Məhkəmə qərarları › İş №3(049)-313/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-313/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-313/2025 14.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binə qəsəbəsində naməlum ünvanda yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasından yayınmaqla 7720 manat və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1641/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasından yayınmaqla 9600 manatı tələbkara ödəmədiyinə görə icra məmuru X4 tərəfindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 14 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcu ödəməkdən imtina etmir. Lakin bronxit astma xəstəliyindən əziyyət çəkir, həm xəstə, həm də işsiz olduğu üçün borcu ödəmək imkanı olmamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, hazırda Bakı şəhəri, Binə qəsəbəsində qohumlarının evində yaşayır. “Honor” markalı mobil telefon istifadə edir və çəkdiyi siqareti bəzən özü, bəzən isə dostları ona alır. 2022-ci il də məhkəmənin hökmünə əsasən Cinayət Məcəlləsinin 221 və 228-ci maddələri ilə 2 il 01 ay müddətinə həbs olunmuş və 2024-cü ildə həbsdən azad olunmuşdur. 13 aprel saat 11:00 radələrində Bakı şəhərində saxlanılaraq növbəti gün saat 08:00 radələrində Lənkəran şəhərində gətirilmişdir. Əlilliyi yoxdur. Barəsində hansı növ inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra Çinar Abbaszadə bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən Şəxs işi icraata daxil olduqdan sonra, həmin şəxsin ünvanına xəbərdarlıq məktubu və mobil telefon nömrəsinə sms bildirişi göndərilməklə o, icra şöbəsinə dəvət olunmuşudur. Şəxs İcra şöbəsində izahat verərəkən işsiz olmasını əsas gətirərək borcu ödəyə bilmədiyini, iş tapacağı təqdirdə borcu hər ay 100 manat olmaqla hisə-hissə ödəyəcəyini bildirmişdir. Lakin həmin gündən sonra şəxs borcun ödənilməsini təmin etməmiş və onun barəsində axtarış elan edilərək icrası Lənkəran ŞRPŞ-yə həvalə edilmişdir. Axtarışda olduğu müddətdə CM-nin 221 və 228-ci maddələri ilə onun barəsində cinayət işi başlanmış və həbsqətimkan tədbiri seçilmişdir. Daha sonra Lənkəran Rayon Məhkəməsinin 2(049)-1641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması ilə bağlı ərizə vermiş digər tələbkar X6 xx.xx.2024cü il tarixdə icra sənədininin yenidən icraya yönəldilməsi barədə müraciət etdiyi üçün xx.xx.2024-cü il tarixdə borclu barəsində yenidən axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılan borclu xx.xx.2025-ci il tarixdə nahar fasiləsinə yaxın icra şöbəsinə təhvil verilmişdir. Hazırda borclunun hər iki icra sənədi üzrə ümumilikə 17200 manat borcu vardır. Məhkəmə iclasında izahat vermiş tələbkar X6 bildirdi ki, borclu bu müddət ərzində cəmi bir dəfə uşaqla görüşərkən 100 manat pul vermişdir. 2015-ci ildən bu tərəf yığılmış bütün borcun ödənilməsini tələb edir. Borclu barəsində hansı növ inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Xəzər Rayon Məhkəməsinin 2(003)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlaraq cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərarların surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin 2(003)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixdə isə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri Şəxs göndərilmiş və ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Şəxs hər ay 80 manat sabit pul məbləğinə aliment tutularaq X5 verilməsi qət edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yaşayış yerini müəyyən etmək mümkün olmadığından borclu Şəxs barəsində axtarış elan edilərək qərarın icrası Lənkəran ŞRPŞ-yə həvalə edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, onun çağırışına gəlməmiş, habelə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 aprel 2025-ci il tarix, saat 11:00-dan hesablansın. Həbsin sonu 28 aprel 2025-ci il tarix, saat 11:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar