Məhkəmə qərarları › İş №3(049)-337/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-337/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-337/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 2-ci qrup əlil, pensiyaçı, Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2432/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 22 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Gözəlov X2 Rayon Məhkəməsi tərəfindən verilmiş Məhkəməsinin 2(049)- 2432/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədini icra etməkdən yayınır. 2021-ci ilin yanvar ayında tələbkar borclu ilə barışmış və buna görə də, ərizə yazaraq icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Onlar da “İcra Haqqında Qanun”un 23.1.1-ci maddəsinə əsasən icra vərəqəsini məhkəməyə qaytarmışlar. Daha sonradan tələbkar yenidən alimentini tələb etmiş və həmin vaxtdan borclunun tələbkara 2100 manat borcu var və o, borcu ödəməyə cəhd göstərməmişdir. Buna görə də icra tələbini onun pensiyasının 70%-nə yönəltmişlər. Lakin, tələbkar bunula razılaşmamışdır. Məhkəmədn qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədini icra etməkdən yayınmır, lakin işləmədiyi üçün alimentdən yaranmış borcu birdəfəyə ödəyə bilmir. Özü 2 dərəcəli əlil kimi 220 manat pensiya alır və bu onun yeganə gəlir mənbəyidir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş bildirdi ki, 2011-ci ildə borclu Şəxsla ailə həyatı qurmuş və həmin nikahdan üç övladı var. Böyük oğlu Əli xəstə olduğu üçün onu internat evinə aparıb axşam evinə gətirir. Ümumilikdə üç uşağa görə 240 manat və xəstə övladı Əlinin müalicəsi üçün hər ay 50 manat əlavə pul tutulması barədə məhkəmə qətnamə qəbul edib. 2021-ci ilin yanvar ayında borclu ilə barışmış və buna görə də, ərizə yazaraq icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Daha sonra münasibətləri korlanmış və hazırda o, borcludan aliment borcunu tələb edir. Lakin borclu həmin borcu ödəmir. Məhkəmədən borclunun həbs edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2432/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2011-2-ci il təvəllüdlü Əli və xx.xx.2013-cü il təvəllüdlü Rüqəyya və Zəhra adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 80 manat olmaqla üç uşaq üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2432/2019 saylı, 26 avqust 2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs 2-ci dərəcəli əlilliyə görə 220 manat məbləğində pensiya alır. Tələbkarın Lənkəran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, borclu ilə barışmış və bir yerdə yaşamaqlarını nəzərə alaraq icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və cra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ikinci dərəcəli əlil olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tələbkarın borcluya inzibati həbs tətbiq edilməsi ilə bağlı xahişini nəzərə alıb qeyd edir ki, borclu 2-ci qrup əlil olduğundan onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən ... orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər... barəsində inzibati həbs tətbiq edilə bilməz. xx.xx.2022-ci ildən qüvvəyə minmiş Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklərin edilməsinə dair Qərarına əsasən yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi daxil edilir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar