Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-307/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində İnzibati xəta haqqında protokol tərtib olunan "xxxx" MMC-nin direktoru Nümayəndə2 və hüquq məsləhətçisi Nümayəndə3 iştirakı ilə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən "xxxx" MMC 16065 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və ödənişin aparıldığı gündən 02 il müddət keçsə də, 16065 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru və hüquq məsləhətçisi müvafiq gömrük bəyannamələri ilə birlikdə etiraz ərizəsi təqdim edərək bildirdilər ki, "xxxx" MMC həqiqətən “Yapı Kredit” bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə xaricə 16065.00 ABŞ dolları vəsaiti göndərmiş və həmin valyuta vəsaitinin müqabilində də Proforma (invoice) müqaviləsinin davamı olan ZRTC-0247-2023 saylı “Sales Commercial” (invoice) müqaviləsi ilə 7875.00 ABŞ dolları dəyərində 25.000 kq düyü və ZRTC-0248-2023 saylı “Sales Commercial”(invoice) müqaviləsi ilə 8190.00 ABŞ dolları dəyərində 26.000 kq düyü Pakistan ölkəsindən idxal edilərək ölkəyə gətrilmiş, həmçinin ölkəyə idxal etdikləri, ümumi dəyəri 16.065.00 ABŞ dolları olan ərzaq məhsulları 12 və 18 aprel 2023-cü il tarixlərdə X1 İdarəsində gömrük edilmişdir. Onlar, "xxxx" MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmədiyini, odur ki, hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının Azərbaycan Respublikasının Mərkəzi Bankına nümayəndəsinin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrini dinləyib, iş üzrə toplanmış materialları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 16065 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü ildə tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16065 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan “X5 Azərbaycan ” QSC-nin xx.xx.2025-ci il tarixli köçürmə ərizəsinin, müqavilənin və qaimənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə 16065.0 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC vasitəsi ilə olan hesabından “X4” şirkətinin hesabına həmin şirkətlə bağlanmış xx.xx.2023-cü il tarixli ZRTC-0247-2023 və ZRTC-0248-2023 saylı müqavilələrə əsasən malların alınması üçün qabaqcadan ödəniş etməklə köçürmüşdür. “X5 Azərbaycan” QSC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli 00040 Saylı məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş həyata keçirilmiş, lakin iki il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və “X4” şirkəti tərəfindən verilmiş sənəddən görünür ki, şirkət "xxxx" MMC-nin ünvanına ümumi çəkisi 51.000 kg olan düyü məhsulu yollamışdır. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinin surətlərindən görünür ki, “X4” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən göndərilmiş valyuta vəsaitinin müqabilində ZRTC-0247-2023 saylı Sales Commercial (invoice) müqaviləsi ilə 8190 ABŞ dolları dəyərində 25.000 kg düyü və ZRTC-0248-2023 Saylı SALEC COMMERCİAL (invoice) müqaviləsi ilə 8190 ABŞ dolları dəyərində 26.000 kg düyü, cəmi 16065 ABŞ dolları məbləğində düyü Pakistan ölkəsindən "xxxx" MMC-yə idxal olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikasından 16065 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş və onun müqabilində 2 ilik müddət ötürülmədən, həmin ödənişin aparıldığı vaxtdan 02 ay sonra Pakistan şirkəti tərəfindən Azərbaycana həmin məbləğdə - mal göndərilsə də, “X5 Azərbaycan” QSC tərəfindən bu məlumat Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən “Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2023-cü ildə tarixdə xaricə köçürdüyü 16065 ABŞ dolları məbləğində vəsaitə alınan mallar xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir, nəticə də cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, "xxxx" MMC-ni inzibati məsuliyyətə cəlb etdiyi xx.xx.2025-ci il tarixdə artıq inzibati xəta hadisəsi növcud olmamışdır. Çünki həmin tarixədək Pakistan şirkəti artıq malları Azərbaycana yollamış və həmin malların tamamı xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuşdur. Burdan belə məlum olur ki, "xxxx" MMC-nin barəsində protokol tərtib olunan zaman mallar artıq idxal olunmuş və "xxxx" MMC üzərinə düşən öhdələyini icra etmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(049)-307/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-307/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver