Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-306/2025 07.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, qərarından şikayət verilən şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin inspektoru, polis X1nun iştirakı ilə, X3 onun barəsində qəbul edilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis X9 Polisi Bölməsinin təkrar qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv olunması, barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (X10 Bölməsi - Lənkəran rayonu Polis X1) (sonradan mətndə - Səlahiyyətli orqan (vəzifəli şəxs) xx.xx.2025-ci il tarixli, İXP6913554 nörməli inzibati protokol tərtib olunmuş və inzibati tənbehi vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilərək, barəmdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin sanksiyası çərçivəsində 100 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Sözügedən inzibati tənbehi vermə haqqında qərarla razılaşmayaraq, həmin qərarın ləğv olunması üçün Lənkəran Rayon Məhkəməsinə şikayət ərizə ilə müraciət etmişdir.Məhkəmədə şikayəti təmin edilərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Rayon Şəhər Polis X9 Polisi Bölməsinin18 02.2025- ci il tarixli, TP ******* nömrəli qərarının ləğv olunması, barəmdə aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi şikayətə baxaraq, xx.xx.2025-ci il tarixli, 3(049)-209/2025 saylı Qərarı ilə şikayəti qismən təmin edilmiş, AR DİN Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Lənkəran ŞRPŞ-nin DYPB -nə qaytarılmışdır. Lakin, Lənkəran ŞRPŞnin DYPB heç bir araşdırma aparmadan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş inzibati tənbehi vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarını olduğu kimi yenidən bərpa etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayət və ona əlavə edilmiş sənədləri baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin inspektoru, polis X1 məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsindən sonra hazırki tarixədək yenidən araşdırma aparılmadığı və yeni qərar qəbul edilmədiyi bildirilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin ərizəsini araşdıraraq hesab edir ki, ərizəyə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 onun barəsində qəbul edilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-306/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-306/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver