Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-399/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs iki-üç ay əvvəl özünə məxsus üç baş iri buynuzlu heyvanı 7 saylı X3 İdarəsinin mühafizə çəpərini çıxararaq ərazidən keçib inzibati qaydanı pozduğuna görə barəsində xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokol üzrə ona istinad edilən əməlin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yaşayır və şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında 3 baş inəyi var. Heç bir yerdə işləmir. 2-3 ay əvvəl saat günorta təqribən 15:00-16:00 radələrində heyvanlarını otarmaq məqsədilə mühafizə çəpərini dartıb çıxararaq mühafizə olunan əraziyə keçib. Törətdiyi əməllə 7 saylı X2 İdarəsinə maddi ziyan vurub. Əməlindən çox peşmandır. Gələcəkdə bu cür hallara yol verməyi düşünmür. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında icraatı aparmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “7 saylı X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında icraat aparan orqanın və zərərçəkmişin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növü ilə əlaqədar aşağıdakıları qeyd edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. İXM-nin maddəsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Şəxs tərəfindən törədilən inzibati xəta haqqında nəticəsində zərərçəkmişə 49 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində vurulmuş ziyanın bir misli həddində, yəni 49 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında - 49 (qırx doqquz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-08-44 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 « «23» dekabr 2020-ci il İş № 3(049)-1195/2020 İCRA VƏRƏQƏSİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 45 (qırx beş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti icra vərəqəsinə əlavə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuruna öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si Şəxs, ünvan: Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 29 (xx.xx.1970-ci il) Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Dövlət büdcəsi. İcra vərəqəsi 05 yanvar 2021-ci il tarixdə verilmişdir. M.Y. Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-08-44 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 « «05» yanvar 2021-ci il İş № 3(049)-1195/2020 Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Davud Ağayevə Hörmətli Davud müəllim! Lənkəran Rayon Məhkəməsinin Şəxs haqqında 3(049)-1195/2020 saylı inzibati iş üzrə 23 dekabr 2020-ci il tarixli qərari icra edilməsi üçün Sizə göndərilir. İcra vərəqəsinin icraata qəbul edilməsi və icrası barədə Lənkəran Rayon Məhkəməsinə rəsmi məlumat verməyiniz xahiş olunur. Qoşma: İcra vərəqəsi və qərarın surəti – 03 (üç) vərəq. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-399/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-399/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver