Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-401/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şəxs heyvanları otarmaq üçün kəlbətinlə AYDB-nın 7 N-li yolların istismar MMC-nin balansında olan M-3 Ələt-Astara yolunun 184-cü km-də yolun sağ tərəfində dəmir tor çəpərin 2 m2-ni hissəsini qəsdən kəsərək, həmin MMC-yə 79 manat maddi ziyan vurduğuna görə xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokollar üzrə ona istinad edilən əməllərin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında 6 baş iribuynuzlu heyvanı var. Onları adətən Mamusta kəndində yerləşən otlaq sahəsində otarır. Təqribən 05-06 fevral 2024-cü il tarixdə öz şəxsi təsərrüfatında olan iribuynuzlu heyvanları yol kənarındakı otlaq sahədində otarmaq məqsədilə mühafizə olunan əraziyə keçirmək üçün mühafizə çəpərini dəmir qayçı ilə kəsib. Nəticədə 7 saylı X3 İdarəsinə maddi ziyan vurub. Bildirib ki, əməlindən çox peşmandır. Gələcəkdə bu cür hallara yol verməyi düşünmür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “7 saylı X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmişin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞnin İTB-yə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növü ilə əlaqədar aşağıdakıları qeyd edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. İXM-nin maddəsinin 232-1ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, qeyd olunan əməlin daha ağır nəticələrlə səbəb ola bilmə ehtimalının olmasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində vurulmuş ziyanın iki misli həddində, yəni 98 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində vurulmuş 98 (doxsan səkkiz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-401/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-401/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver