Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-306/2024 05.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, protokol tərtib etmiş şəxs: Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: X5, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxxx 1968-cı il tarixdə Lerik rayonu, Boladi kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən , Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran rayon İcra və Probasiya şöbəsindən Lənkəran Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1587/2023 saylı, xx.xx.2023 cü il tarixli icra sənədin tələbi üzrə 3000 manat və dövlət rüsumu olaraq 50 manat pul Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli və 2(049)- 1586/2023-saylı xx.xx.2023-cü il tarixli icra sənədinin tələbi üzrə 1470 mant pul və ödənilmiş dövlət rüsumu olaraq 34,70 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməlidir. Borclu qətnaməni tam icra etməməklə icra məmurunun qanuni tələbinə əməl etməmiş və onun tələbkara borcu yaranmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq borclu tələbkara olan borcunu tam ödəməməklə icra sənədinin icrasından yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru X7 bildirdi ki, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Görülmüş icra tədbirləri nəticə verməmişdir. Bugün də borclu ilə tələbkarın razılığa gəlməsinə cəhd etsə də, bu baş tutmamışdır. Borculunun cəmi 4554,70 manat borcu vardır. Göstərilənlərə əsasən borclu barəsində tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5 göstərdi ki, borclunun ona və atasına borcu olsa da, borcunu ödəməkdən yayınır, borclunun mülkiyyətində üç yarı torpaq sahəsi var və borcunu qaytarmağa kifayət qədər imkanı olduğu halda borcunu qaytarmır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hər iki icra sənədi üzrə borcu olduğunu qəbul edir, lakin bir müddət maddi imkanı yaxşı olmadığı üçün borcunu bir dəfəlik qaytara bilməmişdir. Onun başqa bir iş üzrə də icra sənədi olduğu üçün həmin icra sənədi üzrə pulu tam ödəmiş və buna görə hazırkıl icra sənədlərini tam ödəyə bilməmişdir. Hazırkı iş üzrə tələbkarlarla borcun hiss-hissə ödənilməsi barədə razılığa gəlmək istəsə də, mümkün olmamış, buna görə də qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəsi icraata götürülərək 15 aprel 2024-cü il tarixə təyin edilmişdir. Onun mülkiyyətində üç ayrı torpaq sahəsi vardır, həmin torpaq sahələrində təsərrüfatla məşğuldur və əldə etdiyi pulla borcunu ödəyəcəkdir. Onun borcunu qaytarmaq fikri vardır, heç bir yayınma halına yol verməmişdir. Göstərilənlərə əsasən, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 göstərdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin hərəkətlərinə İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsini əhatə edəcək hər hansı hal yoxdur. İcra məmurunun qanuni çağırışına vaxtında gəlmiş, hər hansı qərəzli hərəkəti olmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-1587/2023 saylı, xx.xx.2023 cü il tarixli icra sənədin tələbi üzrə 3000 manat və dövlət rüsumu olaraq 50 manat pul Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-1586/2023-saylı xx.xx.2023-cü il tarixli icra sənədinin tələbi üzrə 1470 mant pul və ödənilmiş dövlət rüsumu olaraq 34,70 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə iki iş üzrə icraata xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bu da borclunun məhkəmə qərarının icrasından yayınmasını məntiqi olaraq istisna edir. Məhkəmə qeyd edir ki, məhkəməyə baxılması üçün təqdim edilmiş materiallardan görünür ki, iş üzrə icaarta xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə başlanmış sonra şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin maddənin dispozisiyası yuxarıda qeyd edildiyi kimi iki alternativ əməldən birinin törətdilməsini ehtiva edir ki, hazırda məhkəməyə təqdim olunan materialda barəsində protokol tərtib edilmiş şəxsin hansı əmələ yol verdiyi məlum deyil. Məhkəmə şəxsin borcunun olduğunu müəyyən edilmiş hesab edir. Bununla yanaşı o da qeyd edilməlidir ki, elektron məhkəmə sistemindən çıxarışdam görünür ki, Şəxs VÖEN-i var, habelə Kapital Bank, Rabitə Bank və Yelo Bank ASC-lərdə üç hesabı vardır. Həmin hesablarla bağlı hansı icra tədbirilərinin həyata keçirilməsinə dair ( müvafiq sorğular verilib hesablar haqqında məlumat alınması, hesablarda ola bilcək pul vəsaitinin dövriyyəsi istiqaməti, habelə həmin hesablar üzərinə inkasso sərəncam qoyulması və s) məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən müvafiq icra tədbirləri görülmədən Şəxs barəsində birbaşa inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən hər hansı qanuni tədbir görülməsi məhkəməyə müəyyən deyil və buna görə də, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Eləcə də, Şəxs hər hansı tədbir görülməsi ilə bağlı icra məmuru tərəfindən hər hansı göstəriş və ya xəbərdarlıq edilmədiyindən, yəni qanunda nəzərdə tutulmuş hər hansı icra tədbiri həyata keçirilmədiyindən, habelə Şəxs borcun ödəməkdən yayınmağı ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi əsası ilə də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Lənkəran rayon məhkəməsinin 2(049)-1587/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(049)-1586/2023-saylı xx.xx.2023 icra sənədinin qətnaməsinin icrası üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-306/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-306/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver