Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-332/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Lənkəran Şəhər Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon məhkəməsinə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tələbini pozmuş «AMO” MMC-yə məxsus avtomaşının üzərinə tərtib edilmiş İXP ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, «AMO” MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat inzibati xəta törədən «AMO” MMC-yə vaxtında bildirilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «AMO” MMC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxs «AMO” MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «AMO” MMC-yə qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs «AMO” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası tətbiq edilməlidir. Göstərilənlərə və İXM-nin 40, 43, 48-51, 114, 129-131-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALİR: Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs «AMO” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(049)-332/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-332/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver