Məhkəmə qərarları › İş №3(049)-329/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-329/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-329/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC mülkiyyətində olan «İSUZU NPS 75KD YÜK» markalı ** JB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə sonuncunun barəsində Lənkəran ŞRPŞ tərəfindən İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1i, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Mərkəzi küç. 95A ünvanında fəaliyyət göstərir. Lənkəran RPŞ-nin DYPB tərəfindən "xxxx" MMC-nin hüquqi ünvanına ünvanlanmış sorğu, poçt konvertində olan möhürlərdən açıq aydın görünür ki, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş və onların hüquqi ünvanlarına xx.xx.2022-ci il tarixdə dəqdim edilmişdir. Qeyd edilən sorğu tərəflərindən xx.xx.2022-ci il tarixli RG-LET-91/2022 saylı məktubla dərhal cavablandırılmış, məktubun surəti isə Azərbaycan Respublikasının BDYPİ də göndərilmişdir. Lakin, buna baxmayaraq xx.xx.2023-cü il tarixinədək sürücüyə yazılmalı olan cərimə protokolunun sistemə vurulmadığını görüb, hadisədən artıq 2 ay keçdiyi üçün, nəqliyyat vasitənin üzərinə həbs qoyulmasından ehtiyat edərək təcili olaraq Lənkəran RPŞ-nin DYPB-də məsələnin araşdırılması məqsədilə Lənkəran şəhərinə gəlib. Orada onlara bildirildi ki, sorğu cavablandırılmadığından yəni sürücü barədə bu günədək məlumat verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə protokol tərtib edilib xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa BDYPİ-nə göndərilməsini təsdiq edən məktubun surəti və poçt qəbzinin əsli təqdim edildikdən sonra bildirildi ki, Siz göndərmiş ola bilərsiz, lakin onlara gəlib çatmayıb. Bundan sonra onlar dərhal Lənkəran şəhərində yerləşən Mərkəzi Poçta yaxınlaşaraq və orada onlara bildirildi ki, onların məktubu Lənkəran RDYP-nə xx.xx.2023-cü il tarixdə saat 10:28 də təhvil verilmişdir. Bununla bağlı yenidən müraciət etsələr də onlara bildirildi ki, artıq onlardan iş çıxıb məhkəmənin icraatındadır. Lənkəran RPŞ-nin DYPB xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş və onların hüquqi ünvanlarına xx.xx.2022-ci il tarixdə təqdim edilmiş sorğunun cavablandırılması üçün nəzərdə tutulmuş 5 günlük müddət gözlənilmədən, xx.xx.2022-ci il xx.xx.2023-cü il tarixlərində qeyri iş günlərinin olmasını, eləcədə sorğunun bir gün ərzində tərəflərindən cavablandırılmasını nəzərə almadan, sorğunun vaxtında cavablandırılmamış olmasını bəhanə edərək, "xxxx" MMC-nin 300 manat məbləğində cərimə edilməsi ilə bağlı heç bir əsası olmayan protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Buna görə də "xxxx" MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış bildirişdən görünür ki, 02 dekabr 2022-ci il tarixində, saat 11:47-də "xxxx" MMC-yə məxsus «İSUZU NPS 75KD YÜK» markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü barədə 5 gün müddətində məlumat verilməli olması bildirilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Lənkəran ŞRPŞ tərəfindən "xxxx" MMC-yə göndərilmiş sorğu onun nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokoldan görünür ki, 02 dekabr 2022-ci il tarixində, saat 00:00-da "xxxx" MMC-yə məxsus «İSUZU NPS 75KD YÜK» markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü barədə məlumat verilmədiyinə görə X3 Təsərrüfatı barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin Lənkəran ŞRPŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ** JB *** dövlət qeydiyyat nişanlı «İSUZU NPS 75KD YÜK» markalı vasitə xx.xx.2021-ci il tarixli RGE/34-21 saylı etibarnamə əsasında X1 tərəfindən idarə olunur. "xxxx" MMC tərəfindən göndərilən məktub xx.xx.2022-ci il tarixdə poçt şöbəsinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ tərəfindən rəsmi qaydada alınmışdır. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, aşağıda qeyd olunanlara əsasən "xxxx" MMC-nin əməlində İXM-nin 347-ci maddəsinin tərkibi mövcud deyildir. Belə ki, İXM-nin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, hüquqi şəxsin əməlindən İXM-nin 347-ci maddəsinin tərkibi o zaman yaranır ki, hüquqi şəxsə inzibati xətanın törədilməsi zamanı mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olsun və hüquqi şəxs daxil olduğu vaxtdan 5 gün müddətində həmin sorğuya cavab verməmiş olsun. İşin fatiki hallarından müəyyən olunur ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən "xxxx" MMC-yə məktubla müraciət olunaraq 02 dekabr 2022-ci il tarixində, saat 11:47-də "xxxx" MMC-yə məxsus «İSUZU NPS 75KD YÜK» markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtmobili idarə edərkən müəyyən olunmuş sürət həddi 11 km/saat aşıldığından İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətmiş sürücü barədə 5 gün müddətində məlumat verilməsi xahiş olunmuş, göndərilmiş sorğu "xxxx" MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. "xxxx" MMC-nin Lənkəran ŞRPŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə ** JB *** dövlət qeydiyyat nişanlı «İSUZU NPS 75KD YÜK» markalı vasitə xx.xx.2021-ci il tarixli RGE/34-21 saylı etibarnamə əsasında X1 tərəfindən idarə olunduğu bildirilmişdir. "xxxx" MMC tərəfindən göndərilən məktub xx.xx.2022-ci il tarixdə müvafiq poçta təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon ŞRPŞ tərəfindən rəsmi qaydada alınmışdır. Göründüyü kimi "xxxx" MMC Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin sorğusu daxil olduqdan 1 gün sonra (qanunla müəyyən edilmiş müddət ərzində) soğruya cavab vermişdir. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqan müvafiq araşdırma aparmadan "xxxx" MMC-yə məxsus «İSUZU NPS 75KD YÜK» markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü barədə məlumat verilmədiyinə görə "xxxx" MMC barəsində barəsində İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokol tərtib etmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1 və 53.1.1-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əməlində xəta tərkibi olmadığından "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar