Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-360/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “NİSSAN MURANO MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və elektron informasiya məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “NİSSAN MURANO MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə xx.xx.2024-cü il tarixli EQ 25037644 nömrəli inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli qərarla 10 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdır. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 11066440 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilən inzibati cərimə məbləğini və cərimə məbləğinə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “NİSSAN MURANO MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs 10 manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 6 manat dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ona tətbiq edilən inzibati cərimə və həmin cəriməyə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, o, barəsində tətbiq edilən inzibati cərimə və həmin cəriməyə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Lənkəran şəhərrayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(049)-360/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-360/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver