Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-32/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X13, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X21, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, 16 avqust 2002-ci il tarixdə Lənkəran rayonu,Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx ) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 14 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 13 yanvar 2025 -ci il tarixdə, saat 16:00 radələrində Lənkəran rayonu, Vilvan kəndində öz yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X21 göstərdi ki, Lənkəran Rayon Polis X2 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. 13 yanvar 2025-ci il tarixdə, saat 16.00 radələrində Lənkəran rayon, Vilvan kənd sakini X18 DİN–nin 102 xidmətinə zəng edərək oğlu Şəxs münaqişə yaratması, onun döyməsi barədə verdiyi məlumat əsasında təhqiqatşı Vurğun Məmmədov, sürücü polis nəfəri, polis baş serjantı X14 və İTB-nin sahə polis nəfəri, polis baş serjantı X4 ilə birlikdə Vilvan kəndində sonuncunun yaşadığı ünvana getdikdə X7 Vüsal Rauf oğlu həyətdə uca səslə qışqırmağa başlamış və nalayiq ifadələr işlədərək uca səslə qışırmağa başlamış, onu sakitləşməyə dəvət etsələr də, əməllərinə davam etmişdir. Polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran ŞRPŞ-nin qarşısında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 13 yanvar 2025 -ci il tarixdə, saat 16.00 radələrində O, atası Rauf Səmədovdan xarici ölkəyə getməsi ilə pul kreditə götürüb ona verməsini tələb etmiş, lakin atası bundan imtina etdiyindən o, əsəbləşərək atası ilə mübahisə etmişdir. Atası DİN-nin 102 xidmətinə zəng etmiş və onun haqqında şikayət etdiyini görərək daha da əsəbləşərək evinə gələn polis əməkdaşları ilə də mübahisə etmiş və polis əməkdaşları orada olan zaman o, qaçımışdır. Sonradan isə fikrindən daşınıb dayanmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığını nəzərə alıb icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. 13 yanvar 2025-ci il tarixdə, saat 16.00 Lənkəran rayon Vilvan kənd sakini X22 DİN–nin 102 xidmətinə zəng edərək oğlu Şəxs münaqişə yaratması, onun döyməsi barədə verdiyi məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri sürücü polis nəfəri, polis baş serjantı X1 ŞRPŞ-nın TBnin təhqiqatçısı, polis mayoru Vurğun Məmmədov ilə birlikdə Vilvan kəndində sonuncunun yaşadığı ünvana getdikdə X7 Vüsal Rauf oğlu həyətdə uca səslə qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamış, onu sakitləşməyə dəvət etsələr də, əməllərinə davam etmişdir. Polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X14 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin polis nəfəri-sürücü vəzifəsində xidmət edir. 13 yanvar 2025-ci il tarixdə, saat 16.00 radələrində Lənkəran rayon Vilvan kənd sakini X18 DİN–nin 102 xidmətinə zəng edərək oğlu X15 münaqişə yaratması, onun döyməsi barədə verdiyi məlumat əsasında polis nəfəri, X5, Lənkəran ŞRPŞ-nın TB-nin təhqiqatçısı, polis mayoru Vurğun Məmmədov ilə birlikdə Vilvan kəndində sonuncunun yaşadığı ünvana getdikdə X7 Vüsal Rauf oğlu həyətdə uca səslə qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamış,onu sakitləşməyə dəvət etsələr də, əməllərinə davam etmişdir. Polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında göstərdi ki, 13 yanvar 2025 -ci il tarixdə, saat 16.00 radələrində Lənkəran rayon Vilvan kənd sakini X22 DİN–nin 102 xidmətinə zəng edərək oğlu X15 münaqişə yaratması,onun döyməsi barədə verdiyi məlumat əsasında polis nəfərləri X5 və X14 ilə birlikdə Vilvan kəndində sonuncunun yaşadığı ünvana getdikdə X7 Vüsal Rauf oğlu həyətdə uca səslə qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamış, onu sakitləşməyə dəvət etsələrdə əməllərinə davam etmişdir. Polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 yanvar 2025-ci il tarixdə, saat 16.00 radələrində Lənkəran rayon Vilvan kənd sakini X22 DİN–nin 102 xidmətinə zəng edərək oğlu Şəxs münaqişə yaratması, onun döyməsi barədə verdiyi məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri sürücü polis nəfəri, polis baş serjantı X14 və İTB-nin sahə polis nəfəri, polis baş serjantı X4 ilə birlikdə Vilvan kəndində sonuncunun yaşadığı ünvana getdikdə X7 Vüsal Rauf oğlu həyətdə uca səslə qışqırmağa başlamış və nalayiq ifadələr işlədəqək uca səslə qışırmağa başlamış, onu sakitləşməyə dəvət etsələr də, əməllərinə davam etmişdir. Polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs ğlu heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saaat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayon Vilvan kənd sakini Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qəraradan görünür ki, X9 şikayət üzrə cinayət işinin başlanılması rədd edilmiş və münaqişəli ailə kimi qeydiyyata alınması üçün İTB-ya gödərilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər İcra hakimiyyətinin başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 yanvar 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Şəxs ictimaiyyətə olduqca xoşagəlməz davranışları ilə tanınır. Valideynlərinə qarşı şiddət edir və Vilvan icra nümayəndəliyinə Şəxs barəsində atası tərəfindən dəfələrlə şikayət xarakterli müraciət daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər İcra hakimiyyətinin başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 yanvar 2025-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Şəxs oğunun X16, X10, X23 və X19 adlı ailə tərkibi vardır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 yanvar 2025-cü il tarixdə, saat 16 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Vilvan kəndində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan hərəkətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlər və tədqiq edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarından müəyyən olunur ki, Şəxs 13 yanvar 2025-ci il tarixdən, saat 17.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-32/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-32/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver