasını bildirmişlər. Əri Rauf da mobil telefonunu həmin günlərdə ondan alıb özündə saxlamışdır. 13 yanvar 2025-ci il tarixdə səhər saat 11 radələrində əri Rauf ondan evi tərk etməyini tələb etdiyi zaman evi tərk etmədiyini görüb təpiklə belinə, qarın nahiyəsinə zərbələr vurmuş, sifət nahiyəsini əlləri ilə tutub cırmaqlayıb ona xəsarətlər yetirmişdir. Əri Rauf onu döyərkən evdən çıxıb getməyini tələb etmişdir. Evdən çıxmaqdan imtina etdiyi üçün Rauf üstünə əlində bıçaqla gəlib, evdən çıxmağını, əks halda onu bıçaqla vurub öldürəcəyini deyib hədə qorxu gəlmişdir. Əri Raufun onu bıçaqla vuracağından qorxub ona məxsus avtomobilə əyləşmişdir. Rauf onu Lənkəran rayonu Siyabli kəndində yerləşən ata evinə apardığı zaman yolda maşını saxlayıb ona özünü körpüdən atıb intihar etməyini demişdir. Orada bir qədər dayandıqlarından sonra Rauf maşını sürüb ata evinin həyət qapısının qarşısında saxlayıb orada onu düşürdüb, bir daha evə qayıtmamağını bildirib, evə qayıdacağı halda onu öldürəcəyini demişdir. Hazırda Şəxs ilə barışmaq istəmir. Ona inzibati həbs növündə cəza verilməsini məhkəmədən xahiş etdi. “Sağlamlığa zərər vurmanın təyininə dair” Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 34 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alt çənə nahiyəsində sıyrıq, sağ bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt eşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri, Narbağı kəndin sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə məlumat verərək, xx.xx.2025-ci il səhər saat 11 radələrində Şəxs onu döyərək xəsarət yetirməsini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 21 mart 2021-ci il tarixdə Lənkəran rayonu Narbağı kənd sakini Şəxs ilə evlənib ailə qurmuşdur Evləndikləri vaxtdan münasibətləri yaxşı olmuşdur. Təxminən bir il əvvəldən başlayaraq əri Raufla aralarında münasibətləri pisləşməyə başlamışdır. Təxminən 4 ay əvvəl Raufun mobil telefonunda yad qadınlarla sevgili kimi mesajlaşmalarını aşkar etmiş və bu səbəbdən aralarındakı münasibətlər kəskinləşmişdir. Rauf evə gecə gec saatlarda qayıtmışdır. Evə gec gəldiyində əri Raufa narazılıqlarını bildirdikdə Rauf ona şiddət göstərir, ayaqqabı ilə, yumruq təpiklə bədənin müxtəlif nahiyələrinə zərbələr vurub onu döymüşdür. Evliliyi bitməməsi üçün əri Raufun ona qarşı göstərdiyi münasibətə görə dözmüşdür. 13 yanvar 2025-ci il tarixdə səhər saat 11 radələrində əri Rauf ondan evi tərk etməyini tələb etdiyi zaman evi tərk etmədiyini görüb təpiklə belinə, qarın nahiyəsinə zərbələr vurmuş, sifət nahiyəsini əlləri ilə tutub cırmaqlayıb ona xəsarətlər yetirmişdir. Əri Rauf onu döyərkən evdən çıxıb getməyini tələb etmişdir. İş materiallarında olan N-İ-5738 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs “Xocavəndin işğaldan azad olunmasına görə” medalı ilə təltif olunub. İş materiallarında olan N-İ-10277 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs “Füzuli rayonunun işğaldan azad olunmasına görə” medalı ilə təltif olunub. İş materiallarında olan N-İ-41872 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs “Vətən müharibəsi medalı” ilə təltif olunub. İş materiallarında olan № 108039 nömrəli Azərbaycan Respublikasının Müdafiə Nazirliyini tərəfindın verilmiş Veteranlıq vəsiqəsindən görünür ki, Şəxs 44 X4 iştirak edərək, Veteran adına layiq görülüb. Bu vəsiqə ona xx.xx.2023-cü ildə təqdim olunub. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə Şəxs “Xocavəndin işğaldan azad olunmasına görə”, “Füzuli rayonunun işğaldan azad olunmasına görə” və “Vətən müharibəsi” medalları ilə təltif olunduğunu onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-300/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-300/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver