Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-4/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 23 noyabr 2024-cü il tarixdə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 8935/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə dayandırılmış vəziyyətdə olmuşdur. Emitentin illik hesabatının tələb edildiyi 2023-cü il üçün ASC fəaliyyət göstərməmişdir. Qeyd olunanların nəzərə alınaraq hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud übutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC barəsində İXM-nin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8935/2024 saylı məktubdan görünür ki, 2023-cü ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə inzibati məsuliyyətə cələb edilmə ilə bağlı xəbərdarlıq elan edilmişdir. Müvafiq poçt sənədinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8935/2024 saylı məktubu xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş müvafiq arayışdan görünür ki, "xxxx" ASC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə dayandırılmışdır. Dayandırılmış dövr üçün işçi sayı 0 olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-8.3 maddələrinin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bank tərəfindən tələb edilən 2023-cü ilə dair emitentin illik hesabatını qanunla nəzərdə tutulmuş müddət ərzində Mərkəzi Banka təqdim etmədiyi üçün barəsində yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, "xxxx" ASC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə dayandırılmışdır. Dayandırılmış dövr üçün işçi sayı 0 olmuşdur. Başqa sözlə, emitentin illik hesabatı tələb edilən 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumiyyətlə fəaliyyət göstərməmiş, 5 il ərzində səhmdar cəmiyyətinin fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-4/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-4/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver