Məhkəmə qərarları › İş №3(049)-398/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-398/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-398/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zığ qəsəbəsində faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Eyvazov X2 Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli və 3(049)-545/2022 saylı, 03 iyun 2022-ci il tarixli icra sənədlərini icra etmədiyinə görə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşad Əhmədov tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə 30 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Zığ qəsəbəsində dəqiq ünvanını bilmədiyi mənzildə ailəsi ilə birlikdə kirayə yaşayır. Evlidir, bir övladı var. Lənkəran şəhərində qeydiyyatda olduğu ünvanda isə valideynləri yaşayır. Bakı şəhəri ərazisində zərgərliklə məşğul olur. Aylıq qazancı dəyişkən olsa da, hər ay təxminən 1000 manata yaxın qazancı olur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 700 manat pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Notarius tərəfindən verilmiş müvafiq icra qeydinə əsasən ondan 5600 manat tutularaq başqa tələbkara ödənilməsi ilə bağlı həmin icra qeydi tərəfindən icra edilmədiyi üçün ünvan 7 tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin məhkəmə iclasında tələbkara 500 manat pul ödədiyindən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Daha sonra sözügedən icra qeydi tərəfindən tam şəkildə icra edilmiş tələbkara 5600 manat ödənilmişdir. Lakin bugünki tarixədək Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1020/2023 saylı, 25 may 2023-cü il tarixli və 3(049)-545/2022 saylı, 03 iyun 2022-ci il tarixli icra sənədlərinin mövcudluğundan məlumatı olmamışdır. Belə ki, onun qeydiyyatda olduğu ünvana qeyd olunan icra vərəqələri ilə bağlı nə tələbin könüllü icrası haqqında bildiriş, nə də icraata başlama haqqında qərarlar göndərilməmiş, nə də ona təqdim edilməmişdir. İcra qurumu tərəfindən ona bu barədə şifahi də olsa məlumat verilməmişdir. İcra məmurunun məhkəməyə təqdim etdiyi sms-bildirişlərin göndərilməsini özündə əks etdirən sənədlərdə olan mobil telefon nömrələrinin heç biri onun istifadəsində deyil. Axtarışda olması barədə məlumatı öyrənən kimi dərhal Bakı şəhərindən xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli və 3(049)-545/2022 saylı, 03 iyun 2022-ci il tarixli icra sənədləri ilə əlaqədar icra məmuru Elşad Əhmədov ondan izahat almış, hər iki icra sənədi ilə bağlı verdiyi izahatlarda icra məmurunun diqtəsi ilə icra sənədlərindən məlumatlı olduğunu qeyd etmişdir. Həmçinin, icra məmuru E.Əhmədov ona xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 193911/09 nömrəli “Tələbin könüllü icrası haqqında” bildirişə imza etdirmişdir. Halbuki, daha əvvəl ona qeyd olunan icra sənədləri ilə əlaqədar heç vaxt “Tələbin könüllü icrası haqqında” bildiriş və icraata başlama haqqında qərarlar verilməmiş, onun müvafiq icra sənədlərinin icra qurumunun icraatında olmasından məlumatı olmamışdır. Bundan sonra icra sənədlərindən məlumatı olduğu üçün onların icrası üçün icra məmurunun qanuni tələblərini yerinə yetirərək icra sənədlərinin icrasını təmin edəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 700 manat pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bundan başqa, borclu Eyvazov X2 Rayon Məhkəməsinin 3(049)-545/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. ünvan 7 tarixli icra vərəqəsinə əsasən isə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Hər iki icra sənədi icra qurumunun sabiq icra məmuru Rasim Hüseynovun icraatında olmuş, sonuncu iş yerini dəyişdiyindən onun icraatında olmuş yuxarıda qeyd olunan icra sənədləri üzrə icra işləri 2023-cü ilin dekabr ayında onun icraatına verilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun adına olan mobil telefon nömrələrinə Rasim Hüseynov tərəfindən “sms-bildiriş”lər göndərilmişdir. Borclu axtarışda olduğundan icra işləri onun icraatına keçdiyi dövrdən hazırki tarixədək hər hansı tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixdə borclu Şəxs icra qurumuna özü gəlmişdir. Ondan icra sənədləri ilə əlaqədar izahat almışdır. Eyni zamanda borcluya xx.xx.2023-cü il tarixli, 193911/09 nömrəli “Tələbin könüllü icrası haqqında” bildirişə imza etdirmişdir. xx.xx.2022-ci il tarixdə borclunun adına olan mobil telefon nömrələrinə Rasim Hüseynov tərəfindən “sms-bildiriş”lər göndərilməsini əsas götürərək, borclunun icra sənədlərindən məlumatlı olduğu qənaətinə gələrək hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli və 3(049)-545/2022 saylı, 03 iyun 2022-ci il tarixli icra sənədləri ilə əlaqədar tələbin könüllü icrası haqqında bildiriş və icraata başlama haqqında qərarların borcluya göndərilməsini və onun tərəfindən alınmasını və ya poçt zərfinin geri qaytarılmasını təsdiq edən müvafiq sənədlər icra işlərində mövcud olmadığından həmin təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 700 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1020/2023 saylı, 25 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. ünvan 7 tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ünvan 7 tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ünvan 7 tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərildiyi göstərilsə də, bildirişdə ünvan qeyd olunmamışdır. Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. “SMS bildirişin” göndərilməsi barədə 6 ədəd çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs adına qeydə alınmış mobil telefon nömrələrinə sms-bildirişlər göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 529.2-ci maddəsinin dispozisiyasına görə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclu tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsi halları mövcud olmalıdır. İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün isə borclu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi halları mövcud olmalıdır. Lakin hazırki işin hallarından görünür ki, Şəxs onun borclu tərəf olduğu müvafiq icra sənədlərinin mövcudluğundan ümumiyyətlə məlumatlı olmamışdır. Borcluya icraata başlamaq haqqında qərarların, tələbin könüllü icrası haqqında bildirişlərin təqdim edilməsi iş materialları ilə müəyyən olunmur. Bu hal da onu deməyə əsas verir ki, Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı mövcud deyil, nəticə etibarı ilə onun əməlində İXM-nin 528.1 və 529.2-ci maddələrinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar