Məhkəmə qərarları › İş №3(049)-320/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-320/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-320/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X9, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6 iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Lənkəran rayonu, Rvo kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Narbağı kəndinə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 15 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs təhqir etməklə hədə qorxu gəlməklə və mübahisə yaratmaqla açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X13 oğlu bildirdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən protokolda qeyd olunan inzibati xəta törədilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini və inzibati qaydada cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, Şəxsla əvvəllrə mütəmadi olaraq narazılıqları olmuşdur. O, mütəmadi olaraq 2006-cı ildən başalayaraq kənd camaatına məxsus torpaqları qazıb satdığı üçün ona narazılıqlarını bildirmişdir. Müxtəlif orqanlara müraciət etmişdir. Bununla bağlı olaraq 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məhkəməyə çıxarılmış, 8 gün həbs olunmuşdur. Hal-hazırda da mübahisə davam edir. 2024-cü ilin fevral ayının 9da, daha sonra isə fevral ayının 23-də Kamil çəpərləri, payaları söküb çaya tökmüşdür. Həmin vaxt bri neçə dəfə mübahisə yaranmışdır. 23 fevral 2024-cü il tarixdə Kamil özündən başqa Eynullayev Şəmsəddin, Əliyev Amid və Çingiz Balayevlə birlikdə həmin çəpərin sökülməsində iştirak etmişlər. Həmin gün saat 13 radələrində o, Şəxs irad bildirdikdə, Şəxs öna qarşı ağır söyüşlərlə onu, arvadı Zümrüd Əzizovanı təhqir etmişdir. Həmin vaxt arvadı Zümrüd Əzizova da onun yanında olmuşdur. Şəxs hərəkətlərini bir saata yaxın davam etdirdi. Şəxs ona söyən kimi o, dərhal 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəmənin sualına cavab olaraq bildirdi ki, hadisə baş verən kəndin aşağı hissəsidir, yaxınlıqdakı evlər bir qədər uzaqda yerləşir. Şəxs onun və aravdının ünvanına söyüşlər söymüş və buna görə Şəxs inzibati qaydada həbs edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Hüseyn oğlu izahatında göstərdi ki, Ailəsi ilə birlkdə Lənkəran rayonun Rvo kəndində yaşayır 23 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində Lənkəran rayon Narbağı kəndində X4 məxsus qanunsuz çəpərininin tikilməsinə irad bildirib demiş ki, qaz turbasının üstüdür. O cavab olaraq bildirmiş ki, Əlikram Hümbətov bu torpaqları ona verib yüksək təzyiqli qaz turbasının üstündə bağ salmış, çəpər etmişdir. Zərərçəkmiş şəxs onu atasının dayısıdır, lakin münaisbətləri pis olmuşdur. O, 23 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs söyməmiş, təhqir etməmiş, hədə-qorxu gəlməmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X10 göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. 2024-cü ilin fevral ayının 23-də Şəxs çəpərləri, payaları söküb çaya tökmüşdür. Həmin vaxt bri neçə dəfə mübahisə yaranmışdır. Çəpərin sökülməsi zamanı əri Zərərçəkmiş şəxs Şəxs irad bildirdikdə, Şəxs ə\rinə və ona qarşı ağır söyüşlər söymüşdür. Həmin vaxt o da ərinin yanında olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X2 göstərdi ki, o, həm Şəxs, həm də Zərərçəkmiş şəxs tanıyır, hər ikisi ilə münaasibətləri normal olmuşdur. O, Şəxs Zərərçəkmiş şəxs söyməsini, təhqir etməsini, hədə-qorxu gəlməsini görməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X11 göstərdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin hərəkətlərinə İXM-nin 510-cu maddəsinin tərkib hissəsini əhatə edəcək hər hansı hal yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Hüseyn oğlunın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran ŞRPŞnın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran rayon, Narbağı kənd sakini Şəxs barəsində Lənkəran ŞRPŞ-nın nöbvətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 09 aprel 2024-cü il tarixli, 3-17-1/2-83425/2024 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış videodiskdən görünür ki, diskdə fotoşəkillər olan fayllar vardı və həmin şəkillərdə sökülmüş dirəklər və kolluq şəkilləri var. İş üzrə məhkəməyə sübut qismində şahidlər, foto, video və ya digər sənədlər təqdim edilməmişdir. Məhkəmə, hazırkı iş üzrə aşağıdakı qeyd etməyi zəruri hesab edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə Şəxs hərəkətlərində İXM 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Məhkəmə qeyd edir ki, hadisənin baş verdiyi ərazinin yerləşmə yeri, tərəflər arasındakı münasibətlər, eləcə də hazırda iş üzrə sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin və şahid Zümrad Əzizovanın ifadəsi barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozmağa yönəlmiş hərkətlər etməyini təsdiq edəcək qədər kifayət deyildir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlər, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərin edilməsi məhkəmədə müəyyən edilmədi. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar