Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-37/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X14 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1990-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləmir, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya şöbəsindən Lənkəran rayon məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, borclu Babayev X9 Rayon Məhkəməsinin 2(049)- 391/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasından yayınmış, tələbkar X5 aliment ödəməyərək onun 7074 manat borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, özünü ona elan edilmiş inzibati xəta üzrə təqsirli bilir. Sabiq arvadı ilə ayrıldıqdan sonra imkanı daxilində alimentin bir qismini ödəmiş, lakin, maddi imkanı olmadığı üçün alimentin qalan hissəsini ödəyə bilməmişdir. Onun tələbkara 7074 manat məbləğində borcunun qalmasından icra məmuru ona bildirmişdir. Hazırda aliment borcunu ödəməkdən qəti imtina edir. X1 nümayəndəsi X7 izahatında bildirmişdir ki, tələbkar onun doğma qızıdır. Borclu uşağını saxlamaq üçün aliment ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də, Şəxs barəsində inzibati qaydada həbsin seçilməsini xahiş edir. Məhkəmə iclasında Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-391/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu bir uşaq üçün 136,6 manat sabit pul məbləğində alimenti X5 verməlidir. Həmin icra sənədlərinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu şöbəyə gəldikdən sonra ona qanunun tələbləri izah edilmiş və qətnamənin icrası üçün məsuliyyət daşıdığı izah edilmişdir. Borclu Şəxs keçən ilin aliment borcunu ödəsə də, ondan əvvəlki illərdən qalmış aliment borcunu ödəməmişdir. O, şöbəyə gəlib izahat verərək tələbkara yığılmış borcunu maddi imkanı olmadığı üçün ödəmədiyini və borcu ödəyə bilməyəcəyini demişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs könüllü icra müddətində tələbkara olan aliment borcunu ödəməmiş, hazırda tələbkara 7074 manat aliment borcu yaranmışdır. Borclu tələbkara olan borcunu ödəməkdən yayındığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, bir ildən artıq müddət əvvəl də, borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-391/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borcludan xx.xx.2010-cü il təvəllüdlü X2 üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay sabirt pul məbləğində 136.6 manat aliment tutularaq tələbkara verilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindın görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-391/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan şəxsi kartoçkadan elektron çıxarışdan görünür ki, Şəxs əmək müqaviləsi yoxdur, işləmir, sosial ödəniş, pensiya və ünvanlı yardım alması barədə məlumat yoxdur. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatı, inzibati xəta haqqında tərtib edilmiş protokol və digər sənədlərlə tam sübuta yetirildi. Ona görə də, Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına, inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə təyin olunacaq inzibati tənbeh tədbirinə münasibət bildirərək qeyd edir ki, inzibati xəta törətmiş Şəxs təqsirini etiraf etsə də, onun tələbkar X5 aliment tələbinə dair qətnamə üzrə yaranmış borcunu ödəməkdən yayınması bu əmələ etinasız yanaşmasını göstərir. Həmçinin məhkəmə inzibati xəta törətmiş Şəxs əmlak və maddi vəziyyətinin ağır olması ilə əlaqədar inzibati cəriməni ödəmək imkanının olmamasını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109-118-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 yanvar 2023-cü il saat 12:50-dən hesablansın. Qərarın icrası Lənkəran ŞRPŞ-nə həvalə olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Lənkəran rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-37/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-37/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver