Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-355/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Cabbarov X5 Rayon Məhkəməsinin 2(049)-823/N24 saylı, xx.xx.N24-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.N25-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, N il hərbi hissədə xidmət etmiş, lakin N25-ci ilin yanvar ayında təxris olunmuşdur. Həmin vaxtdan işsizdir. İşlədiyi müddət ərzində mütəmadi olaraq alimenti ödəmiş, fevral ayından bu tərəfə ödəniş edə bilməmişdir. Mart ayında icraçı məmurunun çağırışı ilə icra şöbəsinə yaxınlaşmışdır. Barəsində axtarış verilməsindən məlumatı olmamışdır. İşlə əlaqədar getdiyi Bakı şəhərindən qayıtdıqdan sonra atasından icra məmurunun onu axtardığını öyrənmiş, lakin icra məmuru ilə əlaqə saxlamamışdır. Əvəzində Ülviyyə xanıma zəng edərək ondan şikayət etməməsini xahiş etmişdir. Borcu ödəməkdən imtina etmir. Lakin, işsiz olduğu üçün pulu ödəyə bilmir. Əlilliyi yoxdur, məhkəmədən yüngül cəza istəyir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, borclu şəxs Şəxs uzun müddət hərbi hissədə işlədiyi üçün aliment onun əmək haqqına yönəldilmişdir. Təxris olunduqdan sonra fevral ayında borclu şəxs icra şöbəsinə dəvət olunaraq ondan icra sənədi üzrə qalıq qalan bir ayın alimentini ödəməsi tələb olunmuşdur. Borclu şəxs işsiz olduğunu və borcu yaxın zamanda ödəyəcəyini bildirmişdir. Lakin tələbkarın qaynar xəttə etdiyi davamlı şikayətləri və borclu ilə telefon vasitəsi ilə əlaqə yaratmağın mümkün olmaması nəticəsində o, borclunun atası ilə əlaqə yaratmış və borclunun paralel işlə əlaqədar Bakı şəhərinə getdiyini, hazırda Vilvan kəndində olmadığını müəyyən etmişdir. Tələbkarın davamlı şikayətlərindən sonra borclu barəsində mart ayında axtarış elan edərək qərarı icra etmək üçün polis şöbəsinə göndərmişdir. Nəticədə borclu, bu gün səhər saat 10 radələrində polisin tapşırığı ilə icra şöbəsinə gəlmişdir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-823/N24 saylı, xx.xx.N24-cü il tarixli icra sənədindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-823/N24 saylı qətnaməsinə əsasən ödənilmiş məbləğlər nəzərə alınmaqla xx.xx.N14-cü il təvəllüdlü X6 və xx.xx.N18-ciil təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 180 manat olmaqla hər ay 360 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir . İcraata başlamaq haqqında xx.xx.N24-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-823/N24 saylı, xx.xx.N24-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında qərardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində xx.xx.N25-ci il tarixdə axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on gün) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 aprel N25-ci il tarix, saat 16.00-dan hesablansın. Həbsin sonu 01 may N25-ci il tarix, 16:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-355/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-355/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver