Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-331/2024 02.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 19 fevral 2024-cü il tarixdə, saat 15:00 radələrində Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Şəxs Xəzər dənizində qanunsuz balıq ovu etdiyinə görə barəsində Lənkəran XPŞ-nin NH-nin məsul növbətçi polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 28 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində sahil nəzarat bölməsinin 16-cı yanalma körpüsündə “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadının başçısı Cənub regional şöbəsinin rəis müavini polkovnik-leytenant Səbuhi Cavadov, üzvü ”Balıqçılar” SNB-nin rəisi v.i.e leytenant Fərid Abbaslı və kiçik gizir Maşallah Mirzəliyev tərəfindən “BA-527” bort nömrəli, ”Proqress-2” tipli, ”Yamaha-40” mühərrikli, heyət üzvü 2 (iki) nəfərdən ibarət olan üzmə vasitəsi dənizdən qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı qayığın bortunda ovlanması qadağan edilmiş təxmini çəkisi 10 kq olan 2 (iki) ədəd “Xəzər qızılbalığı” aşkar olunmuşdur. Bununla əlaqədar olaraq qayığın heyət üzvləri Lənkəran rayon, Nərimanabad qəsəbə sakinləri xx.xx.1981-ci il təvəllüdlü Şəxs və xx.xx.1994-cü il təvəllüdlü X2 “Balıqçılar” SNB-yə dəvət olunmuş və ovladıqları balığı müvafiq qaydada təqdim etməklə tələb edilmişdir. Lakin vətəndaşlar SNB-yə gəlməkdən və ovlanması qadağan olunmuş balığı təhvil verməkdən imtina etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış polkovnik-leytenant X3, leytenant X8, və kiçik gizir X1 tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, 5/9 №-li Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə ”Balıqçılar” SNB-nin 16-cı yanalma körpüsündən ovlanması qadağan edilmiş “Xəzər qızılbalığı” cinsli balığı ovlayaraq inzibati xəta törətmiş Lənkəran rayon, Nərimanabad qəsəbə sakinləri Şəxs və X2 heç bir səbəb gətirmədən “Xəzər qızılbalığı” cinsli balığı təhvil verməkdən SNB-yə gəlməkdən və izahat verməkdən imtina etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X6 Xidməti tərəfindən verilmiş AA 08550 №-li “Gəmi Bileti”ndən görünür ki, ”Proqress-2” tipli, ”Yamaha-40” mühərrikli gəminin sahibi Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Şəxsdur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə inzibati xəta haqqında icraat aparılan şəxsin ov hüququnun olmamasını və belə olan halda yuxarıda şərh olunmuş Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-331/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-331/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver