Məhkəmə qərarları › İş №3(049)-314/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-314/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-314/2024 23.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə xx.xx.2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Belə ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Lənkəran şəhəri, Səttarxan küçəsi 4, ev 6 ünvanında qeydiyyatda olduğu göstərilsə də, şəxsiyyət vəsiqəsi məlumatları sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən indiyədək ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda ünvan 2 ünvanda yaşamır” qeydi ilə müvafiq poçt orqanı tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, informasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür. İş materiallarından görünür ki, Lənkəran şəhəri, Səttarxan küçəsi 4, ev 6 ünvanı oğlu tərəfindən törədilmiş inzibati xəta hadisəsi Bakı şəhəri ərazisində qeydə alınmışdır. Onun barəsində həmin inzibati xəta ilə bağlı protokol da Bakı şəhər DYPİ tərəfindən tərtib edilmişdir. Eyni zamanda, Şəxs xx.xx.2023-cü il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən də Lənkəran şəhəri, Səttarxan küçəsi 4, ev 6 ünvanında qeydiyyatda olmadığı, həmin vaxtda da ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə Şəxs tərəfindən inzibati xəta hadisəsi Lənkəran rayonu ərazisində törədilmədiyinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da Lənkəran rayonu ərazisində deyil, ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə, habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalara aid olduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsi barəsində qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 114, 118-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar