Məhkəmə qərarları › İş №3(049)-321/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-321/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-321/2025 18.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 205 nömrəli gəmi komandirinin baş köməkçisi X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “İXH toplanmış materiallarla müəyyən edilmişdir ki, Şəxs 15.05.25-ci il tarixi saat 10:20-də Xəzər dənizində Lənkəran reydində sahildən 6.7 mil aralıda su sərhəd rejimini pozaraq inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında material xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş və həmin məktubda Şəxs xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə də su sərhəd rejimi qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi, lakin həmin şəxsin cəriməni ödəməkdən yayındığı və bu qəbildən olan inzibati xətanı təkrar törətdiyi qeyd edilmişdir. Lakin Şəxs əvvəllər eyni növ inzibati xətanı törətməsi və inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsi ilə bağlı hər hansı sənəd hazırki işə əlavə edilməmişdir. Bu səbəbdən hazırki vəziyyətdə Şəxs eyni inzibati xətanı il ərzində təkrar törədibtörətmədiyini, nəticədə isə onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halın (inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi) olub-olmadığını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Eyni zamanda, hazırki protokola əlavə edilmiş, “Kiçik həcmli üzmə vasitəsinə baxışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli S-205/56 nömrəli protokolda üzmə vasitəsinin sahibinin X3 olduğu, Şəxs həmin üzmə vasitəsindən etibarnamə olmadan istifadə etdiyi qeyd edisə də, mülkiyyətçi olaraq X1 məxsus olan və baxış keçirilmiş “VE-321” markalı üzmə vasitəsinin baxış keçirildikdən sonra kimə təhvil verildiyi, hal-hazırda harada saxlanıldığı ilə bağlı hər hansı sənəd hazırki işə əlavə edilməmişdir. Bundan əlavə, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzmə vasitəsini kimdən, haradan, hansı şəraitdə və necə əldə etməsi də dəqiqləşdirilməmiş, bununla bağlı həmin şəxsin əməlində digər hüquq pozuntusunun tərkib əlamətlərinin olub-olmaması araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin maddədə imperativ norma kimi nəzərdə tutulmasa da, tətbiqi mümkün olan əlavə tənbeh tədbiri kimi nəzərədə tutulmuşdur. Lakin inzibati xəta haqqında materialda inzibati xətanın törədilməsində alət kimi qeyd edilmiş üzmə vasitəsinin maddi sübut kimi tanınması, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə (və ya digər şəxsə) təhvil verilib-verilməməsi, protokolu tərtib edən orqan tərəfindən hər hansı yerdə saxlanca qəbul edilməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İş materiallarında olan raport, akt və izahatlarda üzmə vasitəsinin harada və ya kimdə olması barədə hər hansı məlumat yoxdur və nəticə etibarilə müsadirə edilməsi nəzərdə tutulan əşyanın yeri məhkəməyə bəlli deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Üzmə vasitəsinin kimə təhvil verilməsi və hal-hazırda harada saxlanması ilə bağlı məhkəməyə sənəd təqdim edilmədiyindən, hazırki işə mahiyyəti üzrə baxılacağı təqdirdə gələcəkdə məhkəmə qərarının əşyanın müsadirə edilməsinə dair hissəsinin icrası mümkünsüz qədər çətin olacaqdır. Bununla da, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material qanunun tələblərinə tam olaraq riayət edilmədən, natamam və məhkəmə araşdırması zamanı qısa müddət ərzində aradan qaldırılması mümkün olmayan şəkildə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 205 nömrəli gəmi komandirinin baş köməkçisi X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar