Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-325/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X10, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X12, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 18 aprel 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Fəhmin Nüsrətzadənin 07 mart 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 18 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan evdən (bağdan) 3 ədəd ümumi dəyəri 390 manat su matorlarını oğurlayaraq ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X12 izahatında bildirdi ki, Şəxs Lənkəran rayon Şıxəkəran kənd ərazisində oğurluqlar etdiyi müəyyən edilmiş və protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Lənkəran rayonu Şıxakəran kəndində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciəti təsdiq edir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində olan zaman Lənkərtan rayonu Şıxakəran kəndində yerləşən ona məxsus açıq torpaq sahəsindən (bağdan) 3 ədədi 130 manat olmaqla 3 ədəd su matoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Belə ki, həmin vaxt o, Bakı şəhərində olmuş, bu barədə ona qonşular məlumat vermişdir. Bakı şəhərindən qayıtdıqdan sonra DİN- in 102 xidmətinə müraciət edərək oğurluq baş verməsi barədə məlumat vermişdir. Ona məxsus 3 ədəd su matorunun oğurlanması nəticəsində ona 390 manat maddi ziyan dəymişdir. Hazırda matorlar geti qaytarılmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs artıq bununıla neçənci dəfədir ki, onalara məxsus əmlaka ziyan vurur, ona görə də Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, onun barəsində tərtib edilmiş protokolda göstərilən əməli o, törətmişdir. Hadisəni törədərkən içkili vəziyyətdə olmuşdur. Oğurladığı 3 ədəd su matorunu geri qaytarmış, hazırda əməlindən peşmandır. X1 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edib səmimi peşman olduğunu bildirdiyinə görə barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs izahat və ərizəsindən görünür ki, 17 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan evdən (bağdan) 3 ədəd ümumi dəyəri 390 manat su matorlarını oğurlanmışdır. Bununla bağlı polisə müraciət edərək qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Fəhmin Nüsrətov 07 mart 2024-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş 18 aprel 2024-cü il tarixli MN ******* saylı protokolda əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2024-cü il tarixli 362 saylı ”İnzibati qaydada tutulma haqqında” protokoldan görünür ki, Lənkəran rayon Şıxəkəran kəndində qeydiyytda olan Şəxs Məhərrəm oğlu xx.xx.2024-cü il tarixdə saat 18:40-da tutulmuşdur. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran ŞRPŞ-nin polis sahə rəisi polis leytenantı X12 və Lənkəran CAB-ın əməlliyat müvəkkili polis baş leytenantı “Götürülmə haqqında”protokoldan görünür ki,xx.xx.1975-ci il tarixdə doğulmuş Lənkəran rayon Şıxəkəran kəndinə qeydiyytda olmaqla və həmin ünvanda yaşayan X4 dindirilməsi əsasında həmkəndlisi Zərərçəkmiş şəxs evin bağ hissəsində ümumi dəyəri 390 manat olan 3 ədəd su matorunu oğurlayaraq həmkəndlisi X7 verilməsi məlum olmuşdur.Həmin su matorunu həmkəndlisi X5 tələb etdikdə o,Şəxs Məhərrəm oğlunun atasına məxsus həyətyanı sahədən 3 ədəd su matoru onlra təqdim edilmiş və protokol tərtib edilərk götürülmüşdür. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran şəhər ŞRPŞ-nin İTB-nın polis sahə rəisi pois leytenantı X8 təqdim etdiyi fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş su matorlarını tanıyaraq ailəsinə aid olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran ŞRPŞ-nın arayışından görünür ki, Lənkəran rayon, Şıxəkəran kənd sakini Şəxs Məhərrəm oğlu barəsində Lənkəran ŞRPŞ-nın nöbvətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 18 aprel 2024-cü il tarixli, 3-17-1/2-87815/2024 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama yəni oğurluq edərək özgə əmlakını talamasını özünün etiraf edici izahatları, zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1 və 32.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, iki epizod üzrə velosipedləri qaytarmaqla vurulmuş ziyanının müəyyən hissəsini ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, şəxs inzibati qaydada 17 aprel 2024-cü il tarixdə, saat 18.40-da tutulduğundan həbsdə saxlama müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 aprel 2024-cü tarixdən saat 18.40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-325/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-325/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver