Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-346/2025 15.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbində müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 tərəfindən təqdim olunmuş 27 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə ünvan 2 ünvanında qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onun sağ bazu nahiyəsini sıxaraq qançır yaratması ilə ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o əvvəllər ünvan 3 ünvanında yerləşən ata evində qeydiyyatda olmaqla orada yaşamışdır. 2019-cu il tarixdə qardaşı İlqar Əsədullayev onu məcburi şəkildə evdən qovmuşdur. O, da məcbur olub evdən çıxaraq uşaqları ilə birlikdə Lənkəran şəhərində kirayədə yaşamağa başlamışdır. 2023-cü il tarixdə qardaşı İlqarın yaşadığı ata evini satmaq istəməsi barədə elan verilməsi məlumatını almışdır. Qardaşı İlqarın ondan və digər bacılarından xəbərsiz icazəsiz şəkildə ata evini satmasını mənəvi şəkildə qəbul etməmişlər. Həmin ərəfələrdə ata evində yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun ata evində yaşamaq hüququnun təmin edilməsi barədə qərar qəbul etmişdir. İcra şöbəsinin icra məmurları məhkəmə qərarı əsasında onu ata evinə köçürtdükləri zaman qardaşı İlqar icra məmurlarına qarşı təzyiq göstərdiyi və məhkəmə qərarına riayət etmədiyindən inzibati qaydada 8 gün həbs edilmişdir. 30 may 2024-cü il tarixdə İcra məmurları ilqardan onun ata evinə gediş-gəlişinə mane olmayacağına söz verməsi barədə iltizam alaraq onu evə köçürtmüşlər. Buna baxmayaraq İlqar yenə də onun ata evinə getməməyini tələb edir, mane olmağa çalışmışdır. 22 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhərində yaşayan xalası Solmaz Pişanova bacısı Təranəyə zəng edib, ona nə səbəbə yaşlı xəstə anası ilə maraqlanmadığını deyib, irad bildirmişdir. Belə ki, qardaşı arvadı Günay özü xalasına zəng edib, onun və bacılarının gedib anaları ilə maraqlanmadıqlarını, anasının xəstə olduğunu demişdir. Buna görə də o, bacısı Təranə və oğlu Əli Rəcəbli həmin gün saat 19 radələrində Koroğlu küçəsi 66 ünvanında yerləşən ata evinin yerləşdiyi ünvana getmişlər. Onlar giriş qapısından həyətə daxil olduqda oğlu Əli geri qayıdıb getmişdir. O, və bacısı Təranə isə evə daxil olub anası Həqiqətin olduğu otağa yanına getmişlər. İlqar da olduqları otağa gəlmişdir. Bacısı Təranə qardaşı İlqara nə baş verdiyini, xalasının anaları ilə maraqlanmadıqları barədə onlara irad bildirdiyini, anasının vəziyyəti barədə onların özünə məlumat verməsinin doğru olduğunu demişdir, İlqar isə yüksək səslə danışmağa başlamışdır. Həmin vaxt İlqarla onların arasında mübahisə yaranmışdır. İlqarın oğlu Rəşad onu otaqdan çıxartmışdır, İlqar otaqdan çıxdığı zaman ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra ortalıq sakitləşmiş və o, Təranə anası Həqiqətlə birlikdə otaqda oturub söhbət etməyə başlamışlar. Təxminən gecə saat 01 radələrində bacısı Təranə ata evindən çıxıb getmişdir. Özü isə anasının yanında qalmaq üçün ata evində qalmaq qərarına gəlmişdir. Bacısı Təranə həyətdən çıxdıqdan sonra qardaşıgildən kimsə gedib həyət qapısını bağlamışdır. Özü isə sakitcə balkonda paltar asmışdır. Bu zaman qardaşı ilqar, Günayın və oğlu Rəşadın anasının otağından səslərinin gəlməsini eşitmişdir. Onlar anasının üstünə qışqırıb onları evə buraxdığına görə irad bildirirmişlər, onları evdən qovmasını tələb etmişlər. İlqargilin anasına psixi təzyiq göstərdiklərini bilib bacısı Təranəyə zəng edib, xəbər verib ora qayıtmasını istəmişdir. Bir qədər sonra bacısı Təranə ata evinə qayıtmış və onun içəri girməsi üçün qapını açmışdır. O, və bacısı Təranə evin ikinci mərtəbəsinə qalxdıqda Günay mobil telefonla anasının otağından çıxaraq onları çəkməyə başlamış və qardaşı ilqar da qışqırıb onların evə basqın etdiklərini deyib, Günaydan onları videoya çəkməsini istəmişdir. X8 nə üçün onları mobil telefonla çəkdiyini soruşub, çəkməməsini demişdir. Günay da heç nə deməyib gülümsəyərək bacısı Təranəni qıcıqlandırmışdır. Bacısı Təranə də bundan əsəbləşib Günayın üstünə gedib, əlini uzadıb mobil telefonla videoçəkiliş etməsinə mane olmağa çalışmışdır. Oğlu Əli həmin vaxt həyətin giriş qapısında dayanmış və oradan nə baş verdiyini soruşmuşdur, ilqar oğlunu görüb onun ünvanına nalayiq sözlər deməyə başlamışdır. X6 üstünə hücum edib, mobil telefonunu ondan almaq üçün cəhdlər etdikdə özü yaxınlaşıb Təranəni Günaydan uzaqlaşdırmışdır. Həmin vaxt İlqar polisə zəng edib, evdə münaqişə olması barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra münaqişə sona çatmışdır. 22 dekabr 2024cü il tarixdə yaranmış mübahisə zamanı qardaşı İlqar stolu ona tərəf itələmişdir. Nəticədə taxta stol sol əlinə dəymiş və arxaya divara doğru aşmışdır. Qalxmaq istədikdə İlqar təkrar onu arxaya doğru itələmiş və o arxaya doğru gedib əli divara dəymişdir. İlqarın onu döyməsi nəticəsində əllərindən xəsarətlər almışdır. Döyülməyi ilə əlaqadar polisə etdiyi şikayət araşdırılmamış və ekspert onun bədənində guya xəsarətin olmaması barədə yalan rəy vermişdir. O, Günaya heç bir fiziki zor tətbiq etməmişdir. Günayın onun barəsində bildirdikləri tamamilə yalandır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, baldızı Şəxs təxminən 2 il əvvəl ünvan 3 ünvanında yerləşən əri İlqar Əsədullayevə məxsus yaşadıqları fərdi yaşayış evindən pay almaq məqsədi ilə evdə yaşamaq hüququnun təmin edilməsi barədə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baldızı Nuranəyə həmin evdə yaşamaq hüqunun təmin edilməsi barədə qərar vermişdir. Əri İlqar da evdə qaynanasının qaldığı otağı onun üçün ayırmışdır. Lakin buna baxmayaraq baldızı Nuranə evə qalmaq üçün gəlməmişdir. Onun və digər baldızı Təranənin məqsədi yaşadıqları evin satılacağı təqdirdə puldan müəyyən qədər pay almaqdır. Buna görə Təranə və Nuranə tez-tez evlərinə gələrək, onunla və əri ilqarla münaqişə yaradıb onları təhqir etmişlər. 22 dekabr 2024-cü il tarixdə saat 19 radələrində baldızları Nuranə və Təranə qaynanasını görmək, hal-əhvalını soruşmaq bəhanəsi ilə onların evinə gəlmişlər. Baldızları gəldikləri vaxtdan onun və əri İlqarın ünvanına nalayiq sözlər demişlər. Onlar isə baldızlarına əhəmiyyət verməmişlər. Həmin gecə saat 01 radələrində Nuranənin oğlu Əli maşınla həyət qapısının qarşısına gəldikdən sonra Nuranə və Təranənin maşına əyləşib getdiklərini düşünmüşlər. Ona görə də əri İlqar həyət qapısını bağlayıb evə keçmiş və anası Həqiqətin otaqda tək qalmaması üçün onun yanına getmişdir. Bir qədər sonra evdə otağında azyaşlı nəvəsini yatızdırdığı zaman dəhlizdən qışqırıq səsləri gəlməyə başlamışdır. Səsə dəhlizə çıxdıqda Nuranə və Təranənin dəhlizdə qışqıraraq əri İlqarın anasına təzyiq etdiyini dediklərinə və onun ünvanına kobud təhqiramiz sözlər işlətdiklərinə şahid olmuşdur. Təranə və Nuranə dəhlizdə onu və qışqırıq səslərinə otaqdan çıxmış gəlini Vəfanı görüb onların ünvanına da nalayiq təhqiramiz sözlər deməyə başlamışlar və üstünə hücum etmişlər. İlqar Təranəgilin hərəkətlərini görüb, ona mobil telefonla onları videoya çəkməyini demişdir. O, da mobil telefonla Təranə və Nuranənin hərəkətlərini videoya çəkməyə başlamışdır. Nuranə münaqişə zamanı həyətdə olan oğlu Əlinin evə daxil olmasının qarşısını almaqdan ötrü evin giriş plastik qapısını açarlamışdır. Baldızı Təranə mobil telefonla onların hərəkətlərini videoya çəkdiyini görüb üstünə hücum edərək, saçlarından tutub dartmağa başlamış, onu itələyib evin divarına çırpmış və sonra arxaya itələdikdə sağ ayağı dəhlizdə olan kreslonun taxta dəstəyinə dəymişdir. Əri ilqar və oğlu Rəşad yaxıhlaşıb Təranəni tutub ondan uzaqlaşdırdıqda Nuranə sağ tərəfdən üstünə gəlib, sağ qolunu tutub sıxaraq mobil telefonu əlindən almağa çalışdığı zaman mobil telefonu əlindən yerə düşmüşdür. Təranə üstünə hücum edib, qışqıraraq ünvanına nalayiq sözlər dediyi zaman otağında olan azyaşlı nəvəsi X4 baş verənlərdən qorxub ağlayıb stress keçirmişdir. Bundan başqa gəlini Vəfa da öz otağında qışqırıq səslərindən qorxan azyaşlı uşağını sakitləşdirmişdir. Əri ilqar Təranə və Nuranənin hərəkətlərini görüb polisin 102 xidmətinə zəng edib, evdə münaqişə olması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları ünvanına gəlmişlər və münaqişə başa çatmışdır. Münaqişə başa çatdıqdan sonra evinin giriş plasmas qapısının aşağı hissəsinin panelinin və eləcə də kilidinin sınmasını aşkar etmişlər. Nuranənin oğlu Əli evlərinə girmək istədikdə də təpiklə qapıya zərbələr vurmuş və nəticədə qapını zədələmişdir. Əvvəlcə baldızı Təranə üstünə hücum edib saçlarından tutub dartmağa başlamış, onu itələyib evin divarına çırpmış və sonra arxaya itələdikdə sağ ayağı dəhlizdə olan kreslonun taxta dəstəyinə dəymişdir. Daha sonra Nuranə sağ tərəfindən üstünə hücum edib, sağ qolunu tutub sıxaraq mobil telefonu əlindən almağa çalışmış və mobil telefonu əlindən düşdüyü üçün videoçəkilişi davam etdirə bilməmişdir. Nuranənin sağ qolunu sıxması nəticəsində həmin nahiyəsindən xəsarətlər almışdır. Odur ki, Şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 məhkəmə iclasında çıxışında bildirdi ki, məhkəmə baxışı zamanı Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda iş üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildiyi tarixdən 3 aydan çox müddət keçdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 25 dekabr 2025-ci il tarixli, №-li 1164 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bazu, sağ sağrı, sol kürək, boyun nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 2-3 gün evvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 02 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video çəkilişə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyən edildi ki, yaşayış evində baş verən mübahisə zamanı Şəxs da oradadır. Nuranə Əsədullayev video çəkilişi aparan şəxsə etiraz edərək, onun üzərinə gedir və videoçəkiliş dayanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı müyyən edildi ki, 23 dekabr 2024-cü il tarixdə Şəxs qardaşı İlqarın yaşayış evində Nuranə, bacısı Təranə, qadaşı İlqar və onun ailə üzvləri arasında mübahisə baş vermişdir. Təqdim edilmiş video çəkilişə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, Nuranə Əsədullayev video çəkilişi aparan şəxsə etiraz edərək, onun üzərinə gedir və videoçəkiliş dayanır. Şəxs özü də məhkəmə iclasındakı izahatında həqiqətən də Zərərçəkmiş şəxs mübahisə zamanı mobil telefonu ilə çəkiliş apardığını bildirmişdir. Zərərçəkmiş şəxs da izahatında mübahisə zamanı Nuranənin sağ tərəfindən üstünə hücum edib, sağ qolunu tutub sıxaraq mobil telefonu əlindən almağa çalışdığı və mobil telefonu əlindən düşdüyü üçün videoçəkilişi davam etdirə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyində göstərilən Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu nahiyəsində aşkar edilən qançır xəsarətinin sözügedən hadisə zamanı alması ağlabatandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnun şəxsiyyətini və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-346/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-346/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver