Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-310/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, qərardan şikayət vermiş şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası DİN-in Baş X9 idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il EQ 27057606 nömrəli və digər inzibati xəta haqqında qərarlarının ləğv edilməsi ilə bağlı verilmiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası DİN-in Baş X9 idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il EQ 27057606 nömrəli və digər inzibati xəta haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən onun mülkiyyətində olan, dörd ədəd Kamaz markalı, 42BP809, 42CA809, 42CB089, 42BC809 nömrə nişanlı yük avtomobillərinə xx.xx.2025-ci il tarixli, EQ 27057606 saylı və EQ 27056191 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27033073 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26970868 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26968650 saylı və EQ 26950098 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26908545 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26866317 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26863612 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26820744 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26686131 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26635961 saylı xx.xx.2025-ci il tarixli, EQ 26541295 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26496315 saylı və xx.xx.2025-ci il tarixli, EQ 25928591 saylı elektron qərarlarla, AR İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə ayrı-ayrılıqda 600 manat və 1200 manat olmaqla, ümumilikdə 10200 (on min iki yüz) manat elektron cərimə tətbiq olunmuşdur. Mülkiyyətində olan və yuxarıda qeyd etdiyi yük avtomobilləri digər şəxslərin istifadəsindədir. Onlar müxtəilf vaxtlarda yük daşınmasını həyata keçirərkən, Ələt-Astara magistral yolundan istifadə etmişlər. Qərarlardan görünür ki, sözü gedən avtomobillər, yuxarıda qeyd etdiyim tarixlərdə hərəkətə olan zaman Ələt-Astara magistral yolunun M- 247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində elektron tərəzinin üzərindən keçərkən, nəzərdə tutulan normadan artıq çəkinin olması müəyyən olunmuş və pozuntu elektron qaydada rəsmləşdirilmişdir. İlk baxışdan görünür ki, ortada bir pozuntu var, avtomobil qanunda nəzərdə tutulan normadan artıq yük daşınmasını həyata keçirdiyinə görə cərimə olunub. Bir də məsləyə qanuni aspektdən və reallıqdan baxaq! Bildiyimiz kimi, qəbul olunan qanunlar beynəlxalq hüquq normalarına, qanundan irəli gələn qaydalar beynəlxalq standartlara uyğunlaşdırılır. Bunun üçün xarici ölkələrin təcrübəsi öyrənilir və tətbiq olunur. Eləcə də, bu normalar yol hərəkəti qaydalarında, Avtomobil yollarında da tətbiq olunur. Misal olaraq qeyd edim ki, beynəlxalq təcrübədə yol hərəkəti qaydaları ilə bağlı qəbul olunan qanunlar və bu qanunlardan irəli gələn qadağalar, aydın şəkildə yollarda yerləşdirilən məlumatlandırıcı lövhələrdə qeyd olunur. Bunun məntiqi izahı odur ki, insanlar qaydalar və qadağalar barəsində məlumat toplamaq öhdəliyi daşımırlar. Belə olan halda, inzibati orqanın üzərinə məsuliyyət qoyulur ki, yollarda nəzərdə tutulan hər hansı bir qadağalar və məhduduyyətlər insanlara çatdırılsın. Amma, təəssüflər olsun ki, Ələt- Astara magistral yolunun M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində quraşdırılan elektron tərəzi beynəlxalq standartlara cavab versə də, təəssüflər olsun ki, həmin elektron tərəzinin mövcudluğu, tərəzinin üzərindən keçən yükün norması, bu normanı pozmağa görə cərimənin məbləği barədə heç bir məlumatlandırıcı lövhə mövcud deyil. Sual yaranır ki, nəyə görə? Necə ki, Azərbaycanda körpülərin üzərində nə qədər hüdürlükdə və hansı çəkidə olan avtomobillərin körpülərdən keçməsi barədə məlumatlandırıcı lövhələr mövcuddur. Və yaxud yollarda avtomobillər üçün xəbərdaredici nişanlar(Radar, müvafiq postların mövcudluğu vəs ) mövcuddur ki, bu da sürücüləri daha diqqətli və məsuliyyətli olmalarına zəmin yaradır. Lakin, həmin yolda elektron tərəzinin mövcudluğu, tərəzinin üzərindən keçən yükün norması, bu normanı pozmağa görə cərimənin məbləği barədə heç bir məlumatlandırıcı lövhə mövcud deyil. Deyilə bilər ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Amma, qeyd etdiyim məsələnin qanunu bilib-bilməməklə əlaqəsi yoxdur çünki, bu halda quraşdırılan qurğunun yolda mövcudluğu, qadağan olunan çəkinin norması və cəzanın növü barədə məlumatlandırmanın olmaması, vətəndaşın belə bir qanunun mövcudluğundan və tətbiqindən xəbərsiz edir. Qərarlardan da aydın görünür ki, son 20 gün ərəzində istifadəmizdə olan dörd avtomobil 15 dəfə elektron qaydada cəriməyə məruz qalıb. Əgər, qeyd olunan ərazidə, məlumatlandırma lövhələri mövcud olsaydı, sürücü bunu görüb, növbəti dəfə daha diqqətli və məsuliyyətli olacaqdı. Normal düşüncəyə malik olan hər bir insan, həmin elektron tərəzi barədə, qadağan olunan çəki və cərimə barədə məlumatlı olduğu təqdirdə, bilərəkdən hər dəfə 600 manat cərimə olunmasını istəməz. Sürücüləri məlumatlandırmaq vəzifəsi inzibati orqanın üzərinə düşür. Görünür ki, bununla bağlı İnzibati orqan qərəzli mövqe göstərmiş, sürücülərin məlumatsızlığı ilə onların cərimə olmalarına şərait yaratmışdır. Belə olan vəziyyətdə hərəkətsizliyinə qanuni don geyindirməyə çalışan inzibati orqan əsas gətirə bilər ki, qanunda elektron tərəzilərin quraşdırılması ilə bağlı məlumatlandırma lövhələrinin yerləşdirilməsi nəzərdə tutulmayıb. Onu da qeyd edək ki, qanunda həmin lövhələrin yerləşdirilməsini qadağan edən hər hansı norma da nəzərdə tutlmayıb. Belə olan halda, əgər məlumatlandırıcı lövhələrin yerləşdirilməsi insanların vəziyyətini yaxşılaşdıracaqsa və bu qanunla qadağan deyilsə, bu halda nəyə görə inzibati orqan bunu etməyib və məqsədi nə olub? Baxmayaraq ki, məhz qanunda elektron tərəzilərin quraşdırılması ilə bağlı məlumatlandırma lövhələrinin yerləşdirilməsi nəzərdə tutulmasa da, lakin ümumi olaraq yollarda qaydalarla və qurğularla bağh məlumatlandırma aparılması nəzərdə tutulmuşdur. Belə ki, X8 AR Qanununun 4-cü maddəsinin 24 bəndində qeyd ounur ki, yol nişanlarının və göstəricilərinin quraşdırılmasım, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək dövlətin vəzifəsi sayılır. Bu qanunun 66-cı maddəsində Məlumatverici-göstərici nişanlar nəzərdə tutur və lövhələrdə hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qanunun 67-ci maddəsində Servis nişanları barədə məlumat verilir. Maddədə qeyd olunur ki, Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Buradan aydın görünür ki, qanunda nəzərdə tutulmasına baxmayaraq, yollarda bir çox qadağanedici yol nişanları quraşdırılsa da, lakin məlumatlandıcı nişanlar lazımi qədər deyil. Odur ki, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən dörd ədəd Kamaz markalı, 42BP809, 42CA809, 42CB089, 42BC809 nömrə nişanlı yük avtomobillərinə xx.xx.2025-ci il tarixli, EQ 27057606 saylı və EQ 27056191 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27033073 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26970868 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26968650 saylı və EQ 26950098 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26908545 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26866317 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26863612 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26820744 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26686131 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26635961 saylı xx.xx.2025-ci il tarixli, EQ 26541295 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26496315 saylı və xx.xx.2025-ci il tarixli, EQ 25928591 saylı elektron qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Qərardan şikayət vermiş şəxsin müdafiəçisi Vəkil şikayət ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verib əlavə olaraq məhkəməyə videogörüntülərin olduğu CD disk və mişar daşlarının alınması ilə bağlı 15 ədəd qəbz təqdim edərək göstərmişdir ki, müdafiə etdiyi şəxsin dörd ədəd Kamaz markalı yük avtomobili vardır və Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından mişar daşlarını alaraq həmin avtomobillərə yüklətdirib cənub bölgəsinə göndərir. Lakin həmin karxanalarda faktiki olaraq tərəzi mövcud olmadığından təxmini olaraq daşın sayına uyğun çəkini bilmək mümkün olur. Hər dəfə yük maşınlarına 680-700 civarında daş yüklənir və daşlardan bir ədədinin çəkisi təxmini 28 kq-dır. 700 ədəd daşın bir ədədi 28 kq olduğu təqdirdə avtomobildə yük təxminən 19600 (on doqquz min altı yüz) kq təşkil edir. Lakin qeyd edilən halda müdafiə etdiyi şəxsin hər hansı təqsiri mövcud olmadığından inzibati tənbeh tətbiqinin də hər hansı qanuni əsası da mövcud deyildir. Belə ki, sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yekun olaraq inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. Məhkəmə şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlar: AB N 770991 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 42BP809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobilin sahibi X3r. AB N 916055 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobilin sahibi X3r. AB N 036693 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 42CB089 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobilin sahibi X3r. AB N 770992 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və EMİS-də olan məlumatdan görünür ki, 42BC809 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobilin sahibi X3r. Lənkəran ŞİHB-ın Mamusta kənd İƏD-də nümayəndəliyindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X1 rayonu Daşdaleqjar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 27057606 nömrəli qərarından görünür ki, həmin tarixdə 42BP809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28560 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 27056191 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CB089 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 30010 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 27033073 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28520 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26970868 nömrəli qərarından görünür ki, həmin tarixdə 42BP809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 27960 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26968650 nömrəli qərarından görünür ki, həmin tarixdə 42BC809 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28560 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26950098 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28540 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26908545 nömrəli qərarından görünür ki, həmin tarixdə 42BC809 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28520 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26866317 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 29320 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26863612 nömrəli qərarından görünür ki, həmin tarixdə 42BP809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 29040 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26820744 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 30340 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26686131 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28150 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26635961 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28510 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26541295 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 29650 kq yüklü olduğundan sürücü İXM-in 353.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 26496315 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 28850 kq yüklü olduğundan sürücü İXM-in 353.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. DİN-in Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ 25928591 nömrəli qərarından görünür ki, həmin tarixdə 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük markalı avtomobil icazə verilən 26000 kq-dan artıq, 27920 kq yüklü olduğundan sürücü İXM-in 353.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. X7 verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, ******* nömrəli qəbz üzrə 690, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 680, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 680, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 680, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 680, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 680, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 690, xx.xx.2025-ci il tarixli ******* nömrəli qəbz üzrə 700 mişar daşları Nizami Bəyverdiyevə verilməklə ona məxsus olan 42BP809 dövlət nömrə nişanlı Kamaz-55111 yük, 42CA809 dövlət nömrə nişanlı Kamaz-55111 yük, 42CB089 dövlət nömrə nişanlı Kamaz-5511 yük və 42BC809 dövlət nömrə nişanlı Kamaz-5511 yük markalı avtomobillərinə yüklənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İXM-in 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Məhkəmə hazırki şikayət üzrə Azərbaycan Respublikası İXM-in 8, 12, 76 və 80-ci maddələrini təhlil edərək hesab edir ki, Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27057606 saylı və EQ 27056191 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27033073 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26970868 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26968650 saylı və EQ 26950098 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26908545 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26866317 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26863612 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26820744 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26686131 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26635961 saylı xx.xx.2025-ci il tarixli, EQ 26541295 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26496315 saylı və xx.xx.2025-ci il tarixli, EQ 25928591 saylı elektron qərarları ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş X9 idarəsinə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxsin müdafiəçisi tərəfindən şikayətin verilməsi üçün əsas olmuş qərarların tərtib olunduğu tarixlərə 4 ədəd Kamaz markalı yük avtomobillərinə dövlət nömrə nişanlarına uyğun olaraq yüklənmiş mişar daşlarının sayı (ədədlə) ilə bağlı qəbzlər, avtombillərə mişar daşlarının yüklənməsini əks etdirən video və fotogörüntülər təqdim edilmişdir. Müvafiq olaraq qəbzlərin verildiyi tarixlər və qəbzdə göstərilən avtomobil nömrələri ilə inzibati tənbeh tətbiq etmə qərarların tarixləri və avtomobillərin dövlət nömrə nişanları eynilik təşkil edir. Təqdim edilmiş sübutlar isə bir ədəd mişar daşının 28 kq olmasını göstərməklə daşlarının sayı hər dəfə 680-700 ədəd olmasını nəzərə almaqla bir dəfə üçün avtomobilə yüklənmiş yükün çəkisi 19040-19600 kq təşkil edir. Tərtib edilmiş qərarlarda isə icazə verilən yükün həcmi 26000 təşil etməli olduğu halda bundan artıq təşkil etmişdir. Göründüyü kimi səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə şikayət üzrə araşdırmanın aparılması üçün xx.xx.2025-ci il, xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəmə bildirişi ilə Baş X9 idarəsinə iş üzrə video və fotogörüntüləri, ərazidə xəbərdaredici nişaların olmasını təsdiq edən məlumatları və digər sübutları təqdim etməklə bağlı müraciət etsə və həmin bildirişlər müvafiq olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə BDYPİ-nə çatdırılsa da məhkəmə bildirişlərinə hər hansı cavab verilməmiş, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və əlavə sübutları da təqdim etməyi zəruri bilməmişlər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni avtombillərdə olan yükün çəkisi mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27057606 saylı və EQ 27056191 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27033073 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26970868 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26968650 saylı və EQ 26950098 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26908545 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26866317 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26863612 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26820744 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26686131 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26635961 saylı xx.xx.2025-ci il tarixli, EQ 26541295 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26496315 saylı və xx.xx.2025-ci il tarixli, EQ 25928591 saylı elektron qərarları ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27057606 saylı və EQ 27056191 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27033073 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26970868 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26968650 saylı və EQ 26950098 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26908545 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26866317 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26863612 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26820744 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26686131 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26635961 saylı xx.xx.2025-ci il tarixli, EQ 26541295 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26496315 saylı və xx.xx.2025-ci il tarixli, EQ 25928591 saylı elektron qərarları ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-310/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-310/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver