Məhkəmə qərarları › İş №3(049)-327/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-327/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-327/2024 24.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrol Xidməti İnspektoru, Polis sıravisi X11 oglu tərəfindən çıxarılmış 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Şənlik Məcidov tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X6 barəsində İXM-nin 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrol Xidməti İnspektoru, Polis sıravisi X11 oglu tərəfindən çıxarılmış 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərar qəbul edilmişdir. Şənlik Məcidov həmin qərardan şikayət verərək, İXP ******* saylı protokol əsasında Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrol Xidməti İnspektoru, Polis sıravisi X11 oglu tərəfindən çıxarılmış 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, saat 11:30 radələrində özünə məxsus **-RC-*** dövlət nömrə nişanlı, Range Rover markalı avtomaşınla Lənkəran rayonu, Velədi kəndi ərazisində, Ləvəngi dairəsi istiqamətində hərəkətdə olduğum zaman **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili arxasınca gələrək sayrışan işıqlarını yandırmışdır. O, həmin sayrışan işıqları görüb dərhal idarə etdiyi avtomobili yolun kənarına çəkib saxlamışdır. **-YP-*** qeydiyyat nişanlı YPX avtomobildən düşən əməkdaş özünü təqdim etmədən ona bildirmişdir ki, 2 dəqiqə öncə “saxla” əmrinə tabe olmamısdır. O, isə cavabında DYP inspektoruna bildirmişdir ki, o, onların “saxla” əmrini görməmişdir. Əgər onun “saxla” əmrinə tabesizlik göstərmək niyyəti olsaydı onda hazırda da avtomobilini saxlamazdı. O, DYP əməkdaşından ona “saxla” əmri verməsi barədə sübut tələb etmişdir. Bu zaman **-YP-*** qeydiyyat nişanlı YPX avtomobildə olan Şahin adlı digər əməkdaş ondan yazılacaq cərimənin yarısı məbləğini istəmişdir. O isə inzibati xəta törətmədiyi halda həmin məbləği verməyəcəyini onun nəzərinə çatdırmış və DYP əməkdaşından tələb etmişdir ki, barəsində inzibati protokol tərtib edilsin. Onun tələbinə əhəmiyyət verilməyərək xx.xx.2024-cü il tarixində onun avtomobili İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələbləri pozulmaqla cərimə meydançasına yerləşdirilmişdir. Onunla razılığa gələ bilməyən DYP-nin əməkdaşı xx.xx.2024-cü il tarixində barəsində İXP ******* nömrəli protokol tərtib etmişdir. Protokolun tərtib edildiyi zamanı polis serjantına şahid çağırılmasını və törətmədiyi inzibati xətanı sübut etməsini etiraz etməyinə baxmayaraq, protokol tərtib olunarkən şahid cəlb edilməmişdir. Protokol tərtib edilən zaman şahidlərin iştirakını nəzərdə tutulması ona dəlalət edir ki, inzibati xətanın törədilməsi faktı şübhəsiz olaraq təsdiq edilsin. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından şahidin cəlb edilməsində polis əməkdaşı maraqlı olmalıdır. İXP ******* nömrəli protokolda onun “X9” Azərbaycan Respublikasının Qanununun tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. İXM-nin 329.1-ci maddəsi-təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət yaradır. Halbuki o, təhlükəsizlik kəmərini bağlamışdır. İXM-nin 327.3-cü maddəsi-dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət yaradır.Halbuki o, DYP əməkdaşının saxla əmrinə tabe olmuşdur. İXM-nin 342.5-ci maddəsi- xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyət yaradır. Halbuki maddədə qeyd olunan hallar avtomobilində mövcud olmamışdır. Avtomobili saz vəziyyətdədir. O, DYP əməkdaşlarının qanunazidd təkliflərini qəbul etmədiyinə görə Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsində polis sıravisi X11 oglu tərəfindən heç bir qanuni əsas göstərmədən, qayda pozmağı sübuta yetirilmədən, “X9” Qanununun müvafiq maddəsinə istinad edilmədən 100 manat məbləğində cərimə edilməyi barədə qərar çıxarılmışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləgv edilməlidir. Çünki Polis sıravisinin İnzibati xətalar haqqında islərə baxmağa səlahiyyəti yoxdur. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısf’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017 saylı Fərmanında Polis sıravisinin adı qeyd olunmamışdır. Ona görə də bu qərarın hüquqi əsası yoxdur. Barəsində tərtib edilmiş qərarda qeyd olunan qayda pozuntusuna yol verməmişdir. Sözügedən protokolda heç bir yol qaydalarını pozmadığını və protokolun qəsdi qərəzçilik nəticəsində tərtib olunduğunu qeyd etməyi zəruri hesab edir. Yol patrul əməkdaşından onun həmin görüntü ona təqdim edilməmişdir. Belə olan halda cərimənin tətbiq edilməsi də Qanuna uyğun deyildir. “X9” Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, yol polisi əməkdaşı sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi doğru hesab olunmur. Sürücü əmrə tabe olmadığı halda polis əməkdaşı həmin məlumatı radio-cihaz vasitəsilə qarşıdakı əməkdaşa ötürürsə və həmin Məhkəmə iclasında Şənlik Məcidov bildirmişdir ki, şikayətini müdafiə və onun təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, protokolda hadisənin xx.xx.2024-cü il tarix, saat 11:50-də baş verildiyi göstərilsə də, protokol xx.xx.2024-cü il tarixdə, “Cərimə meydançası”nda yazılmış, həmin gün avtomobilində arvadı və azyaşlı uşağı da olmuşdurdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidmətinin İnspektoru Polis X1 şikayətlə razılaşmayıb göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində xidmətdə olduğu zaman şikayətçinin avtomobili təhlükəsizlik kəmərini taxmadan idarə etdiyini və avtomobilin arxa stop işığının yanmadığını görmüş, sürücü onun saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Verilən sullara cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisə aşkar olunduqda, dərhal inzibati protokol yazılmalıdır. Qeyd olunan hadisə ilə bağlı protokol xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə tətib edilmişdir. Qeyd olunan hadisə aşkar olunduqdan sonra şikayətçinin avtomobili “Cərimə meydanca”sına yerləşdirilmişdir. Məhkəmə şikayətçinin, inzibati protokolu tərtib etmiş şəxsin və şahidin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:50-də X6 idarə etdiyi Range Rover minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Şürük kəndi ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasaitəsini idarə etməyə, xarici işıq cihazları və yaqabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə sonuncu İXM-nin 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə inzibati xəta törətmiş və buna görə də 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrol Xidməti İnspektoru, Polis sıravisi X11 oglu məhkəməyə hadisələri əks etdirən videogörüntüləri və ya digər mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X2 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərmişdir ki, Şənlik onun əridir. xx.xx.2024-cü il tarixdə ərinin idarə etdiyi Range Rover markalı avtomobildə sərnişin qismində olduğu zaman Lənkəran rayonu, Velədi kəndi ərazisində, Ləvəngi dairəsi istiqamətində YPX avtomobilinin siqnalı əsasında əri avtomobili saxlamış, bir müddət avtomobilin arxasında YPX-nin əməkdaşı ilə söhbət etmişdir. Əri avtomobili təhlükəsizlik kəmərini taxmaqla idarə etmişdir. Göründüyü kimi məhkəmə iclasında X2 qərarda göstərilmiş inzibati xətaların törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 İXM-nin 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddələr üzrə inzibati xəta tərkibi olmadığından Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrol Xidməti İnspektoru, Polis sıravisi X11 oglu tərəfindən çıxarılmış 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Onun Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 342.5-ci və 327.3-cü maddələri ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilməsinə dair Lənkəran ŞRPŞ-nin Yol Polisi bölməsinin Yol Patrul Xidməti İnspektoru, Polis sıravisi X11 oglu tərəfindən çıxarılmış 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar