Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-348/2025 16.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 532-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolu xx.xx.2025-ci il tarixdə nəzərdən keçirib, müəyyən etdim : Lənkəran Rayon Məhkəməsinə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 532-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞdən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokolu nəzərdən keçirərərək hesab edirəm ki, protokol onu tərtib etmiş Lənkəran ŞRPŞ-nə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 100.1.5 ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Lakin qeyd olunan protokolda Şəxs İXM-nin 532-ci maddəsi ilə məhkəməyə verilsə də, konkret olaraq onun 532-ci maddəsinin tərkibində olan 532.1 və ya 532.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi göstərilməmişdir. Halbuki İXM-nin 532.1-ci və 532.2-ci maddələrinin sanksiyaları fərlidirlər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 109.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 532-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş Lənkəran ŞRPŞ-nə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilmir. X3
Məhkəmə qərarları › İş №3(049)-348/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-348/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver