Məhkəmə qərarları › İş №3(049)-354/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-354/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-354/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17687614 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17748503 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17752583 saylı, xx.xx.2023-cü il tarixli, EQ 1819923 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18424509 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18446473 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18644219 saylı, xx.xx.2024-cü il tarixli, EQ 19664018 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20025845 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20274562 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20958455 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21181972 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23533649 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23511462 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23425798 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22834050 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25533111 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26248111 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26699026 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27158135 saylı, 06.11. 2024-cü il tarixli, EQ 24545238 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayəti nəzərdən keçirib məhkəmə, müəyyən etdı̇ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17687614 saylı, xx.xx.2023-cüil tarixli, EQ 17748503 saylı, xx.xx.2023-cüil tarixli, EQ 17752583 saylı, xx.xx.2023-cüil tarixli, EQ 1819923 saylı, xx.xx.2023-cüil tarixli, EQ 8424509 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18446473 saylı, xx.xx.2023-cüil tarixli, EQ 18644219 saylı, xx.xx.2024-cüil tarixli, EQ 19664018 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20025845 saylı, xx.xx.2024-cüil tarixli, EQ 20274562 saylı, xx.xx.2024-cüil tarixli, EQ 20958455 saylı, xx.xx.2024-cüil tarixli, EQ 21181972 saylı, xx.xx.2024-cüil tarixli, EQ 23533649 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23511462 saylı, xx.xx.2024-cüil tarixli, EQ 3425798 saylı, xx.xx.2024-cüil tarixli, EQ 22834050 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25533111 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26248111 saylı, xx.xx.2025-ciil tarixli, EQ 26699026 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27158135 saylı, 06.11. 2024-cü il tarixli, EQ 24545238 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən şikayət və şikayətə əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarında da göstərilmişdir ki, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermə müddəti qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə verildiyindən şikayət geri qaytarılmalı və X2 inzibati tənbeh vermə haqqında qərarlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanları və İXM-nin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cüil tarixli, EQ 17687614 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17748503 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17752583 saylı, xx.xx.2023-cü il tarixli, EQ 1819923 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18424509 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18446473 saylı, xx.xx.2023-cü il tarixli, EQ 18644219 saylı, xx.xx.2024-cü il tarixli, EQ 19664018 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20025845 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20274562 saylı, xx.xx.2024-cü il tarixli, EQ 20958455 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21181972 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23533649 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23511462 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23425798 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22834050 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25533111 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26248111 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26699026 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27158135 saylı, 06.11. 2024-cü il tarixli, EQ 24545238 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 inzibati tənbeh vermə haqqında qərarlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilsin. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar