Məhkəmə qərarları › İş №3(049)-400/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-400/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-400/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2 iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 24 aprel 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X4 tərəfindən MN ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran rayon Mamusta kənd sakini Şəxs 18 aprel 2024-cü il tarixdə, səhər saatlarında AYDA 7 saylı X6 MMC-nin balansında olan M-3 Ələt- Astara avtomibil yolun 183-100km-də yolun sol tərəfində olan dəmir tor çəğərin 2m2 hissəsinin qəsdən kəsərək MMC-yə 49 manat maddi ziyan vurmuşdur Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X4 , zərərçəkmiş şəxs 7 saylı X6 MMC-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməməsi barədə rəsmi məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 7 saylı X6 İdarəsinə maddi ziyan vurması məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 aprel 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X5 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs tərəfindən 7 saylı X6 İdarəsinə 49 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın iki mislinədək məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 232- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanın iki mislinədə - 98 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar