Məhkəmə qərarları › İş №3(049)-323/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-323/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-323/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndi ərazisində sərnişin olduğu “Mersedes-Benz” markalı avtomaşının yol polisi əməkdaşları tərəfindən saxlanmasına müdaxilə edərək polis işçisinin qanuni tələbini qəsdən tabe olmadığından və ucadan söyüş söyməklə ictimai qaydanı pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndi ərazisində sərnişin olduğu “Mersedes- Benz” markalı avtomaşının yol polisi əməkdaşları tərəfindən saxlanmasına müdaxilə edərək polis işçisinin qanuni tələbini qəsdən tabe olmamış və ucadan söyüş söyməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə qardaşı oğlanları X7 və X3 ilə birlikdə Astara rayonu istiqamətində Lənkəran rayonu, Səpnəkəran kəndi ərazisində hərəkətdə olarkən YPX inspektoru qardaşı oğlu Dəyanət Mirzəyevin sürücülük hüququ olmadan idarə etdiyi “Mersedes-Benz” markalı **- DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla işarəsi vermişdir. Arazın sürücülük vəsiqəsi olsa da, özünü pis hiss etdiyinə görə avtomobili Dəyanət idarə etmişdir. YPX inspektoru Elçin Tağıyev avtomobilin sürücülük hüququ olmayan Dəyanət Mirzəyev tərəfindən idarə etdiyini müəyyən etdiyindən avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdikdə, o buna etiraz etmiş, Dəyanətin qardaşının müharibə veteranı olmasını nəzərə almasını xahiş etmişdir. Lakin YPX inspektoru E.Tağıyev tələbində israrlı olduğundan, o bundan əsəbiləşib mobil telefonla çəkiliş etməyə aparmağa başlamışdır. Əraziyə gələn digər YPX inspektoru da ona çəkiliş aparmağa maneə törətmişdir. Daha sonra onlar polis şöbəsinə gətirilmişlər. Polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdiyinə, səs-küy saldığına görə əməlindən peşmandır. Himayəsində xəstə azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən DİN BDYPİ-nin 11-ci tağım YPX inspektoru, polis baş serjantı X8 bildirdi ki, 16 aprel 2024-cü il tarixdə Ələt-Astara magistral yolunun 212-ci kilometrliyində xidmətdə olarkən Lənkəran şəhəri istiqamətindən Astara rayon istiqamətinə hərəkət edən “Mercedes-Benz” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomaşının nəzarət qaydasında sənədlərinin yoxlanmasından ötrü tərəfindən saxla işarəsi verilmiş, sürücü yolun kənarında atomaşını saxlamışdır. Avtomaşında sürücüdən başqa iki nəfər sərnişin olmuşdur, sürücünün sənədləri yoxlanılarkən məlum olmuşdur ki, avtomaşını X3 idarə edir. Avtomaşın isə etibarnamə ilə X4 adınadır, Dəyanət Mirzəyev sürücülük hüququ olmadan avtomaşını idarə etdiyi üçün, Araz Mirzəyev isə sürücülük hüququ olmayan şəxsə maşını idarə etmək üçün maşını verdiyinə görə barələrində protokol tərtib olunmalarından ötrü avtomaşını stasionar posta müşahidə altında idarə etməsini xahiş etmiş, bu zaman avtomaşının qabaq sərnişin oturacağında əyləşən sərnişin adını sonradan Şəxs kimi təqdim etmiş şəxs avtomaşını aparmamağını, protokol yazmamağını, maşın sahibinin qazi olduğunu bildirmişdir. Lakin həmin şəxsə qanun çərçivəsində protokol yazılacağını qətiyyətlə bildirdikdə o, polisin ünvanına ucadan nalayiq söyüş söymüş, həmin şəxsi intizamlı olmağa dəvət etsə də, lakin Şəxs qanuni tələblə qəsdən tabe olmamış, hərəktlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mersedes-Benz” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Lənkəran rayonun Səpnəkəran kəndi ərazisində yol polisi maşını onları saxlamışdır. Sürücülük vəsiqəsi olmadığına görə polis əməkdaşı maşını cərimə meydançasına aparmalı olduğunu bildirmişdilər. Əmisi Şəxs maşının cərimə meydançasına aparmamağı polis əməkdaşından xahiş etsə də, YPX inspektoru xahişini nəzərə almamışdır. Bundan əsəbiləşən Şəxs mobil telefonla çəkiliş aparmağa başlamış, səs-küy salaraq YPX inspektoru ilə mübahisə etmişdir. Daha sonra onlar polis şöbəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Dəyanət Vasif oğlunun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndi ərazisində ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədə şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar