Məhkəmə qərarları › İş №3(049)-302/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-302/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-302/2024 19.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXP) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. 03 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 17 fevral 2024-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi BMW markalı, **-HY-*** dövlət qeydiyyatı avtomobillə Lənkəran şəhəri, 20 Yanvar küçəsi ilə M.M.Axund küçəsinin kəsişməsində yol daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi hissəsinin 2-ci və 3-cü bəndlərinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkətini salınmasında istifadə olunan yol nişanlarına tabe olmalıdırlar, həmçinin yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətzisliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar tələbinə riayət etməyib “dayanmadan keçmək qadağandır” yol nişanının qarşısında avtomobili dayandırmayıb avtomobili yolayrıcına daxil etdirərək Lənkəran şəhəri, M.M.Axund küçəsində hərəkətdə olan X3 idarə etdiyi Hyundai County markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşdurmuş, ehtiyatsızlıqdan sonuncu avtomobildə olan sərnişin X7 alın nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması, sağ baldır nahiyəsində qançırla nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin yeri və vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş lakin məhkəməyə xx.xx.2024cü il tarixdə ərizə göndərərək üzürlü səbədən iştirak edə bilmədiyini və onun iştirakı olmadan qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada zərərçəkmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə göndərərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun haqqında heç bir şikayəti və tələbi olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin yol-nəqliyyat hadisəsini törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmçinin iş materiallarına olan xx.xx.2024-cü il tarixli, 155 nömrəli məhkəmə tibb ekspertiza rəyinə əsasən X7 bədəni üzərində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət almışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 03 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 17 fevral 2024-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi BMW markalı, **-HY-*** dövlət qeydiyyatı avtomobillə Lənkəran şəhəri, 20 Yanvar küçəsi ilə M.M.Axund küçəsinin kəsişməsində yol daxil olarkən Lənkəran şəhəri, M.M.Axund küçəsində hərəkətdə olan X3 idarə etdiyi Hyundai County markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşdurmuş, ehtiyatsızlıqdan sonuncu avtomobildə olan sərnişin X2 yüngül xəsarət almasına səbəb olmuşdur. Bununla da X5 İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən X1 məsuliyyətini yüngülləşdirən, İXMnin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X5 şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə iş üzrə zərərçəkmiş şxsə barışıq əldə edərək zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar