Məhkəmə qərarları › İş №3(049)-396/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-396/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-396/2025 29.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lənkəran Hirkan Milli Parkının nümayəndəsi Nümayəndə2, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X2 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hirkan Milli Parkınin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 25 aprel 2025-ci il tarixdə AR ƏƏSMN yanında X22 Xidməti X2 vəzifəli şəxsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilmiş. X22 Xidməti X6 Lənkəran Rayon Məhkəməsinə ünvanlandığı məktub və protokolda göstərmişdir ki, Lənkəran rayonu, Daşdatük kənd sakini X8 əmək funksiyasını yerinə yetirməklə yanaşı Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 ünvanına daxil olmuş müraciətinə baxılan zaman Hirkan Milli Parkının işəgötürəni tərəfindən R.Əzizova əmək haqqı hesablanan zaman əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı iş vaxtı ərzində digər peşə (vəzifə) üzrə əmək funksiyasını icra etdiyinə görə əmək haqqısına əlavə ödənilməməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halı müəyyən edilmiş, bu səbəbdən X22 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3- 17-5/2-20260/2025 nömrəli göstəriş xarakterli məktubu ilə Hirkan Milli Parkının rəhbərliyindən tələb olunmuşdur ki, 30 (otuz) gün müddətində X9 əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı, Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqısına əlavənin hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə X22 Xidmətinin X6nə rəsmi məlumat versin, Hirkan Milli Parkı tərəfindən X22 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-20260/2025 nömrəli göstəriş xarakterli məktubunun icra edilməməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olduğundan, nəticədə hüquqi şəxs kimi Hirkan Milli Parkı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və protokol və materiallar aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsi inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, icraatı mümkün hesab etmiş və inzibati xəta haqqında icraat materiallarına məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunaraq tərəflər məhkəmə iclasına çağırılmışdır. Məhkəmə iclasına çağırılmış AR ƏƏSMN yanında X22 Xidməti X2 nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Rəfail Əzizova tapşırılan əlavə vəzifəyə görə vətəndaşa əmək haqqı ödənilməmiş, araşdırılma aparıldıqdan sonra əmək haqqı ödənilmədiyi sübuta yetirilmiş, müəssisə tərəfindən göstərişin yerinə yetirilməməsinə görə protokol tərtib olunmuşdur. R.Əzizova 6,841.15 manat məbləğdə pul ödənilməməsini Hirkan Milli Parkının səlahiyyətli şəxsləri büdcədən pul vəsatinin ayırılmaması ilə əsaslandırılmasına baxmayaraq büdcə vəsaitinin ayrılmaması AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmadığından inzibati xəta haqqında pozuntu aşkar olunması hesab olunduğu üçün protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına çağırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lənkəran Hirkan Milli Parkının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək göstərmişdir ki, R.Əzizovun əmək qanunlarına uyğun əlavə işlədilməsinə görə əmək haqqının verilməli olması barədə X22 Xidməti X6 tərəfindən onlara məlumat verilmiş əvvəlcə parkın direktoru Şahid2 İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 700 manat cərimə edilmişdir. Bundan onra əmək haqqının ödənilməsi ilə bağlı onlara göstəriş verilmişdir. Bu göstəriş əsasında tərəflərindən ETSN-in X7 xidmətinə məktub və R.Əzizova hesablanmış əmək haqqı cədvəli göndərilmişdir. Lakin özlərinə məxsus hesabda qeyd edilən pul vəsaiti olmadığından və müvafiq idarə tərəfindən də həmin pul vəaiti ayrılmadığından tərəflərindən göstərişin icrası mümkün olmamışdır. Bu səbəbdən də Hirkan Milli Parkı olaraq inzibati xətanının törədilməsində özlərini təqsirli bilmirlər və icraata xitam verilməsini xahiş edir. Hirkan Milli Parkının nümayəndəsi Nümayəndə2 R.Əzizova ETSN-in X7 xidmətindən pul vəsaitinin ayrılmamasının səbəbini sonuncunun törətdiyi cinayət əməli ilə əlaqədar Hirkan Milli Parkına ziyan vurması və dəyən ziyana görə Lənkəran rayon məhkəməsinin hökmü ilə mülki iddia qaydasında ondan 9477,52 manat pul tutulması olması ilə izah etmişdir. Məhkəmə iclasına dəvət olunmuş və şahid qismində cəlb edilmiş Hirkan Milli Parkının mühasibi Şahid1 oğlu məhkəmənin suallarına əsasən göstərmişdir ki, Hikran Milli Parkı dövlət büdcəsindən maliyəlləşdirilir. Hər ayın sonra ayrılmış pul vəsaitinə uyğun olaraq işçilərin əmək haqqı ödənilir. X1 əlavə işə görə 2021-2024-cü il tarixlərə 6,841.15 manat pul hesablanaraq ETSN-in X7 xidmətinə göndərilmiş, lakin həmin pul vəsaiti ayrılmadığı üçün vətəndaşa qeyd edilən vəsaitin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasına dəvət olunmuş və şahid qismində cəlb edilmiş Hirkan Milli Parkının direktoru vəzifəsini icra edən şəxs Şahid2 ona verilən suallara əsasən izahat verərək göstərmişdir ki, Hirkan Milli Parkında direktor əvəzi işləyir, onun barəsində də protokol tərtib olunmuş və inzibati tənbeh tətbiq edilməsi barədə qərar tərtib olunmuşdur. O, direktor vəzifəsini icra etməyə başladığı zaman R.Əzizovun əmək fəaliyyətinə xitam verməklə bağlı lazımi tədbirləri həyata keçirməyə çalışsa da, R.Əzizov 2025-ci il tarixdə keçirilmiş seçkiyə görə məzuniyyətə getmiş, daha sonra isə məzuniyyətdən qayıtdıqdan sonra R.Əzizovun əmək fəaliyyətinə xitam vermişdir. Rəhbərliyin əmək haqqı ödəməməsi, yəni büdcə vəsaiti ayırmamas ilə bağlı məsələdən tam məlumatlı deyil və şifahi formada rəhbərlik tərəfindən onlara məlumat verilmişdir. Vəsait Hirkan Milli Parkının balansından deyil, maliyyə şöbəsindən köçürülür və ayın sonunda maliyyələşdirmə olunur. R.Əzizova ödənilməli olan pul vəsaiti barədə idarəyə məlumat verilmiş və hesabat göndərilmişdir. Lakin pul vəsaiti parkın balansına köçrülmədiyinə görə pulun ödənilməsi onların təqsiri olmadan həyatakeçrilə bilmir. Hər ayının sonuna aylıq ödənişdən ən yaxşı ahlda 200-300 manat artıq pul vəsaiti qalır. Növbəti ayda əmək haqqı və digər ödənişlər Hikran Milli Parkına ayrılan zaman qalıq qalmış vəsait ayrılmış vəsaitdən çıxılır və bununla da parkın balansında ödöniş üçün pul qalmır. İdarədən isə əlavə pul ayrılmadığı üçün onlardan aslı olmayan səbəbdən pulun ödənilməsi mümkün olmur. Video-konfrans və onlayn görüşlər üçün istifadə olunan kommunikasiya proqramı Zoom vasitəsilə şahid qismində AR ETSN yanında X7 Xidmətinin maliyyə, iqtisadiyyat və satınalmalar sektoru müdiri X10 izahatında və verilmiş suallara cavab olaraq göstərmişdir ki, R.Əzizova maliyyə vəsaitin köçürülməsi qanunvericiliyə uyğun ödənilir, R.Əzizov sözügedən vəzifədə işləsə də, 2021-ci ildə işdən çıxdıqdan sonra şəxsin əmək müfəttişliyi xidmətinə müraciət etməsi şüphəli olmuş, R.Əzizovun sahə müfəttişliyində işləməsiylə bağlı təbel cədvəl mövcud olmamış, R.Əzizov qanunvericiliyə zidd olarağ meşə qırılmasında iştirak etmiş, təbiətə zərər vurmuş və Lənkəran Rayon Məhkəməsin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. R.Əzizov qanunsuz qazanc əldə etmiş və ona Hirkan Milli Parkına maliyyə vəsaiti ödənilməsi bildirilmişdir. R.Əzizovun əmək haqqısı üçün vəsait ayırılmamış, Hirkan Milli Parkı 6,841.15 manat məbləğdə pul vəsaitinin ödənilməsi üçün rəhbərlikdən icazə olmadan alt vəsait açılmadan göstəriş verə bilməz. Mart ayından bu günkü tarixədək Hirkan Milli Parkına ştatdan əlavə pul vəsaiti ayrılmayıb, hesabat gələndən sonra da ayrılmayıb. Qalıq olan pul vəsaitini Hirkan Milli Parkı direktoru üst qurumdan razılıq olmadan verə bilməz. Hirkan Milli Parkına ayrılmış vəsaitin sərbəst xərclənməsi qərarı AR X20 Nazirliyi ilə birgə həyata keçirilir. Hirkan Milli Parkı tərəfindən R.Əzizova pul vəsaitin ödənilməsi barədə 7 aprel 2025 ci il tarixdə maliyə hesablaması ilə müraciət xidmətə daxil olsa da, AR ETSN yanında X7 Xidməti maliyyə ödənilməsi üçün üst quruma müraciət etməmiş, buna səbəb isə həmin məsələ xidmət daxilində müzakirə predmeti olması və R.Əzizovun Hirkan Milli Parkına ziyan vurmasına görə cinayət işinin məhkəmə istintaqı davam etməsi olmuşdur. Müxtəlif vəsaitlər açılsa da, R.Əzizovla bağlı məsələ AR ETSN yanında X7 Xidməti rəisi tərəfindən işin arışdırılması tapşırıldığından müvafiq hərəkətlər yerinə yetirilməmişdir. R.Əzizov üçün 6,841.15 manat məbləğdə pul vəsaiti Hirkan Milli Parkına ayrılmadığından həmin pul vəsaitinin ödənilməsi hazırda mümkün deyildir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Hirkan Milli Parkının 28 iyul 2021-ci il tarixli əmrindən görünür ki, Hirkan Milli Parkının mühafizə sahəsində çalışan, əvvəlki illərdə Seyfidor meşəbəyliyində sahə müfəttişi vəzifəsini icra etmiş, mühafizə yegeri X11 29 iyul 2021-cı il tarixdən Seyfidor meşəbəyliyində vakant olan sahə müfəttişi vəzifəsinin səlahətlərinin icrası müvəqqəti olaraq həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X18 rəisinə ünvanlanmış Hirkan Milli Parkının 17 fevral 2025-ci il tarixli məktubundan məktubda göstərilmişdir ki: “Lənkəran rayonu Daşdatük kənd sakini X14 tərəfindən “Hirkan Milli Parkının Seyfidor meşəbəylinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi" dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X27nə ünvanlanmış müraciəti ilə bağlı bildirmək istəyirik ki, Rafail Əzizov 01.05. 2015-cı il tarixindən Hirkan Milli Parkında kompyuter operatoru vəzifəsində çalışmağa başlamışdır. Hirkan Milli Parkı tərəfindən xx.xx.2016-cı il tarixli 300//HMP nömrəli təqdimata əsasən R.Əzizovu Ekologiya və Təbii Sənətlər Nazirliyin X7 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə Seyfidor meşəbəyliyinə sahə müfəttişi vəzifəsinə təyin edilməsindən ötrü müsahibəyə göndərilmiş, lakin o baş idarə tərəfindən o mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. Belə ki, parkın rəhbərliyi tərəfindən R.Əzizov xx.xx.2016-cı il tarixdən Seyfidor meşəbəyliyində. xx.xx.2018-cı ildə isə Hirkan meşəbəyliyində sahə müfəttişi vəzifələrini icra etmişdir. xx.xx.2018-cı ildə aparıcı mühasib xəziləsinə, 2019 cu il 19 mart tarixindən Seyfidor meşəbəyliyinin 27 saylı dolayına mühafizə yegeri vəzifələrinə təyin edilmişdir. Əlavə olaraq, parkın rəhbərliyi dəyişildikdən sonra Seyfidor meşəbəyliyinə sahə müfəttişi vəzifəsinə təyin edilməsindən ötrü R.Əzizov xx.xx.2021-cı il tarixli 3365/HMP nömrəli təqdimatla Ekologiya və Təbii Sənətlər Nazirliyi yanında X7 Xidmətində təşkil edilmiş müsahibəyə göndərilmiş, onun ali təhsili olmadığına görə sahə müfəttişi vəzifəsinə təyin edilməmişdir. Əlavə olaraq, Rafail Əzizov tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Seyfidor meşəbəyliyində sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası ilə bağli parkın direktoruna müraciət elmişdir. Məlumat üçün bildiririk ki, 2020-ci ildə parkında kadrların yerləşdirilməsində aşkar edilmiş nöqsanları görə Milli Parkın əvvəli ki direktorunun əmək müqaviləsinə xitam verlməsinə əsaslanaraq parkın rəhbər işçiləri tərəfindən Rafail Əzizova sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin icrası zamanı əmək haqqısına əlavə olmayacağı izah edilmişdir. R.Əzizov da öz razılığını bildirmişdir (ərizə və əmr əlavə olunur). 2023-cü ildə Seyfidor meşəbəyliyində mühafizəsinə cavabdeh olan mühafizə yegerlərin nəzarətində olan meşə dolaylarında mühafizə rcjminə əməl olunması araşdırılmış və araşdırmanın nəticələrinə əsasən Rafail Əzizova həvalə edilmiş sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin icrası 2024-cü il 04 mart tarixindən dayandırılmışdır.” Hirkan Milli Parkına ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X18 05 mart 2025-ci il tarixli məktubda göstərilmişdir ki: “Lənkəran rayonu Daşdatük kənd sakini X8 əmək funksiyasını yerinə yetirməklə yanaşı Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 ünvanına daxil olmuş müraciətinə baxıldı. Araşdırma ilə bağlı Hirkan Milli Parkı rəhbərliyinin ünvanımıza təqdim etdiyi xx.xx.2025- ci il tarixli 37/HMP nömrəli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Hirkan Milli Parkının işəgötürəni ilə R.Əzizov arasında xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən O kompüter operatoru vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin xx.xx.2016-cı il tarixli 125/k nömrəli əmri ilə onun əmək müqaviləsinə dəyişiklik edilərək sahə müfəttişi vəzifəsinə keçirilmişdir. Hirkan Milli Parkının işəgötürəni R.Əzizovun xx.xx.2021-ci il tarixli razılıq ərizəsini nəzərə alaraq özünün xx.xx.2021-ci il tarixli 099/ü nömrəli əmri ilə Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin icrasını xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ona həvalə etmiş, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 161-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını yerinə yetirməklə yanaşı Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini icra etdiyinə görə R.Əzizova əlavə əmək haqqı ödəməmişdir. Əmək Məcəlləsinin 161-ci maddəsinin 1ci hissəsinə əsasən “Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir”. R.Əzizova əmək haqqı hesablanan zaman Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını yerinə yetirməklə yanaşı iş vaxtı ərzində digər peşə (vəzifə) üzrə əmək funksiyasını icra etdiyinə görə onun əmək haqqısına əlavənin ödənilməməsi halı Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu hal Hirkan Milli Parkının direktor əvəzi kimi Sizin vəzifə funksiyalarınıza aid olduğundan X22 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərarı ilə Siz inzibati cərimə edilmisiniz. Sizdən tələb edilir ki, 30 (otuz) gün müddətində X9, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı, Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqısına əlavənin hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə X22 Xidmətinin X6nə rəsmi məlumat verəsiniz.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X18 rəisinə ünvanlanmış Hirkan Milli Parkının 10 aprel 2025-ci il tarixli məktubda göstərilmişdir ki: “Hirkan Milli Parkı sahə müfəttişi vəzifəsinin icrası ilə bağlı X8 əmək haqqısına 6841.15 manat əlavə əmək haqqı hesablanmışdır. Hirkan Milli Parkı büdcə təşkilatı olduğuna görə Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin aprel ayının sonuna qədər maliyyələşdirilməsi nəzərdə tutulur. Hesablanılmış vəsait Hirkan Milli Parkının hesabına mədaxil edildikdən sonra X8 hesabına ödənilməsi təmin ediləcəkdir.” Hirkan Milli Parkının mühafizə yegeri X8 2021-2024-cü il üzrə həvalə vəzifəyə görə hesablaşma - ödəmə cədvəlindən görünür ki, ümumilikdə 6841 manat 15 qəpik hesablanılmışdır. Hirkan Milli Parkına ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X18 15 aprel 2025-ci il tarixli bildirişində göstərilmişdir ki: “Lənkəran rayonu Daşdatük kənd sakini X8 əmək funksiyasını yerinə yetirməklə yanaşı Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 ünvanına daxil olmuş müraciətinə baxılmış və şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 20260/2025 nömrəli göstəriş xarakterli məktubu ilə Sizdən tələb dilmişdir ki, 30 (otuz) gün müddətində X12 əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı, Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqısına əlavənin hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə X22 Xidmətinin X6nə rəsmi məlumat verəsiniz. Hirkan Milli Parkı rəhbərliyinin ünvanımıza təqdim etdiyi xx.xx.2025-ci il tarixli 101/HMP nömrəli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, tərəfinizdən X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli 3-17-5/2- 15863/2024 nömrəli göstəriş xarakterli məktubu icra edilməmişdir. Bu səbəbdən barənizdə İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməyiniz məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 15:00-da X22 Xidmətinin X6nə (Lənkəran şəhəri, H.Z.Tağıyev 118, Əlaqə: 025 25 5 12 62) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur.” İnzibati xəta haqqında MN ******* nömrəli, 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X8 əmək hüquqlarının pozulması ilə DƏMX-nın X2 xx.xx.2025-ci il tarixli məktubu icra olunmadığından Hirkan Milli Parkı AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclası zamanı təqdim olunmuş Hirkan Milli Parkının 07 aprel 2025-ci il tarixli X7 Xidmətin rəisi Xaliq Mirzəyevə ünvanlandığı məktubda göstərilmişdir ki: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X18 xx.xx.2025-ci il tarixli 3-17-5/2-18686/2025 nömrəli məktubuna əsasən Lənkəran rayonu, Daşdatuk kənd sakini X14 tərəfindən “Hirkan Milli Parkının Seyfıdor meşəbəyliyinın sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi” barəsində müraciəti ilə bağlı Hirkan Milli Parkının direktor əvəzi Şahid2 direktor əvəzi kimi barəsində 24 02.2025-ci ıl tarixində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 28 02.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Hirkan Milli Parkının direktor əvəzi Şahid2 X22 Xidməti Lənkəran X27n 07 04.2025 ci il tarixli 3-17-5/2-29017/2025 nömrəli məktubuna əsasən inzibatı cərimənin ödənilməməsi ilə bağlı məcburi göstəriş verilmişdir. Rafail Əzizov xx.xx.2015-ci il tarixindən Hirkan Milli Parkında işləmişdir. xx.xx.2016-cı il tarixdən R.Əzizov Seyfidor meşəbəyliyinə mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. Seyfidor meşəbəylıyındə sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlı X28 Milli Parkın rəhbərliyinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Hirkan Milli Parkında 2020-ci ildə kadrların yerləşdirilməsində aşkar edilmiş nöqsanları görə parkın əvvəlki direktorunun əmək müqaviləsinə xitam verilməsinə əsaslanaraq parkın rəhbər işçiləri tərəfindən Rəfail Əzizova sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin icrası zamanı əmək haqqıya əlavə olunmayacağı izah edilmiş və mühafizə yegeri vəzifəsi ilə yanaşı sahə müfəttişi vəzifəsinin icrası ona tapşırılmasına etiraz etməmişdir. 2023 və 2024-cü illərdə Seyfidor meşəbəyliyində mühafizə yegerlərin nəzarətində olan meşə dolaylarında mühafizə rejiminə əməl olunması araşdırılmış və aşkarlanmış qanunsuz ağac kəsmə faktlarına görə Rəfail Əzizova həvalə edilmiş sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin icrası 04 mart 2024-cü il tarixdən dayandırılmışdır. Belə ki, Seyfidor meşəbəyliyinin 27 saylı dolayında ümumilikdə 86,48m3 həcmində 18955,05 manat məbləğdə dəmirağac, ağcaqayın, fıstıq, qızılağac və müxtəlif cinsli 55 ədəd ağacın qanunsuz kəsilməsinə, eləcə də 05 ədəd təbii şəkildə aşmış ağacların doğranılaraq ərazidən aparılmasına yol verməklə əraziyə cavabdeh olan mühafizə yegeri X4 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə Lənkəran Rayon Prokururloğunda ********* nömrəli və sahə müfəttişi əvəzi X15 barəsində Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə təqsirləndirilərək Lənkəran Rayon Prokururloğunda ********* nömrəli cinayət işiləri açılmış və Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 02.2025-ci il tarixli, 1(049)-22/2025 nömrəli hökmü ilə X9 maddi məsul tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, və o dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Əlavə olaraq, Lənkəran Rayon Məhkəməsi mülki iddianın tam təmin edilməsindən ötrü 18955.05 manat məbləğində pul müştərək qaydada 9477,525 manat X5 və 9477,525 manat mühafizə yegeri X3 tutularaq Hirkan Milli Parkın hesabına ödənilməsi barədə hökm çıxarmışdır.” Hirkan Milli Parkın nümayəndəsi Abbasov X16 Rayon Məhkəməsinə 08 may 2025-ci il tarixli yazılı vəsatətlə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X6 Hirkan Milli Parkına qarşı 23 aprel 2025-ci il tarixli MN ******* saylı Protokol tərtib edərək "İnzibati tənbeh tətbiq edilməsi" üçün 23 aprel 2025-ci il tarixli "İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə" MN ******* nömrəli qərardadla əlaqədar icraatınızda 3(049)- 369/2025 saylı inzibati iş vardır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Lənkəran X27n xx.xx.2025-ci il tarixli 3-17- 5/2-18686/2025 nömrəli məktubuna əsasən Lənkəran rayonu, Daşdatük kənd sakini X14 tərəfindən "Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi halda əmək haqqına əlavənin ödənilməməsi" barəsində müraciəti ilə bağlı Hirkan Milli Parkının direktor əvəzi Şahid2 direktor əvəzi kimi barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş MN ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti xx.xx.2025-ci il tarixli 3-17-5/2- 20260/2025 nömrəli göstəriş xarakterli məktubu ilə (sürti əlavə olunur) Hirkan Milli Parkından tələb olunmuşdur ki, 30 (otuz) gün müddətində X9 əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı, Seyfidor meşəbəyliyin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqısına əlavənin hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə məlumat verilsin. Hirkan Milli Parkı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin göstəriş xarakterli məktubuna cavab olaraq Lənkəran rayonu Daşdatük kənd sakini X14 tərəfindən "Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi müddət üçün əmək haqqısına 6841,15 manat əlavə əmək haqqı hesablandığını eyni zamanda Milli Park büddcə təşkilatı olduğundan Maliyyə Nazirliyi tərəfindən həmin vəsait maliyyələşdirildikdən sonra hesablanmış vəsait Hirkan Milli Parkı tərəfindən X8 hesabına ödəniləcəyini bildirmişdir. Bundan əlavə Milli Park tərəfindən həmin vəsaitin maliyyələşdirilməsi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə 07 aprel 2025-ci il tarixində 098/HMP nömrəli məktubla müraciət olunmuşdur. Odur ki, həmin vəsaitin 30 gün ərzində ödənilməsi mümkün olmamışdır. Rəfail Əzizovun sahə müfəttişi olduğu Seyfidor meşəbəyliyinin ərazisində aparılmış yoxlamalar zamanı aşkar olunmuş ağackəsmə faktı ilə əlaqədar olaraq Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(049)-22/2025 nömrəli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək qəti olaraq 2 il 6 ay müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Eyni zamanda Milli Parkın mülki iddiası təmin edilmiş və 9477,525 manat məbləğində pul X5 tutularaq Hirkan Milli Parkın hesabına ödənilməsi barədə hökm çıxarılmışdır. Hirkan Milli Parkı X26 meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi müddət üçün əmək haqqısına 6841,15 manat əlavə əmək haqqı ödəməlidirsə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Rəfail Əzizov da Milli Parkın hesabına 9477,525 manat məbləğində pul ödəməlidir. Odur ki, həmin cinayət işi apellyasiya instansiyasının icraatındadır, hökm qanuni qüvvəyə mindikdən sonra təsdiq olunsa ki, Rəfail Əzizovdan 9477,525 manat məbləğində pul tutularaq Milli Parkın hesabına ödənilsin, o zaman R.Əzizova veriləcək əmək haqqısından əlavə məbləğ əvəzləşdirilərək Milli Parkın hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X6 baş əmək müfəttişi Nümayəndə1 23 aprel 2025-ci il tarixli MN №2122720 nömrəli protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Hirkan Milli Parkının nümayəndəsini və əməkdaşlarının (direktoru və mühasibi), AR ETSN yanında X7 Xidmətinin maliyyə, iqtisadiyyat və satınalmalar sektoru müdirini dinləyərək və inzibati xəta haqqında icraat materiallarını araşdıraraq hesab edir ki, Hirkan Milli Parkı barəsində İXMnin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Belə ki, səlahiyyətli orqan tərəfindən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Hirkan Milli Parkının inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Hirkan Milli Parkı İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta tərkibi həmin maddədə göstərilən tələblərə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə yaranır. Belə ki, iş materiallarından görünür ki, Hirkan Milli Parkı tərəfindən X13 2021-2024-cü illər üçün əlavə işə görə əmək haqqı hesablanmış və 07 aprel 2025-ci il tarixdə AR ETSN yanında X7 Xidmətinə müraciət edilmiş, həmçinin AR ETSN yanında X7 Xidmətinin maliyyə, iqtisadiyyat və satınalmalar sektoru müdiri X10 izahat verərək göstərmişdir ki, Hirkan Milli Parkı tərəfindən R.Əzizovun əmək fəaliyyətinə görə hesablanmış bağlı müvafiq pul vəsaitinin ödənilməsilə bağlı 07 aprel 2025-ci il tarixli məktubdan məlumatlı olsalar da, AR ETSN yanında X7 Xidmətinin rəisi tərəfindən tapşırıq olmadan üst quruma müraciət edərək, büdcə vəsaiti ayırmamışdır. Məhkəmə qeyd edir ki, Hirkan Milli Parkının direktor vəzifə səlahiyyətlərinə əmək müqaviləsi üzrə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçısı səlahiyyətləri verilsə də, Hirkan Milli Parkı direktor vəzifəsinin səlahiyyətlərini icra edən şəxsin bir başa büdcə vəsaiti ayırması mümkün deyildir, buna səbəb Hirkan Milli Parkı AR ETSN-ə tabe büdcə vəsaiti təşkilatı, yəni tabe olduğu üst qurum tərəfindən maliyyələşən təşkilat olmasıdır. Göründüyü kimi Hirkan Milli Parkı R.Əzizova müvafiq pul vəsaitinin ödənilməsini qəbul edir, üst quruma tabe olduğundan və bir başa büdcə vəsaitini ayıraraq R.Əzizova ödənilməsi Hirkan Milli Parkının səlahiyyətində olsa da, idarədaxili tənzimləndiyindən üst qurumun müvafiq vəsait ayırması ilə ödəniş həyata keçirildiyi üçün 07 aprel 2025-ci il tarixdə müvafiq məktubu ünvanlamış, üst qurum bundan xəbərdar olsa da, ödəməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X6 məsələyə səthi yanaşaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində göstərilən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyətə üst qurumun cəlb olunmasını araşdırmamış, səlahiyyətləri olsa da, büdcə vəsaiti ayırmaq iqtidarında olmayan Hirkan Milli Parkını inzibati məsuliyyətə cəlb etmişdir. Qeyd etmək lazımdır ki, Hirkan Milli Parkına smeta üzrə müəyyən olunmuş xərclər üzrə pul vəsaitinin ödənilməsi üçün tapşırıq üst quruma təqdim olunur, bundan sonra üst qurum müəyyən olunmuş xərclər üzrə öz qərarına əsasən pul vəsaitinin ayrılaraq köçürülməsilə bağlı Maliyyə Nazirliyinə tapşırıq verir. Azərbaycan Respublikası Hirkan Milli Parkı haqqında 24 aprel 2004-cü il tarixli əsasnamənin 1.8-ci bəndinə əsasən Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir. Həmin əsasnamənin 1.9-cu bəndinə əsasən Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin əsasnamənin 6-cı bəndinə əsasən Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin əsasnamənin 7.1-ci bəndinə əsasən Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Tərəfindən təsdiq edilir. Həmin əsasnamənin 7.4.5-ci və 7.4.7-ci bəndlərində göstərilmişdir ki, direktor Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim etməsi və Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirmə səlahiyyətlərinə malikdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında əsasnamənin 5.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.5.14-cü maddəsində göstərilmişdir ki, dövlət büdcəsindən ayrılan vəsaitin, həmçinin büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, səmərəli və təyinatı üzrə xərclənməsini, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti haqqında əsasnaməsinin 3.0.68-ci maddəsində göstərilmişdir ki, X7 Xidməti fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək səlahiyyətlərinə malikdir. AR İXM-nin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Hirkan Milli Parkınin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar