Məhkəmə qərarları › İş №3(049)-394/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-394/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-394/2025 24.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Mirzəzadə (Fərziyeva) Samirə Ayıq qızının və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 13 iyul 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment tələbkar X1 ödənilməlidir. Şəxs hal-hazıradək həmin icra sənədinə əsasən ödənişləri etməkdən boyun qaçırmışdır. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında iştirak edərək, protokoluin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Fərziyev X3 Rayon Məhkəməsinin 2(049)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, hazıradək tələbkara heç bir aliment ödənişi etməmişdir. Hazırda onun həmin icra sənədinə əsasən, tələbkara 18.600 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar borclunun qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş və dəfələrlə onunla telefonla əlaqə saxlanılaraq şöbəyə dəvət edilməsinə baxmayaraq borclu şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən borclunun şöbəyə məcburi gətirilməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müvafiq məktub göndərilmiş və xx.xx.2025-ci il tarixdə borclunun polis tərəfindən şöbəyə gətirilməsi təmin edilmişdir. Həmin tarixdə Elçin Məmmədovun izahatı alınmış və barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Əvəl sözügedən icra sənədi tələbkarın ərizəsi əsasında məhkəmə geri qaytarılmış və 2022-ci ildə yenidən icraya yönəldilmişdir. Borcluya xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu ünvan üzrə “tələbi könüllü icrası haqqında” bildiriş göndərilsə də həmin poçt göndərişi ona çatdırılmadan geri qaytarılmışdır. Bundan sonra borcluya tələbin icrası ilə bağlı SMS bildirişlər göndərilmiş və telefon zəngi ilə şöbəyə çağırılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 2020-ci ildə Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və alimentin tutulması ilə əlaqadar məhkəməyə müraciət etmişdir və məhkəmənin qərarı ilə ondan aliment tutulmuşdur. Lakin bu məhkəmə qətnaməsinin formal olaraq qəbul edilməsini istəmişlər ki, sosial maddi yardımı rəsmiləşdirə bildinlər. Belə ki, Zərərçəkmiş şəxs sosial maddi yardım alması üçün ondan aliment barədə məhkəmə qərarı tələb olunurdu. Lakin buna baxmayaraq onlar birgə yaşamağa davam etmişlər. Eyni zamanda Samirə ondan aliment tələb etməmişdir. Heç bir icra məmuru da ondan hal-hazıradək icra sənədinin icrasını tələb etməmişdir. xx.xx.2025-ci il tarixdə polis onu saxlayaraq icra şöbəsinə gətirərkən Samirənin ondan aliment tələb etdiyini bilmişdir. Ona hazıradək Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir rəsmi çağırış, bildiriş, qərar və sair sənəd təqdim edilməmişdir. Şöbəyə rəsmi olaraq çağırılmadığından onun heç bir məsuliyyəti yoxdur və heç bir inzibati xətanı törətməmişdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Mirzəzadə (Fərziyeva) Samirə Ayıq qızı məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, borclu Şəxs tərəfindən ona hal-hazıradək Lənkəran Rayon Məhkəməsinin 2(049)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentdən heç bir vəsait ödənilməmişdir. Belə ki, borcludan alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra onlar bir yerdə yaşamışlar. Aralarında münasibətləri pozulduğundan 2024-cü ilin dekabr ayında ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar, azyaşlı uşaqları onun himayəsindədir. 2024-cü ilin dekabr ayından hazırki dövrədək olan alimenti borcludan tələb edir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Təqdimata Lənkəran Rayon Məhkəməsinin 2(049)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra sənədinə dair Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babayev Elvin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş əlavə edilsə də həmin sənədlərin borclu Şəxs rəsmi təqdim edilməsinə dair hər-hansı sübut (poçt qəbzi, poçt xəbərnaməsi, qəbz və s.) əlavə edilməmişdir. İşin məhkəmə baxışı zamanı İş materialla Lənkəran Rayon Məhkəməsinin 2(049)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 262696/2022-25-9 saylı icra işi öyrənilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfindən və üzərindəki qeyd dən görünür ki, borcluya ünvan 1 ünvanı üzrə “tələbin könüllü icrası haqqında” xx.xx.2022-ci il tarixli bildiriş poçt rabitəsi vasitəsilə göndərilsə də “ünvan düzgün deyil” qeydi ilə həmin zərf şöbəyə geri qaytarılmışdır. Həmçinin məhkəmə iclasında icra məmuru Babayev Elvin tərəfindən izahatında icra sənədinin icrası ilə əlaqədar borclunun telefon zəngi və SMS bildirişlə şöbəyə dəvət edilməsilə əlaqədar bildirdiklərinə baxmayaraq, iş maeriallarına həmin telefon zənglərinə dair əlaqədar hər-hansı akt, çıxarış və s. sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa əsasən, “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babayev Elvin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya Şöbəsinə rəsmi olaraq çağırılması və ona “tələbin könüllü icrası haqqında” bildirişin rəsmi olaraq təqdim edilməsi sübut edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar