Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-349/2025 30.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayonu, Girdəni kəndində X1 məxsus **-FU-*** nömrəli, Mitsubishi Pajero markalı avtomobilin Şəxs tərəfindən cızılmasına görə sonuncu barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, övladları tələbədir və onunla küsülüdürlər. Anası vəfat etdikdən sonra Girdəni kəndində yerləşən ata evində tək yaşayır. Həmin maşına xətər yetirməyib, polisdə isə izahat verərkən əsəbi olduğu üçün maşına xətər yetirdiyini etiraf edib. Lakin sonradan əməliyyat olunub və polisə təkrar gedə bilməyib. Məhkəmədən barəsində olan inzibati xəta üzrə işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat İXH protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmişlə yaradılan telefon əlaqəsi zamanı o, Bakı şəhərində işlədiyini, Şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, həmin şəxslə barışmadığını və ondan tələbkar olduğunu bildirdi. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Həmin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan o da görünür ki, aparılan araşdırma zamanı Lənkəran Kamran MMC-dən daxil olmuş rəydə Mitsubishi Pajero markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1000 manat olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran rayonu, Girdəni kənd sakini Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotektasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, DİN X4 Sistemində Şəxs hazırkı günə kimi hər hansı bir əlillik statusu olmadığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində özünü təqsirli bilməsə də onun təhqiqat zamanı verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növü ilə əlaqədar aşağıdakıları qeyd edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal onun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və qadın olmasıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin maddəsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını nəzərə alıb barəsində vurulmuş ziyanın bir misli həddində, yəni 1000 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-349/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-349/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver