Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-318/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 08 aprel 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarını nəzərdən keçirərək qeyd edirəm ki, inzibati xəta haqqında iş üzrə icraat qanunazidd aparılmış, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət olunmadan tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, inzibati xəta haqqında protokola Şəxsnə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə dair sübutlar əlavə edilməmişdir (məktub, məktubun çatdırılmasına dair poçt reyestri, qəbz və s.). Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». İnzibati xəta haqqında protokola həmçinin inzibati xəta haqqında protokolun surətinin Şəxsnə göndərilməsi barədə sübutlar da əlavə edilməmişdir. Eyni zamanda inzibati xəta haqında protokolda da barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin işə baxılmasında iştirakı və qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrin ona izah edil ilə əlaqadar heç bir qeyd edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına dair məlumat verilməmiş, onun nümayəndəsinin iştirakı təmin olunmamış, dəvət edilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi vasitəsilə izahat vermək, hüquqlarını müdafiə etmək və ümumiyyətlə müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 08 aprel 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-318/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-318/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver