Məhkəmə qərarları › İş №3(049)-394/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-394/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-394/2024 17.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, borclu Şəxs, onun müdafiəşisi, “Fides” Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə 19.07.197-ci il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin daxil olmuş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan məlum olur ki, Şəxs AQTA-nin Bakı Regional Ərazi bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 10000 manat cərimə hesablanmış, həmin cəriməni ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs müdafiəçisi göstərmişdir ki, Cabir sahibkarlıqla məşğul olmuş, lakin AQTAnin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində müflis olmuşdur. Hazırda sabibkarlıqla məşğul deyildir. AQTA-nin əməkdaşları Cabir barəsində qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmişlər. Bundan sonra həmin qərar icraya yönəldilmiş və icra məmuru icraata başlamaq haqqında qərar qəbul edib iki ay müddətində icra tədbirləri görmüşdür. Həmin iki ay müddət keçdikdən 01 ildən də artıq vaxt keçdikdən sonra icra məmuru Cabir barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Bu hal qanun pozuntusudur. Çünki Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, inzibati orqanın qərarının icraata qəbul edildiyi gündən 02 ay müddətində icra tədbirləri həyata keçirilməli, bundan 04 ay ərizndə isə borclu qərarı icra etmədikdə barəsində inzibati protokol tərtib edilməlidir. Lakinb icra məmuru bunadan 01 ildən də artıq müddət keçdikdən sonra həmin protokolu tərtib etmişdir. Buna görə də İXM-nin 38-ci maddəsi tətbiq edilməklə inzibati məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə bağlı inzibati icraata xitam verilməsinbi xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs da İXM-nin 38-ci maddəsi tətbiq edilməklə inzibati məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə bağlı inzibati icraata xitam verilməsinbi xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə iclasında müəyyən olundu ki, vəzifəli şəxs olan AQTA-nin Bakı Regional Ərazi bölməsinin rəisi Zaur Kərimov tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati qərar qəbul edilərək Şəxs İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 07 gün müəyyən edilməklə ona 10000 manat məbləğində inzibati cərimə şərti olraraq tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunan normaların tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, Şəxs təqsirli bilindiyi İXM-nin 544.2-ci maddəsi yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta hesab edilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair vəzifəli şəxsin xx.xx.2023-cü il tarixli qərarından, surətini alıdığı gündən 10 gün müddətində şikayət vermək hüququ olmuşdur. İnzibati materialdan müəyyən olunur ki, həmin müddətdə Şəxs qeyd olunan qərardan şikayət verməmiş, bu səbəbdən də həmin qərar qanuni qüvvəsini aldığı xx.xx.2023-cü il tarixdən başlayaraq İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tələbinə əsasən ən geci otuz gün müddətində, o, xx.xx.2023-cü il tarixədək MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati qərarı icra etməli idi. Lakin, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixədək MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati qərarı Şəxs icra edilməmişdir. Buna görə də həmin qərar icra olunması üçün Lənkəran Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunmuş İXMnin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İndiki halda qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə icraya yönəldilməli, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməklə iki ay müddət ərzində, icra tədbirləri görməli, həmin müddət ərzində, vəzifəli şəxsin isə qərarın qanuni qüvvəsini aldığı gündən 3 ay müddəti ərzində borclunun əmlakı, digər gəlirləri aşkar olunmadıqda, qərar icra edilmədikdə borclu İXM-nin 529.1-ci maddəsi ilə məsuiliyyətə cəlb oluna bilər. Belə ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutlur. İndiki halda qeyd olunan 3 aylıq müddət xx.xx.2023-cü il tarixdə başa çatmış və həmin tarixdən başlayaraq 4 ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək Şəxs İXM-nin Məcəllənin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə qanuni əsaslar olmuş, lakin icra məmuru, onu məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutlmuş son tarix olan xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə inzibati protokol tərtib edərək onu məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Şəxs təqsirli bilindiyi İXM-nin 544.2-ci maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. İXM-nin 38.1-ci maddəsinə əsasən idarəçilik qaydaları əleyhinə olan inzibati xətalra görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yuxarıda qeyd olunmuş Konstitusiya Məhkəməsi Plenumunun Qərarında o da qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X3 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi fiziki şəxsin digər gəlirləri varsa, inzibati cərimə tətbiq etmə haqqında qərar onun həmin gəlirlərinə yönəldilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında daha sonra qeyd edilmişdir ki, Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məcburi icra üçün müəyyən edilmiş müddətlərdə Şəxs inzibati tənbehə yönəldilə bilən əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Bu hal onun barəsində İXMÇ-nin 529.1-ci maddəsi ilə inzibati protokolun tərtib edilməsi üçün əsas olsa da, həmin protokol bunun üçün müəyyən edilmiş müddət keçdikdən sonra tərtib edilmişdir. Yəni, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 01 il 01 aydan çox müddətdir ki, qanunla müəyyən edilmiş əsaslar olmadan AQTA-nin Bakı Regional Ərazi bölməsinin qərarını icra etməyir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsnın əməlində İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olsa da, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədiyindən və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən İXM-nin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməli, Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilməli, onun inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra böyük icra məmuru X1 tərtib etdiyi MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilsin. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar