Məhkəmə qərarları › İş №3(049)-312/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-312/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-312/2025 30.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla həmin yaşayan (FİN:xxxxxxx ) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraat idarəsinin 14 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərar əsasında Şəxs 2024-cü ilin iyul ayının əvvəllərində Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisinə qarşı pul tələbi ilə əlaqədar iddia ərizəsinin hazırlanmasında kömək etməsi səbəbi ilə Zərərçəkmiş şəxs Lənkəran Rayon Məhkəməsində iddia qaldırmasından məlumatlı olduğundan onunla əlaqə saxlayaraq həmin məhkəmədə iclas katibi vəzifəsində işləyən Şahid ilə yaxın əlaqələrinin olmasını bildirdikdən sonra iddia ərizəsinin təmin edilməsi müqabilində guya Şahid 500 manat pul tələb etməsini bildirib, ona təqdim edilməsi adı ilə vahid niyyətlə 2024-cü ilin iyul ayının 19da 300 manat pul vəsaitini istifadəsində olan kart hesabına köçürmə yolu ilə, təqribən bir həftə sonra isə qalan 200 manat məbləğində pul vəsaitini işlədiyi yerdə nağd qaydada əlbəəl alaraq ümumilikdə Zərərçəkmiş şəxs məxsus 500 manat pul vəsaitini tamah niyyəti ilə dələduzluq yolu ilə talamış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Şəxs, Şahid izahatları, CD diskdə əks olunmuş səs yazıları ilə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilmir. O, zərərçəkmiş şəxsdən 500 manat pulu Şahid vermək üçün almış, onu hər hansı mənfəəti olmamışdır. Pulu ilk dəfə karta 300 manat atmaq yolu, qalan 200 manatı isə əlbəəl olmaqla almışdır. Şahid Lənkəran Rayon Məhkəməsində işlədiyi dövrdən tanımış, onunla uzun müddətl bir otaqda işləmişlər. Zərərçəkmiş şəxsin pulu Şahid verməkdə məqsədi iddianın təmin edilməsi olmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs üçün iddia ərizəsi yazaraq qonorar almışdır. Sonradan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, iddiasının məhkəmədə təmin edilməsini istəyir. O, Şahidla Zərərçəkmiş şəxs Lənkəran şəhərində Lənkəran Rayon Məhkəməsinin qarşısında olan parkda görüşdürmüşdür. Ruslan, Eldənizə məhkəmədə işi həll edə biləcəyini və bunun üçün 500 manat ona pul verməli olduğunu bildirmişdir. Onlar razılaşmışlar. Ruslan ondan xahiş etmişdr ki, Eldənizdən həmin pulları alıb ona versin. Zərərçəkmiş şəxs ilkin olaraq onun bank kartına köçürmüş, o, da qısa müddət sonra Şahidla görüşərək pulu bakn kartından nağdlaşdırıb ona vermişdir. Sonradan da Eldəniz Ruslana verməsi üçün ona 200 manat vermişdir. Həmin 200 manatı da o, Ruslanla görüşüb ona əlbə-əl vermişdir. Həmin pullarda ona heç bir vəsait çatmamışdır və ona çatası barədə heç vaxt heç kəslə razılaşmamışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti yoxdur. Bu səbəbdən də barəsində aparılan inzibati xəta haqqında icraat tamamilə sassızdır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin iyul ayının əvvələrində qonşusu Maşallah Haxverdiyevə qarşı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyi üçün 8000 manat təzminat ödənilməsi məqsədi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış, xx.xx.2024-cü il tarixdə Şəxs və Şahidla məhkəmənin yanında olan çay evində görüşüb söhbət edən zaman sonuncu 500 manat müqabilində 2000-3000 manat təzminat ödənişini təmin edə biləcəyinə dair vəd vermiş, onun göstərişinə əsasən xx.xx.2024-cü il tarixdə Şəxs kart hesabına 300 manat köçürmüş, bir həftə sonra isə qalan 200 manat pulu Şahid təqdim etməsi üçün Şəxs vermişdir. Onun şikayəti Şahiddır, çünki ona sözü Şahid vermişdir. Şəxs ona sadəcə iddia ərizəsi yazmış və Şahidla tanış etmişdir. O, pulu iddianın təmin edilməsi üçün Şahid çatdırılmaqdan ötrü Şəxs vermişdir. Hazırda Şahid tərəfindən ona vurulmuş 500 manat ziyan ödənilməmişdir. O, pulunu Şəxs deyil, Şahid rələb edir. Şahidla səs yazılarına dair səs yazılarını da sübut kimi prokurorluğa təqdim etmişdir. Onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, 500 manat pulunun Şahid alınıb ona verilməsi barədə tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafəçi Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən Vəkil iş üzrə Zərərçəkmiş şəxs Şəxs deyil, Şahid şikayətçi olduğunu və Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatında bildirdi ki, Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarında Lənkəran Rayon Məhkəməsinin qarşısında yerləşən çayxanada görmüşdür. Belə ki, o, həmin çayxanada çay içərkən Eldəniz də qonşu stolda Şəxsla oturmuşdu. Aqillə Lənkəran Rayon Məhkəməsində bir yerdə işləmişlər. O, Zərərçəkmiş şəxs Lənkəran Rayon Məhkəməsinin icraatında olan iddia tələbinin təmin edilməsi üçün heç bir pul tələb etməmişdir. Şəxs onun üçün Zərərçəkmiş şəxs pul almasını bildirməmişdir və Şəxs da ona heç bir pul vəsaitini verməmişdir. Zərərçəkmiş şəxs onun barəsində şikayəti əsassızdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ünvanlanmış elektron müraciətində Zərərçəkmiş şəxs Şahid şikayət etmişdir. Sonradan məhkəmə iclasındakı izahatında da Zərərçəkmiş şəxs şikayət və tələbinin Şəxs deyil, Şahid olduğunu və Şəxs qarşı heç bir şikayət və tələbini olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin məzmununa görə - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Madənin dispozisiyasından göründüyü kimi mülkiyyət əleyhinə olan “xırda talama” inzibati xətası zərərçəkmiş şəxsin əmlakına vurulmuş ziyanla əlaqədar inzibati xətadır. Qeyd edilən inzibati xətanın tərkibinin yaranması üçün ilk olaraq zərərçəkmiş şəxsin əmlakına ziyanın vurulması halı sübut olunmalıdır. Eyni zamanda zərərçəkmiş şəxsin bu barədə şikayət və tələbi olmalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs şikayət və tələbi Şahid olduğu və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraat X2 barəsində başlanmışdır. Belə ki, Zərərçəkmiş şəxs Şəxs onun əmlakına ziyan vurması ilə əlaqadar heç bir şikayət etməmişdir. Odur ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən Şəxs AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xətanın tərkibinin olmadığına görə xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar