Məhkəmə qərarları › İş №3(049)-352/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-352/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-352/2025 18.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əskərov X2 Rayon Məhkəməsinin e-2(049)-993/2024 saylı, 30 may 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 18 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Əskərov X2 Rayon Məhkəməsinin 2(049)-993/2024 saylı, 30 may 2024-cü il tarixli icra sənədini icra etməkdən yayınır. Belə ki, sözügedən icra sənədinə əsasən, cəmi 138644 manat məbləğində pul Zərərçəkmiş şəxs verilməlidir. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, icra sənədini icra etməsi tələb edilmiş, hüquq və vəzifələri izah edilmiş, lakin o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir.Şəxs icra məmurunun bütün çağırışlarına gəlmişdir. Hazırda tələb üzrə Şəxsnın 138644 manat məbləğində borcu vardır. Borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, 138644 manat məbləğində borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir, aylıq əmək haqqı 500 manatdır. Özü həmin MMC-nin təsisçisidir. Borcunu ödəməkdən yayınmır. Tələbkarla qarşılıqlı etibarlı iş münasibətləri olmuşdur. Lakin şirkətin işlərində durğunluq olduğu üçün hazırda qazancı yoxdur. Maddi vəziyyəti yaxşılaşan kimi borcunu qısa müddətdə ödəyəcəkdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-993/2024 saylı, 30 may 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs ooğlundan 138215 manat məbləğində pul, eləcə də iddiaçı tərəfindəən ödənilmiş 429 manat dövlət rüsumu, cəmi 138644 manat alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-993/2024 saylı, 30 may 2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. “Elektron İcra” sistemindən Çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Şəxs Rafael oğlu və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaq vardır. “Elektron İcra” sistemindən Çıxarışdan görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir, aylıq əmək haqqı 500 manatdır Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun özünün etirafedici izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İXM-nin 32.1.1-ci, himayəsində azyaşlı uşağının olmasını Məcəllənin 32.1.3-cü, ilk dəfə inzibati xəta törətməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini, həmçinin müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar