Məhkəmə qərarları › İş №3(049)-320/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-320/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-320/2023 15.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji X5 Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 A, Enerji X5 Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Posedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/006990 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin raportda hüquqi şəxs Şəxs MMC tərəfindən İdxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan öncə elektron formada gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin verilməməsi faktı göstərilmiş, həmçinin bu faktın xx.xx.2022-ci il tarixli **********7128 saylı gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasına görə də öz təsdiqini tapdığı qeyd edilmişdir. Faktla əlaqədər olaraq aparılan araşdırma çərçivəsində hüquqi şəxsin qanuni təmsilçisi X2 izahatı alınmışdır. Sonuncu İzahatında onu bildirmişdir ki, idxal edilmiş mallara dair qısa idxal bəyannaməsi xx.xx.2022-ci tarixində **********9319 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, bəyannamənin ödənişi də həyata keçirilmiş, lakin həmin qısa idxal bəyannaməsi arxivləşdirilməmişdir. Sözügedən bəyannamə üzrə məlumatlar “VİSA” proqramında yoxlandıqda həqiqətən də qısa idxal bəyannaməsinin qanunvericiliyin tələblərinə riayət edilməklə zamanında təqdim edildiyi məlum olmuşdur. Araşdırma çərçivəsində Şəxs MMC-nin adına gələn mallara dair ilkin məlumatların “VİSA” proqramında qeydiyyatını aparan Baş idarənin “Bynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektorunun izahatı alınaraq materiala əlavə edilmişdir.Sonuncu izahatında həqiqətən də təqdim edilən qısa idxal bəyannaməsinin arxivləşdirilməməsi faktını təstiq edərək bildirmişdir ki, təqdim olunan sənədlərdəki, yəni həmin mallara dair “CMR” və xx.xx.2022ci il tarixli **********9319 saylı qısa idxal bəyannaməsindəki məlumatları yoxlayan zaman həmin bəyannamədə malların yükləndiyi nəqliyyat vasitəsinin nömrələridə uyğunsuzluq aşkar edib. Belə ki, idxal edilmiş mallar Azərbaycan Respublikasına “BALKAN” gəmisi vasitəsilə və konteynerdə yüklənmiş halda gətirilmişdir.Lakin, xx.xx.2022-ci il tarixli **********9319 saylı qısa idxal bəyannaməsində malların yükləndiyi nəqliyyat vasitəsi kimi 30ZA485/BN4826TR dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi göstərilmişdir. Əslində İsə mallar gəmi nəqliyyat vasitəsində və AUGU1005924 nömrəli konteynerə yüklənmiş halda gətirilmişdir. Eyni zamanda hüquqi şəxs tərəfindən həmin mallara dair xx.xx.2022-ci il tarixdə **********6559 saylı daha bir qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin həmin bəyannamədə də konteynerin nömrəsi göstərilmişdir.Eləcə də xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsi faktiki olaraq gec təqdim edilmişdir.Yəni malların yüklənmiş olduğu “BALKAN” gəmisinin Azərbaycan Respublikasının gömrük sərhədini xx.xx.2022-ci il tarixidə saat 06:36-da keçməsinə baxmayaraq xx.xx.2022-ci il tarixli **********559 saylı qısa idxal bəyannaməsi həmin tarixdə saat 17:31-də təqdim edilmişdir. Alınan izahatlara əsasən məlum olmuşdur ki, hüquqi şəxs tərəfindən təqdim edilmiş qısa idxal bəyannaməsində malların yükləndiyi nəqliyyat vasitəsinə dair məlumatları düzgün qeyd etməməklə təhrif olunmuş məlumat verilmiş və bununla da törədilən əməldə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri yaratmışdır. Müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 150.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən də Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatında göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə bu hal inzibati məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təmsilçisi X1 xx.xx.2023-cü il tarixdə yenidən izahatı alınmışdır.O öz izahatında bildirmişdir ki, sözügedən qısa idxal bəyannaməsindəki düzgün qeyd edilməməsi malları ixrac edən firma tərəfindən verilən məlumatların düzgün olmaması səbəbindən baş vrmişdir. Belə ki, qısa idxal bəyannaməsi tərtib olunarkən ixracatçı göndərdiyi sənədlərdə malların “CMR” əsasında yük nəqliyyat vasitəsinə yüklənərək daşındığı göstərilmiş,gəmi nəqliyyat vasitəsi və konteynerlə bağlı isə məlumatımız olmamışdır. Lakin mallar ölkə ərazisinə gəldiyi zaman malların gəmidəki konteynerə yükləndiyi məlum olmuşdur. Nəticədə hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata, həmçinin Şəxs MMC tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış,bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi ünvanı Lənkəran rayonu Xarxatan kəndində olan Şəxs MMC tərəfindən İdxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan öncə elektron formada gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar