Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-307/2024 06.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin rəis müavini X1 tərtib etdiyi 06 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 7998 manat pul vəsaitinin tutulması qeyd edilmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 6898 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin rəis müavini X2 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra borclu Şəxs şəbəyə dəvət edilərək, xx.xx.2023-cü il tarixdə ona tələbin könüllü icrası haqqında bildriş təqdim edilmiş və məcburi icra tədbirləri haqqında ona məlumat verilmişdir. Buna baxmayaraq borclu hər ay tələbkara hər ay 50 manat ödəniş etmişdir. Borclu qətnamənin hissə-hissə icrası ilə əlaqadar məhkəməyə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. İcra məmurunun təqdimatı ilə borcunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda icra məmurunun təqdimatı əsasında icra sənədinin icrası ilə əlaqadar borclunun mülkiyyətində olan “RAF-2203” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş, lakin həmin avtomaşın tapılmadığından onun tapılması istiqamətində aidiyyəti polis orqanlarına müraciət edilmişdir. Hazırda borclunun tələbkara 6898 manat borcu qalmışdır, tələbkar isə borcunu tam olaraq ondan tələb edir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 2(049)- 2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tərəfindən ona hazıradək ayda 50 manat olmaqla cəmi 1100 manat pul ödənilmişdir. Lakin o, borcunu tam olaraq ondan tələb edir və hissə-hissə ödənilməsinə razı deyildir. Çünki uzun müddətdir ki, borcun ödənilməsini gözləyir, borclu isə bundan yayınır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlu məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onunizahatı alınmışdır. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkara heç bir vəsait ödəməmişdir və onun aliment borcu hazırda 2.640 manat təşkil edir. Tələbkar dəfələrlə şöbəyə müraciət edərək aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Protokolun təmin edilərək, borclu Çingiz Rəhimovun ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi barədə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə ayda 50 manat ödəyə bilər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkara borcundan 1100 manat borc ödəmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs tələbkar Şəxs 7800 manat və 98 manat məbləğində dövlət rüsumunun tutulması qeyd edilmişdir. 2(049)-2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən “icraata başlmaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilməklə xx.xx.2023-cü il tarixdə şəxsən imza edilməklə borclu Şəxs təqdim edilmişdr. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 19 dekabr 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-55/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatına əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs borclunun mülkiyyətind olan “RAF-2203” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Yuxarıda qeyd edilən avtomobilin tapılması üçün icraməmuru tərəfindən xx.xx.2023cü il tarixdə axtarış elan edilmiş və qərar icra edilməsi üçün aidiyyəti polis orqanlarına göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-351/2023 saylı xx.xx.2023-cü il qərardadı ilə icra məmurunun təqdimatına əsasən, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə borclu Şəxs ölkədən qetmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ödəniş qəbzlərindən müəyyən edilir ki, borclu tərəfindən tələbkara sözügedən icra sənədinin icrası ilə əlaqadar hal-hazıradək 1.100 manat ödəniş edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini tam yerinə yetirməmişdir. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədinə dair tələbkara uzun müddət keçməsinə baxmayaraq 7.998 manat pul vəsaitindən 1.100 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 aprel 2024-cü il saat 12.00-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-307/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-307/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver