Məhkəmə qərarları › İş №3(049)-326/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-326/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-326/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis mayoru X5, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Sərinbulaq qəsəbəsində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib olunmuş 18 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Ülvi Yüsübzadənin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonun Səpnəkəran kəndində Zərərçəkmiş şəxs boyun nahiyəsini əli ilə sıxaraq dərərcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bundan başqa üzərində olan bıçaqla Zərərçəkmiş şəxs məxsus Nissan Sunny markalı, **-ES-*** d.q.n-lı avtomobilin arxa şüşəsini sındırmışdır. Lakin Şəxs törətdiyi əməl nəticəsində ictimai qayda kobud şəkildə və nümayişkaranə şəkildə pozulmamış, sadəcə olaraq aralarında sözlü mübahisə olan zaman qısa vaxt ərzində baş vermişdir. Ətrafda olan şəxslər narahat olmamış və ictimai qayda kobud sürətdə pozulmamışdır. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, şahid ifadəsi, tibbi ekspertizanın rəyi, mütəxəssis rəyi və digər sübutlarla sübuta yetirilmişdir və zərərçəkmişə dəyən maddi ziyan ödənilməmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, Lənkəran rayonu Sərinbulaq kəndində yaşayır, evlidir, iki övladı var. xx.xx.2024-cü il tarixdə, əmisi X4 ilə birlikdə Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən restranda spirtli içki olan pivə içmiş, daha sonra onlar evə getmək üçün əmisi Əlövsətə məxsus olan Niva markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək evə getməyə başlamışlar. Niva ilə yolu keçmək istəyərkən bir ədəd qara rəngdə Nissan Sunny markalı avtomobil qarşısından yüksək sürətlə gəlmiş, bundan sonra o, əli ilə işarə edib, niyə yüksək sürətlə hərəkət etməsi barədə irad bildirmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü avtomobildən düşüb ona yaxınlaşmış, ona hansı səbəbdən əl-qol hərəkətləri etməyinin səbəbini soruşmuşdur. Bu vaxt spnradan adını bildiyi və əvvəllər tanımadı Zərərçəkmiş şəxs Baladdin oğlu ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt əmisi Əlövsət maşından düşərək onlara yaxınlaşmış və onları sakitləşdirmək üçün həmin şəxsin qolundan yapışaraq avtomobilinə tərəf aparmışdır. Mübahisə zamanı o, əlləriylə Zərərçəkmiş şəxs köynəyinin yaxasından tutaraq sıxmışdır. Bundan sonra ətrafda olan şəxslərdən biri onu itələyərək ona da bildirmişdir ki, avtomobili sür burdan uzaqlaş. Bundan sonra o, avtomobili sürüb ordan uzaqlaşmaq istəyən zaman əli ilə Nurlanın avtomobilin arxa şüşəsinə zərbələr endirərək şüşəni qırmışdır. Əlində bıçaq olmamışdır. Sözügedən hadisədə heç bir xəsarət almamışdır və etdiyi əməldən olduqca peşmandır. Spirtli içki qəbul etdiyindən özündə olmamışdır və məlum hadisə baş vermişdir. Zərərçəkmişə dəymiş madi ziyanı hələ ödəməmişdir, onlar barışmamışlar. Məhkəmədən ona ən yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Baladdin oğlu bildirmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Polis serjantı rütbəsindədir. Xidməti zərurətlə əlaqədar olaraq döyüş zonasından qayıtdıqdan sonra onlara 24 saat istirahət vermişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə, özünə məxsus olan Nissan Sunny minik markalı, 50- ES-957 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu Xanbulan kəndində yerləşən Xanbulançaya istirahət etmək üçün getmişdir. İstirahət etdikdən sonra avtomobili ilə Xanbulandan Lənkəran şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət edirmiş, yolun Yuxarı- Niivədi kəndi ilə Səpnəkəran kəndinin birləşdiyi hissəyə çatanda orada yerləşən avtomobil yuyan moykaya çatan zaman bir ədəd **-HF-*** dövlət qeydiyyat nişanlı. “Niva” markalı avtomobil qarşısına çıxmaq istəyən zaman ona əli ilə işarə etmişdir. O da bir neçə metr qarşıya hərəkət edərək avtomobilini yolun sağma verib saxlamışdır. O, avtomobilindən düşərək həmin “Niva” markalı avtomobi ilə yaxınlaşmış və nə lazım olduğunu Niva markalı avtomobilin sürücüsünə bildirmişdir. O da avtomobilində ola-ola “bu nə sürətdir kənd içində belə avtomobil sürüsən” demişdir. Bundan sonra ona bildirmişdir ki, avtomobili normal sürətlə sürmüş və yolun onun olduğunu bildirmişdir. Bundan sonra ona sən “yol polisisən” dəyə bildirmişdir. Bundan sonra o, avtomobildən düşdü və onunla birlikdə avtomobildə olan başqa iki nəfər də Nivadan düşmüşlər. Bundan sonra həmin şəxs onu “Maqa” kimi tanındığını bildirərək onunla söhbət etmək lazım olduğunu bildirmişdir. O da Lənkəranda yerləşən “Pullu-pulsuz çayxanasında” gedib bu şəkildə, “məni itxanaya çağırırsan” deyə bildirmişdir. Bundan sonra ona “ürəyin harda istəyir həmin çayxanaya gedib söhbət edək” deyə bildirmişdir. Bundan sonra avtomobilindən düşən digər şəxs ona yaxınlaşıb avtomobilinə tərəf aparmış və onu avtomobilinə aparan zaman onunla danışa-danışa sağ əli ilə bir sillə zərbəsi endirmişdir. O da həmin vaxt şillənin təsirindən özünü itirmiş və avtomobilinin oturacağında oturduqdan sonra fırlanaraq ayağıyla ona sillə vuran şəxsə təpik atmış, lakin təpiyi həmin şəxsə dəyməmişdir. Bu zaman Nivanı sürən şəxs əsəbi halda “sən mənim böyüyümə təpik atırsan” deyib öz avtomobilinə gedib oradan bir ədəd bıçaq çıxartdı və onuun avtomobilinə yaxınlaşdı. Həmin vaxt ona “səni doğrayaram” deyə bildirmişdir. Həmin vaxt ətrafdan gələn tanımadığı başqa bir şəxs onlara yaxınlaşıb, həmin şəxsi ondan aralamaq üçün onu itələmiş və avtomobilini sür burdan uzaqlaş demişdir. Bundan sonra o, avtomobili sürüb ordan uzaqlaşmaq istəyən zaman əlində bıçağı tutan şəxs bıçaqla avtomobilimin arxa şüşəsinə bir dəfə zərbə endirərək, arxa şüşəni deşmişdir. Avtomobilin arxa şüşəsi zərbə nəticəsində yararsız hala düşmüşdür. Bundan sonra o, avtomobilini qabağa sürüb, öz komandirinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində boynunun sol tərəfində Niva sürücüsü əliylə sıxaraq xəsarət yetirmişdir. Bundan başqa ona məxsus olan Nissan Sunny minik markalı, **-ES-*** d.q.n-lı avtomobilimin arxa şüşəsi Niva markalı avtomobilin sürücüsü tərəfindən sındırılmışdır. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir və onlar barışmamışlar. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə tarixdə qardaşı oğlu Şəxs Habil oğlu ilə birlikdə Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən restoranda spirtli içki olan pivə içmiş, daha sonra onlar evə getmək üçün ona məxsus olan Niva markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə minərək evə getməyə başlamışlar. Niva ilə yolu keçmək istəyərkən bir ədəd qara rəngdə Nissan Sunny markalı avtomobil qarşılarından yüksək sürətlə gəlmişdir. Bundan sonra qardaşı oğlu əli ilə işarə edib, niyə yüksək sürətlə hərəkət etməsi barədə irad bildirmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü avtomobildən düşüb Mahmuda yaxınlaşmışdır. Ona hansı səbəbdən əl-qol hərəkətləri etməyinin səbəbini soruşmuşdur. Mahmud isə ona niyə bu sürətlə kənd içində avtomobil sürürsən deyə bildirmişdir. Bundan sonra o, maşından düşərək onlara yaxınlaşmış və həmin şəxsin qolundan yapışaraq avtomobilinə tərəf aparmışdır. Həmin vaxt o, sözügedən şəxsə və qardaşı oğluna onları sakitləşdirmək üçün bir şillə vurmuşdur. Sonradan mübahisə bitmişdir və Nissan markalı avtomaşının sürücüsü oradan uzaqlaşmışdır. Sonradan eşitmişdir ki, qardaşı oğlu Mahmud mübahisə zamanı həmin maşının arxa şüşəsini sındırmışdır. Şəxs müvafiq inzibati xətaları törətməsi faktı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Lənkəran rayonlararası MTE və PA şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli 347 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun nahiyəsində sıyrıqlar cızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən iti kənarlı vəya uclu alətin təsirindən törənmişlər, müddəti müayindən bir gün əvvəllə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının xx.xx.2024cü il tarixli 537 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, həmin tarixdə Şəxs spirtli içkilərin təsirindən orta dərəcədə sərxoşluq halı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan Nissan Sunny markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 350 manat maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan “inzibati tutma haqqaında” 363 saylı xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta əməlləri zərərçəkmiş şəxsin, şahidin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci, 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddələr ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda törədilməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş cəza inzibati xəta həmin Məcəllənin 232-1.ci maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1.ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 17 aprel 2024-cü il saat 17.50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar