Məhkəmə qərarları › İş №3(049)-347/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-347/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-347/2024 23.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Lənkəran rayonu, Veravul kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs döydüyünə görə barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Lənkəran rayonu, Veravul kəndində ucadan ünvansız nalayiq ifadələr işlədərək onu nizam-intizama dəvət edən həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında tərtib edilmiş inzibati xətalar haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs hərəkətlərindən dəfələrlə onunla birgə yaşayan arvadı Zərərçəkmiş şəxs və anası X2 tərəfindən Lənkəran ŞRPŞ və DİN-in 102 xidməti zəng mərkəzinə şikayət ərizələri daxil olmuşdur. Bu səbəbdən onların ailəsi polis şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülməsi ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə etdiyi şikayət əsasında aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Şəxs izahat verməsi üçün dəfələrlə çağırış göndərilmiş, habelə onunla aparılmış şifahi telefon danışıqları heç bir müsbət nəticə verməmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində polis baş serjantı X6 ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Şəxs onların gəldiyini bilərək yaşadığı evin pəncərəsindən atlayaraq qaçanda onu saxlayarkən sonuncu ətrafda kənd sakinlərinin, qonşuların olmasına məhəl qoymayaraq ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ona istinad edilmiş maddələrlə özünü təqsirli bilir. X3 nəqliyyat vasitəsini idarə etmək üçün verdiyi etibarnamənin ləğv etdirməsindən əsəbiləşərək xx.xx.2023-cü il tarixdə anası ilə yaşadıqları evdə mübahisə edən zaman arvadı Zərərçəkmiş şəxs da ona iradını bildirdikdə bundan əsəbiləşərək sonuncunun yaxasından tutaraq onu kənara itələmişdir. Zərərçəkmiş şəxs şikayəti üzrə polis şöbəsində aparılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilmişdir. İzahat verməsindən ötrü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 onu dəvət etsə də, o yayınmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Cəfər Məmmədzadə polis baş serjantı X6 ilə birlikdə onun yaşadığı ünvana gəlmiş, polis işçilərinin gəldiyini bilərək yaşadığı evin pəncərəsindən atlayaraq qaçanda onu saxlamışlar. Bu zaman o, ucadan ünvansız nalayiq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. 16 ildir evlidirlər və birgə nikahdan iki uşağı vardır. Lənkəran rayonu, Veravul kəndində qayınanası Maisə, əri və iki uşağı ilə birlikdə yaşayır. Şəxs daim onu incitmiş, döymüşdür. Polisdə münaqişəli ailə kimi qeydiyyatdadırlar. Əsassız yerə evdə mübahisə yaradaraq onu təhqir etmişdir. Şəxs avtomobili yüksək sürətlə sürdüyündən və digər qadınlarla əlaqələri olduğundan anası Maisə Hüseynova ona verdiyi etibarnaməni ləğv elətdirdiyindən Şəxs əsəbiləşərək xx.xx.2023-cü il tarixdə anası ilə yaşadıqları evdə mübahisə edən zaman o da Eldənizə iradını bildirdikdə sonuncu onun boğazından tutub sıxaraq başın sillə zərbəsi vurmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində polis sahə rəisi Cəfər Məmmədzadə və polis baş serjantı X6 birlikdə onun yaşadığı ünvana gəlmiş, Eldəniz polis işçilərinin gəldiyini bilərək yaşadığı evin pəncərəsindən atlayaraq qaçanda onu saxlamışlar. Bu zaman Eldəniz ucadan ünvansız nalayiq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu döydüyü üçün Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında göstərdi ki, Şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinir. Onlar 16 ildir evlidirlər, iki uşaqları var. Lənkəran rayonu, Veravul kəndində o, oğlu, gəlini və iki nəvəsi ilə birlikdə yaşayır. Şəxs daim gəlinini incitmiş, döymüşdür. Polisdə münaqişəli ailə kimi qeydiyyatdadırlar. Əsassız yerə evdə mübahisə yaradaraq gəlini Rasiməni təhqir etmişdir. Şəxs avtomobili yüksək sürətlə sürdüyündən və digər qadınlarla əlaqələri olduğundan o, oğluna verdiyi etibarnaməni ləğv elətdirdiyindən Şəxs əsəbiləşərək xx.xx.2023-cü il tarixdə onunla yaşadıqları evdə mübahisə edən zaman gəlini Rasimə Eldənizə iradını bildirdikdə sonuncu Rasimənin boğazından tutub sıxaraq başın sillə zərbəsi vurmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində polis sahə rəisi Cəfər Məmmədzadə və polis baş serjantı X6 birlikdə onun yaşadığı ünvana gəlmiş, Eldəniz polis işçilərinin gəldiyini bilərək yaşadığı evin pəncərəsindən atlayaraq qaçanda onu saxlamışlar. Bu zaman Eldəniz ucadan ünvansız nalayiq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Lənkəran ŞRPŞ-nin İTB-nin polis baş serjantı X6 izahatında göstərdi ki, Şəxs hərəkətlərindən dəfələrlə onunla birgə yaşayan arvadı Zərərçəkmiş şəxs və anası X2 tərəfindən Lənkəran ŞRPŞ və DİN-in 102 xidməti zəng mərkəzinə şikayət ərizələri daxil olmuşdur. Bu səbəbdən onların ailəsi polis şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülməsi ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə etdiyi şikayət əsasında aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Şəxs izahat verməsi üçün dəfələrlə çağırış göndərilmiş, habelə onunla aparılmış şifahi telefon danışıqları heç bir müsbət nəticə verməmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis mayoru X4 ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Şəxs onların gəldiyini bilərək yaşadığı evin pəncərəsindən atlayaraq qaçanda onu saxlayarkən sonuncu ətrafda kənd sakinlərinin, qonşuların olmasına məhəl qoymayaraq ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 HK-1 qeydiyyatlı 4679 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi 28 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxs barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 23 dekabr 2023-cü il tarixli, 1255 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın təpə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 Çıxarışdan görünür ki, Şəxs İİİ qrup əlilliyə görə müddətsiz olaraq sosial müavinət alır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafedici izahatı, HK-1 qeydiyyatlı 4679 nömrəli yoxlama materialı üzrə qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxsin və şahidlərin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 34.1-34.4-cü maddələrinin tələblərinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati xəta haqqında materiallardan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə istinad olunan əməllərdən ikisi – İXM-nin 510 və 535.1-ci maddələri ilə törədilmiş əməllər eyni vaxta, həmin Məcəllənin 157-ci maddəsi ilə törədilmiş inzibati xəta əməli isə daha əvvəl törədilmişdir. O da qeyd olunmalıdır ki, şəxsə istinad olunan hər üç əmələ baxılması məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində şəxsə həbs növündə tənbeh verilməlidir. Eyni zamanda İXM-nin 34.1-ci maddəsinin tələbləri baxımından şəxsə İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində həbs növündə tənbeh verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Yuxarıda göstərilən qərarda ifadə edilmiş hüquqi mövqeyi rəhbər tutmaqla, həmçinin İXM-nin 34.4-cü maddəsini tətbiq etməklə məhkəmə hesab edir ki, şəxsə tətbiq edilmiş inzibati həbs növündə tənbehləri qismən toplama yolu ilə qəti olaraq ona inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 ay 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq edilməklə Şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbirlərini qismən toplama yolu ilə qəti olaraq ona 2 ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu andan, yəni 22 aprel 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar