Məhkəmə qərarları › İş №3(049)-345/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-345/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-345/2025 15.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X6 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 2006-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon X6 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP-nin ******* protokoldan və həmin protokola əlavı olunan arayışdan görünür ki, Şəxs etibarnamə və sürücülük vəsiqəsi olmadan xx.xx.2025-ci il tarixdə saat təqribən 23:00 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində işiqforun qırmızı işığında keçərkən hərəkətdə olan Hunday markalı **-QA-*** nömrəli maşnla toquşmuş və hadisə yerindən yayınmışdır. Hunday markalı **- QA-*** nömrəli avtomaşının sürücüsü Zərərçəkmiş şəxs avtomaşınına 2365 manat ziyan vurmuşdur. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Şəhər-Rayon X6 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şəxs inzibati xəta törətməyə meyilli şəxsdir. Belə ki, bundan əvvəl də polis əməkdaşları tərəfindən onun inzibati xəta hadisələri törətdiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında hazırki materiala əlavə etdiyi inzibati xəta haqqında protokoldan görünür ki, o, əvvəllər də sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün məsuliyyətə cəlb edilmişdir. 30 iyul 2024-cü il tarixdə də onun tərəfindən Şəxs barəsində İXM-nin 327.1 və 332.2-ci maddələri ilə protokol tərtib edilərək o, 200 manat cərimə edilmişdir. Həmçinin 2024-cü ilin “son zəng” günündə polis şöbəsinə -cü sinif şagirdinin avtomobillə vurulması və sürücünün hadisə yerindən yayınması barədə məlumat, şikayət daxil olmuşdur. Hadisə ilə əlaqədar araşdırma aparılarkən həmin hadisənin də Şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və material araşdırılması üçün təhqiqat bölməsinə göndərilmişdir. Təhqiqat bölməsində aparılan araşdırma zamanı zərərçəkmiş şəxs şikayətini geri götürdüyündən işin icraatına xitam verilmişdir. Göründüyü kimi Şəxs mütəmadi olaraq sürücülük hüququ olmadan avtomaşın idarə edərək inzibati xəta törətməyə meyilli olan şəxsdir. O, hətta bu əməllərini “tik-tok” sosial şəbəkəsində də təbliğ edir. Şəxs barəsində əvvəllər tətbiq edilmiş cərimə cəzası onun islah edilməsinə təsir etmədiyindən hazırda etdiyi əməllə əlaqədar onun barəsində inzibati həbs növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində qardaşına məxsus VAZ-21074 markalı **-CJ-*** nömrəli avtomaşını sürücülük vəsiqəsi, və etibarnaməsi olmadan maşını idarə etmişdir. Sahibi qardaşı ispirtli içki qəbul etdiyindən o, idarə edirmiş. Lənkəran səhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən işiqforun qırmizi işiqi yanmağına 2 saniyə qalmış hərəkətə başlayaraq hərəkətdə olan hunday markalı **-QA-*** nömrəli avtomaşınla toqquşmuş, onun sol qabağ qanad hisəsi onun avtomaşınının sağ qanad hissəsi ilə toqquşmuşdur. Hadisə vaxtı həyəcan keçirdiyindən avtomaşını hadisə yerində saxlamayıb hadisə yerindən uzaqlaşıb, avtomaşını tanışı Yunis adlı şəxsin həyətinə aparıb saxlamışdır. Sonradan polis əməkdaşları həmin avtomaşını aşkar etmişlər. O, hazıradək sürücülük vəsiqəsi almamışdır və VAZ-21074 markalı **-CJ-*** nömrəli avtomaşının idarə edilməsi üçün ona etibarnamə verilməmişdir. Əməlindən peşmandır. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat vermiş və izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 23:00 radələrində, özunə məxsuz Hyundai Elantra markalı **-QA-*** nömrəli avtomaşınla Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində işiqforun yaşıl işığında hərəkədə olduğu zaman, işiqforun qırmızı işıqında hərəkət edən VAZ-21074 markalı **-CJ-*** nömrəli avtomaşının sağ qabaq qanad hisəsi ilə onun avtomaşının sol qabaq qanad hissəsi ilə toqquşmuşdur. Həmin sürücü hadisə yerindən yayınmışdir. O, isə avtomaşını hadisə yerində saxlayıb DİN-102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı xəsərət alan olmamışdır. Hadisə nəticəsində avtomaşının zədələnməsi nəticəsində ona 2.365 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı ödəməmiş və ümumiyyətlə bununla əlaqədar ona heç bir müraciət etməmiş və üzr belə istəməmişdir. O, Şəxs şikayətçidir və onun barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Şəxs müvafiq inzibati xətanı törətməsi faktı özünün, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materillarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “Hyundai Elantra” markalı **-QA-*** nömrəli avtomaşınla VAZ-21074 markalı **-CJ-*** nömrəli avtomaşın Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində toqquşmuşlar. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı **-QA-*** dövlət qeydiyyat nişanlı 2015-ci buraxılış ili olan avtomaşına baxış keçirlmişdir. Yol qəza hadisəsi zamanı avtomaşına dəymiş ziyan 1.365 manat təşkil edir. BD 702624 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs xüsusi mülkiyyətindədir. BD ******* saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21074 markalı **-CJ- *** nömrəli avtomaşın X1 xüsusi mülkiyyətindədir. ********** saylı, xx.xx.2025-ci il tarixli, saat 23:42-də tərtib edilmiş “yol-nəqliyyat” məlumatından görünür ki, vətəndaş X2 ***-***-**-** nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək, Hyundai makalı ** QA *** nömrəli a/m-nə ** CS *** nömrəli a/m-nın vuraraq hadisə yerindən uzaqlaşması barədə məlumat vermişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2025ci il tarixli Aktdan görünür ki, VAZ-21074 markalı **-CJ-*** nömrəli avtomaşın xx.xx.2025-ci il tarixdə duracağa yerləşdirilmişdir. İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində A İXM-nin 327.1, 332.2-ci maddəsi (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şəxs əlilliyi ilə əlaqadar məlumat mövcud deyildir. xx.xx.2025-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 000503 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluğu müəyyən olmamışdır. xx.xx.2025-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 000502 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluğu müəyən olunmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs əməlindən peşman olmasını məhkəmə onun msuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışığa cəhd göstərməməsini və ona dəymiş ziyanı ödəmədiyini, əvvəllər də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi idarə edərək inzibati xəta törətdiyini, əvvəllər ona inzibati xəta törətdiyi üçün təyin edilmiş inzibati cərimə növündə tənbehdən nəticə çıxarmadığını, həmin cəza növünün onun islah olunmasna yetərli olmadığını və inzibati xəta törətməyə meyilli şəxs olduğunu nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati həbs cəzasının tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 15 aprel 2025-ci il saat 14:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar